Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - 38

 

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi qeyd olundu

 

Sentyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi qeyd edildi. Bu münasibətlə universitetin akt zalında keçirilən təntənəli yubiley mərasimində ölkənin dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin başçıları, Rusiya, Türkiyə, Şimali Kipr, Özbəkistan, Qazaxıstan və digər ölkələrin universitet rektorları, ölkəmizin aparıcı ali təhsil müəssisələrinin və elm mərkəzlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

İclas başlanmazdan öncə universitetin əsas korpusunun girişində ümummilli lider Heydər Əliyevin 1952-1957-ci illərdə burada təhsil almasını əks etdirən xatirə lövhəsinin açılışı oldu. Sonra mərasim iştirakçıları ulu öndərin universitetin foyesindəki abidəsini ziyarət edib önünə tər çiçək dəstələri düzdülər.

Təntənəli yubiley iclasını təhsil naziri Misir Mərdanov açaraq ölkə Prezidenti İlham Əliyev cənablarının salamını mərasim iştirakçılarına və yubilyar ali məktəbin kollektivinə çatdırdı. Ölkə Prezidentinin 26 sentyabr 2011-ci il tarixli sərəncamları ilə Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup əməkdaşının "Şöhrət" ordeni və "Tərəqqi" medalı, "Əməkdar müəllim" fəxri adı ilə təltif olunduğunu deyən nazir həmin sərəncamları iclas iştirakçılarının diqqətinə çatdırdı və təltif olunanları təbrik etdi. Misir Mərdanov İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi və yubiley ərəfəsində universitetin bir qrup əməkdaşının təltif olunması haqqında Prezident sərəncamlarını ölkə başçısının təhsilə, təhsil işçilərinə diqqət və qayğısının daha bir bariz nümunəsi kimi dəyərləndirdi və göstərdiyi bu diqqət və qayğıya görə universitetin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Nazir habelə universitetin bir qrup əməkdaşının Təhsil Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına və fəxri fərmanlara layiq görüldüyünü də diqqətə çatdırdı.

ADİU-nun yubileyini Azərbaycan təhsilinin bayramı hesab edən nazir mərasimə qatılmış bütün qonaqlara, əksəriyyəti universitetin məzunları olan dövlət və hökumət orqanlarının təmsilçilərinə və millət vəkillərinə dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirdi. Nazir yubiley mərasimində dünyanın bir çox tanınmış alimlərinin, xüsusən də iqtisadiyyat üzrə üç Nobel mükafatçısının, habelə Nobelin nəticəsi Flipp Nobelin iştirak etməsini sevindirici hal sayıb, bunu həmin şəxslərin, bütövlükdə dünyanın ölkəmizə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara hörməti kimi qiymətləndirdi. Nazir onu da diqqətə çatdırdı ki, Azərbaycan Dövlət İqtisad Universitetinin vaxtilə ulu öndər Heydər Əliyevin də təhsil aldığı bu tarixi binası son bir ildə cənab Prezidentin tapşırığı ilə əsaslı şəkildə təmir olunaraq yenidən qurulub  və burada tələbələr üçün yüksək şərait yaradılıb.

Çıxışında ölkəmizdə ali təhsilin inkişafı istiqamətində görülmüş bəzi işlərə də toxunan nazir möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində ali təhsil müəssisələrinin, demək olar ki, hamısının maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulduğunu, bu işin davam etdiyini bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanın ali məktəblərində 7 mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Bu, Azərbaycan təhsilinə dünyada olan hörmətin əlamətidir. Eyni zamanda, bu gün 10 mindən çox Azərbaycan vətəndaşı xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsillərini davam etdirirlər. Təkcə bu il məlum Dövlət Proqramı çərçivəsində 300-dən çox azərbaycanlı gənc xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilib.

Təhsil naziri çıxışının sonunda Azərbaycanın bütün təhsil işçiləri adından Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi münasibəti ilə bu ali təhsil müəssisəsinin kollektivini təbrik edib, ölkəmizdə iqtisad elmlərinin inkişaf etdirilməsində universitetə daha böyük uğurlar arzuladı.

İclasda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev yubilyar ali məktəbin keçdiyi 80 illik tarixi yol, ölkəmizin iqtisad elminə və təhsilinə verdiyi töhfələr, son illər universitetdə aparılan islahatyönümlü işlər barədə geniş məruzə etdi.

Rektor öncə təhsilimizə göstərdiyi diqqət və qayğıya görə kollektiv adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Universitetlərinin tarixindən söz açan rektor əsasının qoyulduğu 1930-cu ildən bəri bu ali təhsil ocağının adının bir neçə dəfə dəyişdiyini, üç dəfə bağlanaraq yenidən açıldığını qeyd etdi. Bildirdi ki, təhsil ocağı mövcud olduğu illər ərzində sənaye, kənd təsərrüfatı, statistika, maliyyə, vergi sistemi və s. sahələrin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rol oynamış, burada ölkə üçün 120 mindən çox müxtəlif profilli iqtisadçı hazırlanmışdır.

Vurğulandı ki, son illər universitetin maddi-texniki bazası xeyli möhkəmlənmiş, respublikanın Avropa təhsil məkanına inteqrasiyası ilə əlaqədar tədris planları və proqramlar müasir tələblərə uyğunlaşdırılmışdır. ADİU-da informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunur. Ölkəmizdə ilk dəfə burada "Magistr hazırlığı mərkəzi" elmi-tədqiqat institutu yaradılmışdır.

Rektor dedi ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ilin oktyabrında ADİU-nun yeni korpusunun açılış mərasimində iştirak etmiş və proqram xarakterli nitq söyləmişdir. O, universitetdə həyata keçirilən islahatlara çox yüksək qiymət vermiş, kollektivə ən xoş arzularını yetirmişdir.

Bildirildi ki, Azərbaycan Prezidentinin göstərişi ilə başlanmış ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksinin tikintisi başa çatmaqdadır. Müasir tələblərə cavab verən tədris korpuslarında 1500 tələbənin təhsil alması üçün hər cür imkan yaradılacaqdır. Kampus tipli yeni təhsil kompleksinə 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı, hovuz, həmçinin 200 nəfərlik lisey daxildir.

Qeyd olundu ki, Cənubi Qafqaz ölkələrinin ən iri təhsil ocaqlarından biri sayılan ADİU-da hazırda 11 fakültədə 21 ixtisas üzrə 16 mindən çox, o cümlədən dünyanın 14 ölkəsindən 850-dək tələbə və magistr təhsil alır. Kollektivin əsas hədəfi universiteti elmi-innovasiya universitetinə çevirməkdir.

Sonra təbrik çıxışları oldu. İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Erik Maskin, Finn Kidland, Kristofer Pissarides, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, YAP sədrinin müavini Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Ziyad Səmədzadə, AMEA-nın I vitse-prezidenti Arif Həşimov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov və b. çıxış edərək yubileyi münasibəti ilə ADİU-nun çoxminli kollektivinə təbriklərini çatdırdılar, ölkəmizdə iqtisad elminin inkişafında, yeni iqtisadçılar nəslinin yetişməsində universitetin mühüm rolundan söz açdılar.

Təntənəli iclasdan sonra iştirakçılar universiteti gəzib onun müasir tələblərə cavab verən tədris şəraiti ilə tanış oldular. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov