Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Azərbaycan və İspaniya arasında təhsil əlaqələri genişlənir

 

Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov İspaniya Krallığı Sahibkarlıq İnstitutunun (İnstituto de Empresa) Biznes Məktəbinin maliyyə yardımı üzrə direktoru Coel MakKonnell, Avropa və MDB ölkələri üzrə əlaqələrin inkişafı departamentinin direktoru Lyudmila İşçenko ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq Azərbaycan-İspaniya əlaqələrindən danışıb, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Son illər ölkəmizdə aparılan davamlı islahatlar, təhsilə göstərilən dövlət qayğısından söz açan nazir dövlət başçısının "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" sərəncam imzaladığını vurğulayıb.

Nazir Sahibkarlıq İnstitutunun Biznes Məktəbinin dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biri olduğunu diqqətə çatdırıb. Hazırda 2 azərbaycanlı gəncin bu təhsil müəssisəsində biznesin idarə edilməsi ixtisası üzrə magistratura səviyyəsində təhsil aldığını bildirən Misir Mərdanov daha 2 nəfərin isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində məzun olduğunu diqqətə çatdırıb. Təhsil naziri bu təhsil ocağının dünya miqyasında biznes sahəsində mütəxəssislər yetişdirdiyini vurğulayıb və Sahibkarlıq İnstitutunun Biznes Məktəbi ilə əlaqələrin yaradılmasına önəm verdiyini açıqlayıb.

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Sahibkarlıq İnstitutunun Biznes Məktəbinin maliyyə yardımı üzrə direktoru Coel MakKonnell öncə təmsil etdiyi təhsil müəssisəsi barədə məlumat verib. Qeyd olunan ali məktəbin dünyanın ilk 10 Biznes Məktəbi siyahısına daxil edildiyini vurğulayan qonaq burada 80-dən artıq ölkədən tələbələrin təhsil aldığını açıqlayıb. Qonaq bildirib ki, görüşün əsas məqsədi azərbaycanlı gənclərin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində, eləcə də təmsil olunduğu ali məktəbin ayırdığı təqaüdlər hesabına müxtəlif təhsil proqramları üzrə təhsil almasını təmin etməkdir. Coel MakKonnell bu məqsədlə ölkəmizdə müvafiq istiqamətlər üzrə kadr hazırlayan ali təhsil müəssisələrində və bir sıra dövlət qurumlarında görüşlər keçirmək niyyətində olduqlarını vurğulayıb.

Təhsil naziri Misir Mərdanov, öz növbəsində, qeyd edilən təklifi yüksək dəyərləndirib və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə qonaqların Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında və Qafqaz Universitetində olması məqsədəuyğun hesab edilib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov