Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

ABŞ-ın Corciya Dövlət Universiteti ölkəmizin üç ali məktəbi ilə əməkdaşlıq edir

 

 Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov ABŞ-ın Corciya Dövlət Universitetinin prezidenti Mark Beker, universitetin Robinson Biznes Kollecinin dekanı Fenvik Hass, universitetin professoru, Keçid İqtisadiyyatında Biznesin İnkişafı Mərkəzinin direktoru Bijan Fəzlullahi ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq bu görüşdən məmnunluğunu ifadə edib. Dünyanın ən nüfuzlu universitetlərindən olan Corciya Dövlət Universiteti rəhbərliyinin Azərbaycana gəlişini yüksək qiymətləndirən nazir bu səfəri ölkəmizin təhsil tarixində önəmli hadisə adlandırıb. Misir Mərdanov qonaqların Azərbaycana səfərinin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etdiyini nəzərə çatdıraraq nümayəndə heyətinə ötən müddətdə Azərbaycanın əldə etdiyi uğurlar, respublikamızın Avropa və dünya birliyinə inteqrasiyası, milli təhsil sisteminin qurulması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə atılmış addımlar və digər nailiyyətlər barədə məlumat verib. Eyni zamanda nazir ölkəmizdə ali təhsil sahəsinin inkişafı, ali məktəblərin müxtəlif beynəlxalq proqramlara qoşulması haqqında danışıb. 20 il öncə Azərbaycanda özəl ali təhsil müəssisəsinin mövcud olmadığını diqqətə çatdıran nazir bildirib ki, bu gün ölkəmizdə 15 özəl universitet fəaliyyət göstərir. Təhsil naziri həmçinin Corciya Dövlət Universiteti rəhbərliyinin Azərbaycan Universitetinin dəvəti ilə ölkəmizə səfərini ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı baxımından yüksək dəyərləndirib.

 Misir Mərdanov Corciya Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti və Odlar Yurdu Universiteti arasında əlaqələrin yaradıldığını bildirib. Təhsil naziri Azərbaycan Universiteti ilə Corciya Dövlət Universitetinin daha sıx və səmərəli əməkdaşlığından bəhs edib və ikitərəfli əlaqələrin yaradılmasında Corciya Universitetinin professoru Bijan Fəzlullahinin böyük xidmətləri olduğunu vurğulayıb.

Daha sonra təhsil naziri Misir Mərdanov qonaqların ölkəmizə səfərinin və keçiriləcək görüşlərin Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişlənməsinə, onların inkişafına təkan verəcəyinə inamını ifadə edib. Nazir ümidvar olduğunu bildirib ki, bundan sonra da Corciya Dövlət Universiteti ilə əlaqələr daha da genişlənəcək, ölkəmizin ali məktəbləri bu universitetin təcrübəsindən bəhrələnəcəklər. Misir Mərdanov qonaqlara səfər proqramından irəli gələn məsələlərlə bağlı lazımi dəstək göstərməyə hazır olduğunu vurğulayıb və bu görüşün ölkələrarası təhsil əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini bildirib.

Səmimi qəbul və verilən məlumatlar üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Corciya Dövlət Universitetinin prezidenti Mark Beker öncə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı təbriklərini çatdırıb və 20 il ərzində  irəliyə doğru atılmış addımları, təhsil sahəsində qazanılmış uğurları müsbət dəyərləndirib.  

Corciya Dövlət Universiteti ilə Azərbaycanın 3 ali təhsil müəssisəsi arasındakı əlaqələrin əhəmiyyətini qeyd edən universitet prezidenti birgə əməkdaşlığın inkişafına və daha böyük nailiyyətlər əldə ediləcəyinə ümidvar olduğunu deyib. Qonaq Azərbaycan Universiteti ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən bəhs edib.

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yerləşən və aparıcı tədqiqat universitetlərindən olan Corciya Dövlət Universitetinin dünya universitetləri ilə əlaqələrindən danışan Mark Beker rəhbərlik etdiyi ali məktəbdə azərbaycanlı gənclərin ali təhsilin bütün səviyyələrində təhsil alması arzusunda olduğunu bildirib.

Sonra Corciya Dövlət Universitetinin professoru Bijan Fəzlullahi universitetlərarası əlaqələrin uğurla davam etdirildiyini qeyd edib. B.Fəzlullahi Azərbaycan Universitetində birgə reallaşdırılan təhsil proqramları üzrə təhsil alan tələbələrin cari ilin dekabrında məzun olacağını deyib və bu işi əməkdaşlığın əhəmiyyətli nəticəsi kimi dəyərləndirib. Eyni zamanda qonaq qeyd olunan proqramlar üzrə qarşıya çıxan müəyyən çətinliklərdən danışıb.

Təhsil naziri Misir Mərdanov, öz növbəsində, Azərbaycan Universitetində birgə həyata keçirilən proqramlarla bağlı lazımi dəstək göstəriləcəyini bildirib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov