BDU-nun
rektoru, akademik Abel Məhərrəmov Almaniyanın
Manheim Universitetinin Molekulyar və Hüceyrə
İnstitutunun direktoru, Manheim Tədqiqi Elmlər
Universiteti Biotexnologiya fakültəsinin dekan
əvəzi, Almaniya Akkreditasiya mərkəzinin üzvü
Mathias Hafner və Heydelberq Universiteti
Manheim Tibb fakültəsinin tədqiqat qrupunun
rəhbəri Ralf Jesenofskini qəbul edib.
Görüşdə BDU-nun yaranma və inkişaf tarixi
haqqında qonaqlara məlumat verən rektor Abel
Məhərrəmov bu təhsil ocağının beynəlxalq
əlaqələrindən, Almaniya universitetləri ilə
əməkdaşlıqdan, tibb və biotexnologiya sahəsində
münasibətlərin qurulmasından bəhs edib. Rektor,
universitetlərin daha sıx və səmərəli fəaliyyət
göstərmələri üçün birgə proqram və layihələrin
hazırlanmasının əhəmiyyətini də qeyd edib.
BDU ilə daha geniş əlaqələr qurmaq niyyəti ilə
qonaqlar universitetdə molekulyar genetikaya aid
5 günlük treninq keçirəcəklər.
Qonaqlar bildiriblər ki, bu sahələrin daha da
inkişafı üçün əlaqələrin qurulması,
dərinləşməsi, irəli sürülən təkliflərin
reallaşması üçün əllərindən gələni
əsirgəməyəcəklər.
Qarşılıqlı maraq doğuran digər məsələlərin də
müzakirə edildiyi görüşdə Manheim
Universitetinin azərbaycanlı tələbələr və
tədqiqatçıların rəhbəri Vüqar Yaqublu da iştirak
edib.
Qonaqlar universitetin Biologiya fakültəsinin
İmmunologiya laboratoriyası, Molekulyar
biologiya sahəsində qrant hesabına Vestminister
Universiteti ilə birgə açılmış distant təhsil
laboratoriyası və Kimya fakültəsinin NANO
texnologiya mərkəzi və digər qurumları ilə tanış
olublar.
BDU-nun Mətbuat və informasiya şöbəsi |