Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Prezident mükafatçısı

 

Son illər çox sayda müsabiqələrin keçirilməsi, nəticələrin obyektiv qiymətləndirilməsi müəllimlərin fəallaşmalarına, onlarda pedaqoji işə yaradıcı yanaşma meyilinin xeyli artmasına səbəb olmuşdur. Təbiidir ki, bunun başlıca səbəblərindən biri də yeni təlim texnologiyalarının mövcudluğu və onlardan istifadəyə marağın güclənməsidir.

Redaktoru olduğum "Azərbaycan dili  və ədəbiyyatı tədrisi" jurnalının redaksiyasına tez-tez istedadlı müəllimlər gəlir, respublika müsabiqələrində öncül yer tutmaqda mühüm rol oynayan məqalələr gətirirlər. Əlbəttə, jurnalımızın bu cür praktik yazılara ehtiyacı var və ona görə də onların dərcinə dərhal xeyir-dua veririk.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən biri olan və beş min manat pul mükafatına layiq görülən Şəhla Mirzəyeva iki ildir jurnalımızda fəal müəlliflik edir. Bu müddətdə onun "Tədris materiallarının möhkəmləndirilməsi prosesində interaktiv təlim metodlarından istifadə", "Bədii üslubda obrazlılığın leksik səviyyədə təzahürlərinin öyrədilməsi", "Düzəltmə sifətlərin öyrədilməsində yeni texnologiyaların rolu", "Epik əsərlərin tədrisində yeni texnologiyalardan istifadə" adlı məqalələri işıq üzü görmüşdür. "Azərbaycan müəllimi", "Bakı təhsili" qəzetlərinin səhifələrində də onun yazılarına vaxtaşırı yer verilir. Şəhla Mirzəyeva "Azərbaycan dili və ədəbiyyatının tədrisində yeni təlim texnologiyalarından istifadə" adlı kitabın da müəllifidir.

Bakı şəhərindəki 30 nömrəli orta məktəbin müəllimi olan Şəhla Mirzəyevanın istedadının üzə çıxarılmasında Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun müəllimi, tanınmış metodist Esmira Cəfərovanın xidməti danılmazdır. O, bizə Şövkət Aslanova, Həcər Bəşirova, Sevda Mehdiyeva kimi yaradıcı müəllimləri də təqdim etmişdir ki, bunlar artıq öz yazıları ilə həmkarları arasında tanınır, müxtəlif müsabiqələrdə fəal iştirak edirlər.

Prezident mükafatçısı Şəhla Mirzəyeva cəmi 17 ildir müəllimlik peşəsi ilə məşğuldur. Onun gələcəyi hələ qabaqdadır. Bir niyyəti də müəllimliklə yanaşı, elm yollarında addımlamaqdır. Onu yüksək mükafat münasibətilə ürəkdən təbrik edir, bütün niyyətlərinə bu cür şərəflə çatmasını arzulayırıq. 

Məhəmməd BAHARLI

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov