Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Əlli yaşlı məktəb

 

Təxminən on il əvvəlin söhbətidir. Xidməti işimlə əlaqədar olaraq yolum Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 nömrəli orta məktəbə düşmüşdü. Dəvət olunduğum tədbirdə iştirak etdim, uşaqların çıxışlarını həvəslə dinlədim. Məktəbin direktoru Zöhrə Qədirova da çıxış etdi. Onun bir  fikri dəftərçəmdə özünə yer aldı: "Bura Qızıldaş deyirlər. Qızıl ən qiymətli metaldır. Elə buranın ən varlı, ən qiymətli adamları burada, bizim məktəbdə yetişir. Çünki onlara mənəvi cəhətdən ən varlı adamlar - müəllimlər dərs deyir".

Ayrılanda direktor bir qədər gileylə demişdi: "Məktəbimizin binası qırx ildir tikilib. O vaxtdan təmir olunmayıb. Əsaslı təmirə salınsa, dərdimiz olmaz".

Bu günlərdə tam təsadüf nəticəsində yolum Qaradağa düşmüşdü. Kimsə Qızıldaşdan söz saldı. Və maraq məni on il əvvəl gördüyüm bu "varlı" adamların yanına çəkdi... Budur, köhnə tanışla - 180 nömrəli məktəblə üzbəüz dayanmışam. İnanın, binanı tanımadım. Ona görə yox ki, təzəcə təmirdən çıxmışdı, bir də ona görə ki, məktəbin binası mən görən deyildi. Məktəbə hardan girəcəyimi də kəsdirə bilmirdim. Nəhayət, həyətdə dayanan müəllimlərdən biri mənə yardımçı oldu.

Zöhrə xanım da, onun  yaşıdları olan bir çox müəllimlər də ömürlərinin müdriklik çağındadırlar. "Ən yaxşı müəllim" adına, "Tərəqqi" medalına layiq görülən Sərdar Hacıyev də, Məleykə Abdullayeva da, Ümid Əmrahov da, Səbinə Hacıyeva da belələrindəndir. Məktəbin gənc müəllimlərindən Aygün Qəhrəmanova, Təhminə Hacıyeva yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar olaraq çox böyük əmək sərf etmiş, yeniliyi ilk gündən mənimsəyərək tətbiq edənlərdən olmuşlar. Sevinc Musayeva, Mehriban Vəliyeva isə məktəbdə yenilikçi müəllimlər kimi tanınırlar.

-Məktəbinizin görkəmi elə dəyişib ki, maşallah tanımadım, - deyə direktora müraciət edirəm.

-Bu il məktəbimizin 50, mənim özümüm isə 60 yaşım tamam olur. Biz indiyəcən çox danışmışıq, qoy indi də gənclər danışsınlar, - deyib direktor gənc müəllimlərə tərəf baxır.

Aygün Qəhrəmanova:

-Məktəbimiz 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olundu. Bundan başqa, 240 yerlik əlavə korpus da tikildi ki, bununla da məktəbimiz əsasən birnövbəli işləməyə başladı. Bütün bunlar bizim əməyimizə verilən qiymətin ifadəsidir.

Təhminə Hacıyeva:

-Əvvəllər məktəbimizdə qəbul imtahanında yuxarı bal toplayan şagirdlərin sayı az olurdu ki, bu da bizi sıxır, ürəyimizi ağrıdırdı. Şükürlər olsun ki, valideynlərimizlə apardığımız uzun və fasiləsiz iş öz təsirini göstərməkdədir. Artıq məzunlarımızdan qəbulda 600 bal toplayanların sayı artmaqdadır.

Son qeydlərimi də götürüb müəllimlərin əhatəsində həyətə çıxıram. Bomboz, bir yaşıllığı belə olmayan Qızıldaş çöllərinə baxıb qəfildən soruşuram:

-Qızıldaşın ən varlısı kim olar, görəsən?

Hamı təəccüblə bir-birinə, mən isə Zöhrə müəllimə baxıram. Neçə illərin o üzündə bu sualın cavabını özü verən bu ağsaçlı müəllimin yaddaşı təzələnir, gülümsünüb deyir:

-Hə, buranın ən varlıları bax, bu müəllimlərdir. Onların yetirdiyi barın qiyməti ölçüyə gələn deyil. 

Azad QARADƏRƏLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov