Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Xarici mətbuat səhifələrində

 

Rusiyada tələbələrin sosial müdafiəsi gücləndirilir 

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev hökumətə tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan tapşırıqlar verib. Kremlin mətbuat xidmətindən verilən məlumata əsasən, prezident tələbələrin ali təhsil müəssisələrində, elmi idarələrdə, kiçik müəssisələrdə və digər profil təşkilatlarda əmək fəaliyyəti ilə təmin olunması imkanlarının genişləndirilməsi sahəsində tədbirlər görülməsi barədə hökumətə tapşırıq verib. Tapşırığa əsasən, 2012-ci il  martın 12-nə qədər ali məktəb məzunlarının məşğulluq mərkəzləri yaradılmalıdır.

2012-ci il fevralın 1-nə kimi bütün ali məktəblərin, tədris korpusları və tələbə yataqxanalarının yüksəksürətli və simsiz İnternetlə təmin olunması məsələsinə baxılmalıdır. Hökumət digər RF federal icra hakimiyyəti orqanları ilə birlikdə dekabrın 1-nə kimi  tələbələrin şəhərətrafı qatarlardan istifadə üçün vahid tələbə biletləri ilə təmin olunmasını başa çatdırmalıdır.

Dövlət başçısı  ali və orta təhsil müəssisələrinin əyani şöbələrində oxuyan  xarici tələbələrin qeydiyyatı məsələsinin sadələşdirilməsi üçün təkliflərin hazırlanması barədə tapşırıq verib.

Prezident tələbələrin illik dispanserizasiyasının həyata keçirilməsi barədə hökumət qarşısında vəzifə qoyub. Tələbələrə tibbi xidmətin səviyyəsi təkmilləşdirilməli, təhsil müəssisələrində tibb məntəqələri  yaradılmalı, mövcud olanlar isə yenidən qurulmalıdır.  Prezident federal büdcədən maliyyələşən ali məktəblərin  maliyyələşməsi mexanizminin təkmilləşdirilməsi məsələsinin yenidən gözdən keçirilməsini, tələbələr üçün adlı təqaüdlərin təyin olunması üçün təkliflərin hazırlanmasını tapşırıb.

Bundan əlavə, hökumət federal büdcə hesabına miqrant tələbələrin yerləşdirilməsi problemini həll etmək üçün yeni yataqxanaların tikilməsi üçün proqram hazırlayacaq.  

Barak Obama: "Amerikada şagirdlərin 25 faizi orta təhsilə malik deyil" 

Amerika prezidenti Barak Obama xalqa illik müraciətində ABŞ təhsil standartlarının gücləndirilməsinə çağırıb. O  bildirib ki, təhsil sistemində islahatların aparılması  - bu, bizim təkcə uşaqlar qarşısında deyil,  həm də ölkə və gələcək qarşısında borcumuzdur.  Prezident qeyd edib ki, müəllimlər bütün diqqəti heç də məktəblilərin imtahanlara hazırlaşmalarına  deyil, onların təhsilinə yönəltməlidirlər. Müəllimlərə məhz bu imkanların verilməsi üçün dövlət bütün ştatlara təhsil sahəsində geniş azadlıqlar verir, bu isə pedaqoqlara  özlərinin birbaşa funksiyalarını yerinə yetirməyə şərait yaradır.  Prezident əlavə edib ki, işsizliklə mübarizəyə dair yeni qanun layihəsi müəllimlərin sayını artırmağa və 35 minə yaxın məktəbin modernləşdirilməsinə imkan verəcək. 

"Əgər  iqtisadiyyatımız qarşısında duran vəzifələrə ciddi yanaşırıqsa, onda biz təhsilə daha ciddi yanaşmalıyıq",-deyə Obama bildirib. 

 Barak Obama deyib ki, indi Amerikanı təhsil sahəsində qibtəediləcək bir ölkəyə çevirmək vaxtıdır. "Bizim uşaqlar ən layiqli təhsil almalıdırlar. Onlar artıq uzun müddət gözləyə bilməzlər" deyən B.Obama təhsil sistemində aparılan islahatları təqdirəlayiq adlandırıb və əlavə edib ki,  2002-ci ildə sabiq prezident Corc Buş tərəfindən imzalanan "Heç bir uşaq arxada qalmamalıdır" adlı qanunda bir sıra qüsurlar var və qanun artıq effektivliyini itirib. ABŞ prezidenti deyib ki, Amerikada şagirdlərin 25 faizi orta təhsilə malik deyil və Amerika ali təhsil baxımından dünyada 16-cı yerdədir.  Barak Obama bəyan edib ki, ölkənin təhsil siyasətinin  dəyişməsi, məktəblərin və müəllimlərin modernləşdirilməsinə milyardlarla vəsaitin xərclənməsi Amerikanın gələcəkdə rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir.   

İsveç təhsili böhrandan çıxır 

İsveç hökuməti təhsil sahəsində islahatların həyata keçirilməsinə
1 milyon ABŞ dolları xərcləməyi nəzərdə tutub. Yaxın 4 il ərzində bu vəsait müəllimlərin yenidənhazırlanması, dəqiq, humanitar və təbiət elmlərinin tədrisi standartlarının yüksəldilməsinə sərf olunacaq. İsveç hökumətinin təhsil sahəsinin islahatlarına dair planları ölkənin illik büdcəsinin müzakirəsi zamanı açıqlanıb. İslahatın başlıca məqsədi müəllim heyətinin peşəkarlığının, əhalinin məşğulluq səviyyəsinin artırılması, ölkədə innovativ sənayenin inkişafıdır. İsveçin maliyyə naziri Anders Borqun sözlərinə görə, hökumət təhsilin inkişafına xüsusi diqqət ayırıb. Məhz təhsil İsveçə maliyyə böhranına qalib gəlməyə kömək edəcək.  İslahatlar həm orta, həm də ali təhsilə toxunacaq. İslahatların böyük qismi müəllimlər üçün "karyera nərdivanı"nın təmin olunmasına yönələcək. 

Öz səlahiyyətlərindən geniş istifadə edən müəllimlər  maliyyə mükafatı alacaqlar.  İsveç hökuməti humanitar və təbiət elmlərini öyrənən tələbələrlə bağlı dəstək siyasətini dəyişəcək. İndi yalnız əyani şöbələrdə təhsil alan aktiv tələbələrə maliyyə dəstəyi göstəriləcək.

Universitetlər İsveçin Təhsil Nazirliyinə aktiv tələbələr barədə məlumat verməlidir. Dərslərdə iştirak etməyən tələbələr hökumətin maliyyə dəstəyi proqramından kənarlaşdırılacaq.

Stokholm Universitetinin rektoru Kor Bremer hesab edir ki, hökumət planının həyata keçməsi tam realdır. 2018-ci ilə kimi yaşı 14-19 olan gənc isveçlilərin sayı 600000 azalacaq. Nəticədə ali təhsillilərə tələbat azalacaq. Hökumət inşaatçı-mühəndislər hazırlayan universitetlər üçün əlavə 400 yer ayırıb. "İsveçin XXI əsr ərzində sənayecə inkişaf etmiş ölkəyə çevrilməsini arzu edirəm. Bunun üçün isə biz ağıllı mühəndislər yetişdirməliyik", - deyə ölkənin təhsil naziri Yan Byerklund bildirib.   

Ukraynada Avropa məktəbinin gələcəyi müzakirə olunub 

Ukraynanın paytaxtı Kiyevdə Avropa məktəbinin gələcək perspektivlərinə həsr olunmuş forum keçirilib. "XXI əsrdə məktəb: Kiyev təşəbbüsləri" adlandırılan tədbirdə 40 ölkədən nümayəndə iştirak edib.  Avropa orta təhsilinin gələcəyinə həsr olunmuş forumda Ukraynanın baş naziri Nikolay Azarov da iştirak edib. Nümayəndələr təhsil sahəsində başlıca aspektləri diqqətdə saxlayıblar. Forumda informasiya texnologiyalarının inkişafı, məktəblərin təchizatı və müəllimlərin yenidənhazırlanması kimi məsələlər təhlil olunub. Tədbirdə Avropada təhsilin vahid prinsiplərinin tətbiq olunması zərurətindən, tolerantlığın tərbiyəsi, digər mədəniyyətlərə hörmət məsələlərinə toxunulub. Avropa Şurasının  Təhsil və dil siyasəti Departamentinin direktoru Olas Olasdottip bəyan edib ki, hazırda Avropanı sarsıtmış bir çox problemlər  və təhsil arasında birbaşa əlaqə var. "Oslodakı hadisə, Böyük Britaniyadakı iğtişaşlar və AB məkanındakı maliyyə böhranı bizim diqqətimizi təhsilin məqsədi  nə olmalıdır məsələsinə yönəldib. Maliyyə böhranı indi başlamayıb, lakin o, təhsildəki problemləri üzə çıxarıb",-deyə AŞ rəsmisi bildirib. Onun sözlərinə görə, təhsil Avropada baş verən bütün proseslərə cavab verməlidir. Tədbirin sonunda Avropa Şurası ekspertləri və Avropa ölkələrinin təhsil qurumlarının  başçıları birgə bəyanat qəbul ediblər. Ukraynanın təhsil və elm, gənclər və idman naziri Dmitri Tabaçnikin sözlərinə görə, forum Avropada orta təhsilin inkişafına təsir edəcək. 

Fransada müəllimlər tətil edirlər 

Fransada müəllimlərin tətili başlayıb. Fransa mətbuatının yazdığına görə, aksiyada əsasən ibtidai təhsil (ibtidai məktəblər və uşaq bağçaları) sahəsində çalışan müəllimlərin 53,8 faizi və orta təhsil sistemində (kollec və liseylər) işləyən müəllimlərin 50 faizi iştirak edir. Həmkarlar təşkilatlarının məlumatlarına görə, paytaxt Paris və digər şəhərlərdə keçirilmiş aksiyaya 165 min müəllim qatılıb.   Müəllimlər iş yerlərinin ixtisarına etiraz edirlər.  Fransanın Təhsil Nazirliyi isə etiraz edənlərin sayının müvafiq olaraq 28,9  faiz və 22,3 faiz olduğunu bildirir. Bu dəfə aksiyaya özəl məktəblərin müəllimləri də qoşulub.  2012-ci il üçün büdcə layihəsində ölkənin ibtidai və orta təhsil sistemində 14 min iş yerinin ləğv olunmasına etiraz edən müəllimlər layihənin yenidən gözdən keçirilməsini tələb edirlər.    

Bağçadan kənarda qalan uşaqlar məktəb həyatına çətin adaptasiya olunurlar 

Öz baba və nənələrinin nəzarətində olan yaşı 3-dən aşağı uşaqlar bağçaya gedən həmyaşıdlarından fərqli olaraq məktəb həyatına pis adaptasiya olunurlar. Böyük Britaniyanın   Daily Telegraph agentliyinin məlumatına görə, ölkədə aparılmış araşdırmalar bunu deməyə əsas verir. Böyük Britaniyanın Uşaq Cəmiyyətinin (Children's Society) sifarişi ilə London Universitetinin Təhsil İnstitutu (Institute of Education, University of London) tərəfindən aparılmış araşdırmada anaları vaxtından əvvəl işə çıxmağa məcbur olan 5 min uşaq iştirak edib.

Məlum olub ki, bağçalara gedənlər  uşaq cəmiyyətində özlərini daha yaxşı aparmağı bacarır, məktəb qayda-qanunlarını asanlıqla mənimsəyir, eləcə də hərfləri və rəqəmləri daha yaxşı bilirlər.

Digər tərəfdən, evdə yaşlı doğmaların əhatəsində qalan uşaqlar isə daha çox söz ehtiyatına malik olur və həmyaşıdlarından daha savadlı çıxışlar edirlər. Tədqiqat müəllifləri hökumətə bu vəziyyətə diqqət yönəltməyi tövsiyə edir və uşaqlara baxan baba-nənələrin bu sahədə əlavə təhsil almaları üçün onlara güzəştlər təqdim edilməsini  təklif edirlər. Çünki uşaqların evdə yaxınlarından aldığı sevgi və diqqəti bağçalardakı diqqətlə müqayisə etmək olmaz.   Uşaq Cəmiyyətinin təqdim etdiyi statistikaya görə, son 30 il ərzində işləyən anaların sayı 51 faizdən 64 faizə qədər artıb. Dünya maliyyə böhranı isə daha çox anaları işə çıxmağa məcbur edir.

Daha çox uşağın ana himayəsindən kənarda qalması perspektivi YUNİSEF kimi nüfuzlu beynəlxalq təşkilatları narahat edir. YUNİSEF-də hesab edirlər ki, ananın  körpənin böyüməsində iştirakı  onun  emosional  və  psixi  inkişafı  üçün  münbit  şərait yaradır.  

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov