Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Səyyah gündəliklərindən başlanan axtarışların bəhrəsi

 

Qısa tanışlıq. Baxşəliyev Adil Baxşəli oğlu 1959-cu ildə Ağdam şəhərində anadan olub. 1976-cı ildə Ağdam şəhər 3 nömrəli orta məktəbi "əla" qiymətlərlə bitirib. 1977-ci ildə Xankəndi Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin ildən də Əsgəran rayonunun Xocalı kəndində ilk pedaqoji fəaliyyətinə başlayıb. 1983-cü ildə indiki AMEA-nın Tarix İnstitutuna dissertant qəbul olunub. 1990-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialına müəllim vəzifəsinə təyin edilib. 1996-cı ildə "XVII əsrin 40-cı illərində Azərbaycanın sosial-iqtisadi vəziyyəti və mədəni həyatı (E.Çələbinin "Səyahətnaməsi" əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2005-ci ildə isə "Səfəvilər dövründə Azərbaycanın cənub şəhərləri (dövrün səyyah gündəlikləri əsasında)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini alıb. 2006-cı ildən professordur. Bir monoqrafiyanın, üç dərs vəsaitinin, iki tədris-metodik vəsaitin, 50-dən artıq elmi məqalənin müəllifidir. 2000-ci ildən Sumqayıt Dövlət Universitetində işləyir. Hazırda Tarix fakültəsinin dekanı və Azərbaycan tarixinin tədrisi metodikası kafedrasının müdiri vəzifələrində çalışır.  Yeni  Azərbaycan  Partiyasının fəal  üzvlərindəndir.  Ailəlidir.  İki övladı var. 

Son illər bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də sürətli inkişaf və yeniləşmə prosesi gedir. Avropa təhsil sisteminə inteqrasiya sahəsində ciddi islahatlar həyata keçirilir. Müstəqil respublikamız üçün dərin elmi biliklərə yiyələnmək, yüksək intellektə malik olmaqla yanaşı, Vətəni dərin məhəbbətlə sevən, dövlətçiliyə sədaqətli vətəndaşlar yetişdirilməsi prosesində bütün ağırlıq və məsuliyyət çoxsaylı müəllimlər ordusunun üzərinə düşür.

Belə müəllimlərdən biri də tarix elmləri doktoru,  milli ideyalara sadiq ziyalı, humanist insan, tələbkar müəllim, professor Adil Baxşəliyevdir.

Hələ tələbə ikən tarix elminin metodologiyasını mənimsəmiş, tarixçi düşüncə tərzinə yiyələnmiş, fakt və hadisələri zaman, məkan daxilində qiymətləndirməyi, dəyərləndirməyi öyrənmiş, bu prinsipə sadiq qalmışdır. Bununla yanaşı, Azərbaycan tarixinin təbliğinə aid monoqrafiya, proqram və dərs vəsaitləri yazaraq gənclərin istifadəsinə vermişdir.

O, sadəcə tarixi faktları toplayaraq, təsvirçiliklə kifayətlənməmiş, onları təhlil edərək, ciddi ümumiləşdirmələr aparmış, orijinal əsərlər yaratmışdır. Adil müəllim tarixi qaynaqlara hər dəfə üz tutduqca xalqın mənəvi yaddaşını, onun millilik, vətəndaşlıq, vətənpərvərlik, insansevərlik barədə görüşlərini, milli mənəvi dəyərlərini gənc nəsillərə çatdırmağa çalışır. A.Baxşəliyev bunları müasir təhsil sisteminə tətbiq etməklə gənclərdə Azərbaycan tarixinə maraq və həvəs oyatmağa səy göstərir. 2009-cu ildə "Səfəvi dövlətinin sosial-iqtisadi həyatı və beynəlxalq əlaqələri" adlı dərs vəsaiti nəşr olunub. Fakt zənginliyi, hadisələrin tarixi-xronoloji, tarixi-müqayisəli şəkildə izahı və şərhi, faktların sistemli və ardıcıl verilməsi, o dövrdə baş verən hadisələri tam dolğunluğu ilə əks etdirməsi ən sanballı bir əsər olduğundan xəbər verir.

Hər birimizə məlumdur ki, keçmiş sovetlər birliyi dövründə Azərbaycan tarixi arzuolunan səviyyədə nəinki öyrənilməmiş, hətta bu tarix birmənalı şəkildə təhrif edilmişdir. Azərbaycanda dövlət müstəqilliyi yenidən bərpa olunduqdan sonra tariximizin hərtərəfli tədqiq edilib öyrənilməsi üçün geniş imkanlar yarandı. Adil Baxşəliyev tariximizin olduqca zəngin, maraqlı, şərəfli bir dövrünə, Səfəvilər dövrünə müraciət etdi. Bu dövrün yerli qaynaqlarında məlumatların azlığı, pərakəndəliyi, səyyah gündəliklərindəki subyektiv fikirlər mövzunun ətraflı öyrənilməsi sahəsində bir çox çətinliklərlə rastlaşsa da, bir-birindən maraqlı, zəngin faktlar topladı. İqtisadi cəhətdən çiçəklənən Səfəvi dövlətinin iqtisadi həyatı, xarici dövlətlərlə diplomatik münasibətləri alimin diqqətini daha çox cəlb etdiyi üçün bu sahəyə üstünlük verdi. Nəticədə tariximizin şərəfli bir dövrünü əks etdirən maraqlı və zəngin, çox dəyərli dərs vəsaiti hazırlayaraq tələbələrin istifadəsinə vermişdi. Müəllifin hər əsəri öz yeniliyi və elmi əhatə dairəsinin genişliyi ilə əvvəlkindən seçilir.

2000-ci ildən taleyini Sumqayıt Dövlət Universitetinə bağlayan A.Baxşəliyev həyatını vətəninə, elminə, xalqına, onun gəncliyinin təlim-tərbiyəsinə həsr edib. Ömrünün ən çətin günlərində (80-ci illərin sonu, 90-cı illərin əvvəllərində  Qarabağda yaşadığı zaman) belə ruhdan düşməmiş, gələcəyə inam hissi onu bir an tərk etməyib.

Ümumiyyətlə, Adil müəllim təbiətən çox nikbin, ünsiyyətcil bir insandır. O, sözü özündə, sevinci gözündə, insanlara məhəbbəti ürəyində, elmə həvəsi qəlbində, maarifə istəyi isə qəlbinin hökmündən gələn nitqindədir. Ətrafdakılarla,  xüsusən də tələbələri ilə çox sadə, səmimi ünsiyyət qura bilir. Bəzən onlarla dekan kimi yox, dost kimi münasibətdə olur.  Onlarla səmimi, qayğıkeş, mehriban olduğu kimi, həm də tələbkardır. Maraqlı və məzmunlu mühazirələri ilə tələbələrini sanki ovsunlayırdı. Ondakı müəllim dözümünə, alim təmkininə heyran qaldım. Əsl pedaqoq məharəti ilə onlarla rəftar edirdi. 

Ömrünü Azərbaycan tarixi elminə həsr edən alim yorulmaq bilmədən milli tarixi dəyərlərimizi gənc nəslə təbliğ edir. Bu yolda şəxsiyyətinə və istedadına böyük hörmət bəslədiyi alimlərin əsərlərindən, pedaqoqların təcrübəsindən bəhrələnir, istifadə edir. Azərbaycan tarixinin qaranlıq səhifələrindəki dərin araşdırmaları, müxtəlif yönümlü tədqiqatları onun vətəndaşlıq mövqeyini, xalqının tarixinə olan dərin məhəbbətini, mahir tədqiqatçılıq bacarığını açıq şəkildə büruzə verir. Keçmişə, səni yetişdirən nəsilə, öz müəllimlərinə yüksək, ülvi və səmimi münasibət göstərməsi, alim, insan şəxsiyyətini zinətləndirən amillərdən biridir. Bu baxımdan Adil müəllim vətənə layiq bir ziyalıdır. 

Qərənfil DÜNYAMİN QIZI,
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov