|
|
|
Azərbaycan məktəblisi qitə birinciliyinin gümüş medalına sahib oldu |
|
|
|
Bolqarıstanın
Albena şəhərində 8-18 yaşlı oğlan və qızlar
arasında şahmat üzrə Avropa çempionatı başa
çatıb. Bu turnirdə ümumilikdə dünyanın 48
ölkəsindən 1039, Azərbaycandan isə 40 gənc
şahmatçı iştirak edib. Şahmatçılar arasında 2
beynəlxalq qrossmeyster, 27 beynəlxalq usta, 65
FİDE ustası və 19 FİDE ustalığına namizəd olub.
Həmin mötəbər yarışda Azərbaycan şahmatçısı,
287 nömrəli "Zəkalar" liseyinin şagirdi
Abdulla Qədimbəyli qitə birinciliyinin gümüş
medalına sahib olub. 10 yaşa qədər oğlanların
yarışında FİDE ustası Abdulla və Yunanıstanın
nümayəndəsi Yevqenios İoannidis hərəyə 7 xal
toplaya biliblər. Azərbaycan şahmatçısı əlavə
göstəricilər üzrə II yeri qazanıb.
Sifai SƏFƏROVA |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|