Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

TİMS proqramına dair treninq-seminarlar keçirilir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) sektorunun təşkilatçılığı ilə "TİMS proqramı və onun mahiyyəti" mövzusunda treninq-seminarlar keçirilir. Sentyabrın 5-dən başlamış treninq-seminarlar paytaxtın 11 rayonunu əhatə edir. Belə treninq-seminarlardan biri də sentyabrın 29-da Bakıdakı 152 nömrəli məktəbdə təşkil olunmuşdur. Tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, idarənin TİMS sektorunun müdiri Dürdanə Əhədova, Binəqədi rayonunda yerləşən ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və TİMS əlaqələndiriciləri iştirak edirdilər. Treninq-seminarların keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq TİMS proqramının əhəmiyyətini və idarə olunmasını iştirakçılara çatdırmaqdan ibarətdir.

Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov TİMS proqramının əhəmiyyətindən danışaraq qeyd etdi ki, təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil müəssisələrinin idarə olunması sisteminin təkmilləşdirilməsinə yeni tələblər qoyulur. Bu sahədə BŞTİ-nin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri sektoru mühüm işlər görmüşdür. H.Əsgərov bildirdi ki, TİMS sisteminin yaradılmasında və fəaliyyətində başlıca məqsəd təhsili səmərəli idarə etmək və təhsilin keyfiyyətini yüksəltməkdir. Mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək və nəticədə əsaslandırılmış optimal qərarlar qəbul etmək üçün verilənlər bazasında olan məlumatların dürüstlüyü vacib şərtlərdən biridir. TİMS sektorunun əməkdaşları informasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması sistemini formalaşdırmaq üçün Bakı şəhəri üzrə "TİMS-Məktəb" proqramının idarəetmə strukturunu mütəmadi olaraq təkmilləşdirirlər. H.Əsgərov TİMS sektorunun əməkdaşlarının İKT-nin köməyi ilə təhsil sisteminin informasiyalaşdırılması və TİMS bazasına ötürülən məlumatların dəqiqliyinə nəzarətlə bağlı məktəb rəhbərləri ilə keçirilən seminarların müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

Tədbirdə çıxış edən BŞTİ-nin TİMS sektorunun müdiri Dürdanə Əhədova proqram haqqında danışaraq bildirdi ki, əməkdaşlar tərəfindən verilənlər bazasında olan materialların monitorinqi aparılmış və bütün məlumatlar sənədlərlə ciddi şəkildə yoxlanıldıqdan sonra bazaya daxil ediləcək. D.Əhədova qeyd etdi ki, artıq məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin kadrları haqqında məlumatlar da verilənlər bazasına daxil edilmişdir. Hazırda 2011-2012-ci tədris ili üçün TİMS elektron məlumat bazasının dəqiqləşdirilməsi, I sinif şagirdləri haqqında məlumatların əlavə edilməsi, "Əsas və orta təhsil kursu" üzrə mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlarla bağlı IX və XI sinif şagirdlərinin siyahısının yoxlanılması sahəsində işlərə başlanılıb.

TİMS proqramının mahiyyəti haqqında sektorun böyük məsləhətçisi Buludxan İsayev iştirakçılara ətraflı məlumat verdi. İştirakçıları maraqlandıran suallara cavab verən B.İsayev bildirdi ki, məktəblərin bütün hesabat formaları TİMS proqramında cəmləşdirilib. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov