Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi
ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və
istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə müsabiqə elan edir

 

İlk peşə-ixtisas təhsili müəssisəsində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yeri tutmaq üçün qaydalar:

 

1. İlk peşə-ixtisas təhsili müəssisələrinə peşə-ixtisas fənləri üzrə müəllimlərin  və istehsalat təlimi ustalarının işə qəbulu mərkəzləşdirilmiş qaydada müsahibə yolu ilə həyata keçirilir.

2. Müsahibə Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən  həyata keçirilir.

3. Müsahibədə  vakant yerin profilinə uyğun bütün ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, müvafiq dövlət təhsil sənədi (diplom) almış mütəxəssislər iştirak edə bilərlər.

4. Müsahibədə iştirak etmək üçün Təhsil Nazirliyinin müsahibə komissiyasına ərizə və şəxsi iş təqdim olunmalıdır.

5. Ərizə və şəxsi işlərin qəbulunun vaxtı və yeri Təhsil Nazirliyinin verdiyi elanda göstərilir.

6. Hər hansı səbəbdən müəyyən edilən vaxtda müsahibədə iştirak etməyənlər üçün təkrar müsabiqə təşkil edilmir və həmin şəxslər növbəti ildə ümumi qaydada müsabiqədə iştirak edə bilərlər.

7. Müsahibə zamanı ixtisası üzrə azı üç il əmək stajı olanlara, təhsil müəssisələrində iş təcrübəsi olanlara, peşəsi üzrə yüksək dərəcəli mütəxəssislərə üstünlük verilir.

8. Müsahibə iştirakçıları  ilkin pedaqoji məlumatlara malik olmalı, şagirdlərlə işləmək bacarıqlarını, ilk peşə-ixtisas təhsili müəssisələrinin iş prinsiplərini bildiklərini, tədris-təlim prosesinin işi barədə biliklərə malik olduqlarını nümayiş etdirməlidirlər.

9. Müsahibə komissiyasının qərarı müzakirə olunmur.

10. Müsahibə komissiyasının qərarı ilə müəyyən edilən ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru müsahibədən keçən şəxs ilə əmək müqaviləsi bağlayır. İştirakçının sənədləri onun iş yerinə göndərilir.

11. Müsahibənin nəticələri barədə şikayətlərə müsahibə komissiyasının işi yekunlaşdıqdan sonra bir həftə ərzində baxılır. 

Müsahibədə iştirak etmək üçün aşağıda göstərilən sənədlər təqdim olunur: 

          Azərbaycan Respublikası təhsil nazirinin adına ərizə;

          Təhsil sənədi (əsli, surəti əlavə olunur);

          Əmək kitabçasının surəti;

          Şəxsiyyət vəsiqəsi (surəti əlavə olunur);

          Sağlamlıq haqqında arayış (istehsalat təlimi ustaları üçün peşənin tələblərinə uyğun);

          Şəkil 3x4 sm ölçüdə. 

 Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin www.edu.gov.az saytında vakant yerlərlə tanış ola bilərlər.  

Əlaqə telefonları:

566-56-40, 514-07-51.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Elanlar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov