Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Diplomatik akademiyaların rektorlarının Dünya Forumunun növbəti illik toplantısı Bakıda keçiriləcək

 

Sentyabrın 25-dən 28-dək ABŞ-ın nüfuzlu Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində Diplomatik Akademiyalar və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan universitetlərin və ali məktəblərin ənənəvi illik Beynəlxalq Forumu keçirilmişdir.

Beynəlxalq Forumda dünyanın 100-dən artıq Diplomatik Akademiyasının və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan universitetlərin rektor və dekanları iştirak etmişlər.

Forumda diplomatik treninqdə regional əməkdaşlıq, beynəlxalq biznes və keçid dövrünün diplomatiyaları, ətraf mühit problemlərinin həllində diplomatiyanın rolu, BMT-də çoxtərəfli diplomatiya və digər məsələlər müzakirə olunmuşdur.

Tədbirdə xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev də iştirak etmişdir.

Forumun sonuncu günündə H.Paşayev ADA-nın inkişaf yolu və əldə edilmiş uğurlar barədə iştirakçılara ətraflı məlumat vermiş, akademiyanın tikilməkdə olan yeni binası - müasir təhsil kompleksinin gələn il hazır olacağını bildirmişdir. Rektor 2012-ci ilin Forumunun gələn il Azərbaycanda keçirilməsini təklif etmişdir. H.Paşayev vurğulamışdır ki, Azərbaycan hökuməti tərəfindən təhsilin inkişafına xüsusi diqqətin göstərilməsi ADA-nın timsalında beynəlxalq ictimaiyyətə daha qabarıq şəkildə çatdırıla bilər.

Diplomatik Akademiyaların və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan universitetlərin rektorlarının növbəti illik Forumunun Bakıda keçirilməsinə yekdilliklə dəstək verilmişdir.

Xatırladaq ki, Diplomatik Treninq üzrə Beynəlxalq Forum 1972-ci ildən keçirilir. ADA yarandığı 2006-cı ildən bu Forumda iştirak edir.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov