Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Lütvizadə adına fəxri adlı təqaüd

 

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni tədris ilindən etibarən böyük alim Lütvizadə adına fəxri adlı təqaüd təsis olunmuşdur. Xatırladaq ki, Kaliforniya Universitetinin professoru Lütvizadə XX əsr Azərbaycan elminin, intellektinin dünyaya bəxş etdiyi ən nəhəng sima, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, görkəmli elm xadimidir. Təqaüdün təsis olunmasında məqsəd tələbə gənclərin dəqiq elmlərə marağını daha da artırmaq, elmi-tədqiqatçılıq fəaliyyətlərini yüksəltmək, bütün dünyada məşhur olan, Azərbaycan xalqının fəxri, 90 yaşlı böyük alim Lütvizadənin həyatını, elmi nailiyyətlərini öyrənmək və yaşatmaqdır.

 Lütvizadə adına fəxri adlı təqaüdə müvafiq olaraq mühəndislik və memarlıq, fizika-riyaziyyat fakültələrindən  tələbələrin seçilməsi nəzərdə tutulmuşdur. Bu təqaüdə ilk layiq görülənlər informasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə II kurs tələbəsi Əliyev Nurəddin Fərman oğlu, riyaziyyat və informasiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Ağamalı Kamran Səbzəli oğlu olmuşdur. Təsis zamanı bu tələbələrin təhsil aldıqları bir il ərzində elmdə, təhsildə, yeni texnologiyaların mənimsənilməsində, Tələbə Elmi Cəmiyyətinin xətti ilə aparılan elmi-tədqiqat işlərində xüsusi fərqlənmələri nəzərə alınmışdır.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov