Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Naxçıvan Dövlət Universitetində pedaqoji təcrübəyə həsr olunmuş konfrans

 

Naxçıvan  Dövlət  Universitetində yeni tədris  ilində keçiriləcək  pedaqoji  təcrübənin başlanğıc  konfransı   oldu.

 Tədbiri  giriş  sözü  ilə açan  ali  məktəbin  rektoru,  akademik  İsa  Həbibbəyli  tələbə  və  müəllimləri bu əhəmiyyətli hadisə münasibətilə təbrik etdi. Qeyd olundu ki, pedaqoji təcrübənin hər bir tələbənin gələcəyin yüksək intellektli müəllimi, mütəxəssisi kimi  formalaşmasındakı  rolu danılmazdır.  Pedaqoji  təcrübə imkan verir ki, təhsil  müddətində  qazanılan nəzəri  bilikləri  təcrübədə  möhkəmləndirməklə  peşə  vərdişlərinə  yiyələnəsən. Bu  səbəbdən  təcrübə  dövründə  metodistlərin, müəllimlərin və tələbələrin üzərinə böyük məsuliyyət  düşür. Builki yeniliklərdən söhbət açan rektor qeyd etdi ki, növbəti tədris illərində təcrübənin əhatə dairəsinin genişləndirilməsi və tələbələrin muxtar respublikanın təkcə şəhər orta ümumtəhsil məktəblərinə deyil, həmçinin bir sıra digər kənd məktəblərinə də təcrübəyə cəlb olunması nəzərdə tutulur. 

Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Hüseyn  Həşimli  builki  təcrübənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verdi. Belə ki,  bu  il  universitetin,  kredit  üsullu  ixtisasları    da  daxil  olmaqla,  6  fakültəsinin  17  ixtisası  üzrə  306  tələbəsi Naxçıvan Muxtar  Respublikasının 14 orta ümumtəhsil  məktəbində 4  həftə  müddətində pedaqoji  təcrübə keçəcək. O da vurğulandı ki, təcrübə zamanı dərslərin  təşkilində  yeni  texnologiyaların,  informasiya-kommunikasiya texnologiyalarının (İKT), müasir dünyamızın tələbi kimi, geniş tətbiqi  zəruridir.

Naxçıvan MR Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Xudiyev çıxışında qeyd etdi ki, muxtar respublikada Ali Məclis sədrinin rəhbərliyi ilə 160-dan çox məktəb əsaslı təmir olunaraq istifadəyə verilib, məktəblər 305 elektron lövhə ilə təchiz olunub. Bu da yeni nəsil pedaqoqların tədris prosesini müasir tələblərə uyğun qurmasına şərait yaradır.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin  müdiri  Hüseyn Məmmədyarov  ölkədə və muxtar respublikada təhsilə, təhsil  işçilərinə  göstərilən  qayğıdan  danışdı, təcrübəçi tələbələrə uğurlar dilədi. 

Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin  əməkdaşı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov