Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı Bakı Dövlət Universitetində elmi-praktiki konfrans keçirilib

 

Oktyabrın 5-də Bakı Dövlət Universitetində (BDU) müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmiş elmi-praktik konfransın plenar iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov əvvəlcə bütün müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.

Rektor Azərbaycanın ötən 20 ildə əldə etdiyi nailiyyətlərdən, dövlət müstəqilliyimizin bərpasının ilk illərində qarşılaşdığımız problemlərdən danışmışdır. O, azadlığa, müstəqilliyə gedən yolun heç də asan olmadığını bildirmişdir. A.Məhərrəmov diqqətə çatdırmışdır ki, XX yüzillik Azərbaycan tarixində çox böyük mübarizələr əsri olmuş, azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar tökülmüş, xalqımız saysız-hesabsız şəhidlər vermişdir. Rektor 20-ci ildönümü qeyd olunan Azərbaycanın yeni müstəqillik dövrünün tariximizin ən parlaq və şanlı səhifələrindən olduğunu bildirmişdir.

Akademik A.Məhərrəmov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan çox dinamik inkişaf edir və ölkənin uğurları gündən-günə artır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, universitetin fəlsəfə tarixi kafedrasının müdiri, professor Rəbiyyət Aslanova tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, müstəqilliyinin 20-ci ildönümünü qeyd edən ölkəmizin tarixi uğurlarından danışmışdır.

R.Aslanova Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamının xalqımızın, dövlətimizin 20 illik müstəqillik tarixinə verilmiş yüksək qiymət və dəyər olduğunu bildirmişdir. O qeyd etmişdir ki, müstəqilliyin bərpasının 20 illiyinin dövlət səviyyəsində qeyd edilməsinin ən böyük mahiyyəti dünyaya müstəqil, demokratik, dünyəvi Azərbaycan dövlətinin varlığının sübutu, beynəlxalq ictimaiyyətə "Azərbaycan dövləti yaşayır və durmadan inkişaf edir" mesajıdır.

Professor R.Aslanova ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyada tanınmasında misilsiz rolundan bəhs etmişdir. O, müdrik dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışaraq bildirmişdir ki, Azərbaycanda siyasi sabitlik və sürətli inkişafın təməli məhz ulu öndər tərəfindən qoyulmuşdur. Hər birimiz Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara, keçdiyi inkişaf yolunda əldə etdiyi nailiyyətlərə görə müasir dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevə borcluyuq. Məhz bu dahi şəxsiyyətin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Deputat bildirmişdir ki, hər bir azərbaycanlı fəxr etməlidir ki, bu gün onun Azərbaycan adlı böyük, güclü, söz sahibi olan müstəqil dövləti vardır.

Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev və başqaları mövzu ətrafında fikirlərini bölüşmüş, müasir Azərbaycanın 20 illik tarixinə nəzər salaraq bu illər ərzində ulu öndər Heydər Əliyevin gördüyü işlərdən, onun əvəzsiz xidmətlərindən danışmışlar.

Tədbirdə Milli Məclis deputatları, ziyalılar, BDU-nun müəllim və tələbə heyəti iştirak etmişlər.

Tədbir konsert proqramı ilə başa çatmışdır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov