Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Azərbaycan Müəllimlər İnstitutunda "dəyirmi masa"

 

Oktyabrın 6-da Azərbaycan Müəllimlər İnstitutunda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birlikdə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş  "Müstəqillik illərində Azərbaycanda elm və təhsilin inkişafı" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbiri giriş sözü ilə AMİ-nin rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı açaraq gələn qonaqları salamladı və qeyd etdi ki, xalqlar üçün əziz, həm də müqəddəs olan  bir çox dəyərlər mövcuddur. Məsələn, hər bir xalqın dili, onun tarixi, milli mənəvi dəyərləri, sahibi olduğu torpaqlar və digər sərvətlər hər zaman əziz olub və belə də olacaqdır.

Özünün müstəqil dövlətini yaratmaq arzusu və amalı da dünyanın bütün xalqlarına aid edilə biləcək bir müqəddəs istəkdir. Xalqlar bu amal uğrunda bəzən əsrlər boyu mübarizə aparıblar, qan töküblər, çoxsaylı qurbanlar veriblər. Bu da bir həqiqətdir ki, dünyada mövcud olan xalqların bir qismi hələ də öz dövlətini qura bilməyib. Tarixdən o da bəllidir ki, ayrı-ayrı xalqlar da çoxsaylı məhrumiyyətlərdən sonra yaratdığı dövləti sonadək  qoruyub saxlaya bilməyib. Biz xoşbəxt xalqıq ki, özümüzün müstəqil dövlətimiz var. Bəli, biz həm də çox mübariz və qürurlu xalqıq ki, 1918-ci ildə qurduğumuz Azərbaycan Xalq Cümhuriyyətini sonadək yaşada bilməsək də, müəyyən fasilədən sonra özümüzdə qüvvə taparaq yenidən dövlət müstəqilliyimizi bərpa edə bildik.

Azərbaycan xalqı dövlət müstəqilliyinə qovuşmaq naminə çox uzun, son dərəcə mürəkkəb, məşəqqətli, həm də olduqca şərəfli bir yol keçib. Bu çətin və şərəfli yolun ayrı-ayrı mərhələləri və məqamları barədə təfsilatı ilə danışmadan təkcə onu deməyi özümə borc bilirəm ki, Azərbaycan xalqı bu yolda əldə olunan uğurlara görə əbədi olaraq ulu öndər Heydər Əliyevə borcludur. Bəli, məhz Heydər Əliyevin səyləri, təşkilatçılığı, rəhbərliyi və uzaqgörənliyi sayəsində SSRİ-nin tərkibində olduğu  dövrdə  belə bir çox parametrlər üzrə Azərbaycanın gələcəkdə müstəqil dövlət olaraq yaşaya bilməsi üçün hərtərəfli, həm də çox etibarlı təməl qoyulmuşdur. 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıtması ilə ulu öndər növbəti dəfə dövlətimizi parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. O, özünün müdrik siyasəti ilə Azərbaycanın daxili və xarici siyasət xəttinin uzunmüddətli strategiyasını müəyyən etdi. Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı çox mühüm xidmətlərindən biri də onun ailəsində və onun tərbiyəsi altında İlham Əliyevin şəxsində Azərbaycanın gələcək siyasi liderinin yetişməsi oldu.

Azərbaycanın dövlət müstəqilliyinə qovuşmasından keçən 20 il ərzində bütün sahələrdə çox böyük uğurlara imza atılıb. Dövlətimiz regionda söz və qüdrət sahibi  olan bir dövlətə çevrilib. İndi Azərbaycanın  adı çox mötəbər tribunalardan tez-tez, özü də çox böyük ehtiramla səslənir. Bütün bunlar çox yaxşıdır. Amma harada yaşamasından, hansı peşə sahibi olmasından və hansı vəzifə tutmasından  asılı olmayaraq hər bir azərbaycanlı bütün bunların qədrini  bilməlidir, dövlət müstəqilliyimizin əbədi olması üçün əlindən gələni əsirgəməməlidir. 

Sonra tədbirdə çıxış edən AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə "Müasirləşmə dövründə  elm və təhsil", həmin İnstitutun aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Habil Həmidov "Azərbaycanda təhsil siyasəti", fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə "Siyasətdə və politologiyada İKT strategiyası", AMİ-nin kafedra müdiri, tarix elmləri doktoru Qafar Cəbiyev "Müstəqillik illərində Azərbaycanda tarix elminin inkişafı" mövzularında çıxışlar etdilər.

 Tədbirdə iştirak edən AMİ-nin əməkdaşlarından professor Ramiz Məmmədzadə, professor Mircəfər Həsənov, əlavə təhsil üzrə prorektor Rahim Əzizov, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov və digərləri müstəqillik illərində Azərbaycanda elm və təhsilin  inkişafı yolunda qazanılan uğurlardan  və bu sahədə qarşıda duran vəzifələrdən danışdılar. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov