Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - 39

 

Müəllimlərimiz diqqət və qayğıya görə razılıq edirlər

Yüksək mükafat bayram sevincimi daha da artırdı

 

Digər peşə-ixtisas sahibləri kimi təhsil sahəsində çalışanlar da hər il öz peşə bayramlarını - 5 Oktyabr Beynəlxalq Müəllimlər Gününü  təntənə ilə qeyd edirlər. Təhsilin, müəllimin cəmiyyətin inkişafındakı böyük rolunu yüksək qiymətləndirən, təhsilə, təhsil işçilərinə daim xüsusi diqqət və qayğı göstərən dövlətimizin başçısı möhtərəm Prezidentimiz İlham Əliyev hər il olduğu kimi  bu il də peşə bayramları ərəfəsində təhsil sahəsində xidmətləri olan xeyli təhsil işçisini "Tərəqqi" medalı ilə təltif edib, bir qrup müəllimə "Əməkdar müəllim" fəxri  adı verib.

Pedaqoji ictimaiyyətimizin böyük rəğbətlə qarşıladığı bu təltiflər, təbii ki, müəllimlərin bayram sevincini qat-qat artırıb. Bu günlər belə ikiqat sevinc - həm bayram, həm də mükafat sevincini yaşayanlardan biri də mənəm. Belə ki, möhtərəm Prezidentimizin 3 oktyabr 2011-ci il tarixli sərəncamı ilə mən də "Tərəqqi" medalı ilə təltif olunmuşam.

Uzun illərdir ki, təhsil sahəsində çalışıram. 1999-cu ildən Bakının Binəqədi rayonundakı 244 nömrəli tam orta məktəbə rəhbərlik edirəm. Pedaqoji fəaliyyətimlə yanaşı, ölkənin siyasi həyatında da yaxından iştirak edirəm. Xeyli müddətdir ki, 8 nömrəli Binəqədi 1 saylı seçki dairəsinin sədriyəm.

Pedaqoji sahədəki fəaliyyətim, dövlətçiliyimizə xidmətlərim dəfələrlə ən müxtəlif səviyyələrdə qiymətləndirilib. Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına, fəxri fərmanlarına, Binəqədi Rayon İcra Hakimiyyətinin fəxri fərmanlarına layiq görülmüşəm. Lakin "Tərəqqi" medalı zəhmətimə verilən ən böyük qiymət, dövlət təltifidir. Mən bunun üçün, eləcə də təhsilimizə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Belə yüksək mükafatları biz müəllimlər dövlətimizin etimadı kimi dəyərləndirir, daha fəal çalışmaq üçün böyük stimul hesab edirik.

Əlbəttə, layiq görüldüyüm mükafatı həm də bir kollektiv rəhbəri kimi məktəbimizin fəaliyyətinə,  son illər qazandığımız uğurlara verilən yüksək qiymət hesab edirəm. 1999-cu ildə direktor təyin olunandan sonra öz fəaliyyəti, uğurları ilə o vaxt o qədər də fərqlənməyən məktəbimizi kollektivin köməyi ilə qısa müddət ərzində paytaxtımızın ən yaxşı ümumtəhsil müəssisələrindən birinə çevirməyə nail olmuşam.

Pedaqoji sahədə çalışmaqla yanaşı uzun illərdir ki, həm də elmi fəaliyyətlə məşğulam. Azərbaycanda orta təhsilin sosial -fəlsəfi problemlərinə dair araşdırma apararaq dissertasiya müdafiə edib, fəlsəfə doktoru alimlik dərəcəsi almışam. Üç elmi əsərin müəllifiyəm, bir neçə monoqrafiyam çap olunub, 15-ə qədər elmi məqaləm xarici mətbuatda dərc edilib.

Məktəbimizin də son illər uğurları artıb. Tədris ocağımız 2008-2009-cu tədris ilində möhtərəm Prezidentimizin müvafiq sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib gələrək 10000 manat birdəfəlik pul mükafatı alıb.

Bir müəllimimiz "Əməkdar müəllim", üç müəllimimiz  "Ən  yaxşı müəllim" müsabiqəsinin qalibdir.

Hər il məzunlarımızın böyük əksəriyyəti yüksək balla ölkənin və xarici dövlətlərin ali məktəblərinə qəbul olunur. Bu il 92 məzunumuz tələbə adını qazanıb. Onlardan 13-ü xarici ölkələrdə oxuyur, 18 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Məzunlarımızdan 5-i qəbul imtahanlarında 600-dən çox, 20 nəfər isə 500-600 arasında bal toplayıb.

İdman sahəsində də böyük uğurlara imza atmışıq. Məktəbimiz 13 ildir ki, dalbadal Binəqədi rayonu məktəblilərinin spartakiadasında I yeri tutur.

Hazırda məktəbimizdə 1500-dən çox şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 200-ə yaxın müəllim məşğul olur. Məktəbimizdə mövcud olan 3 kompüter otağı İKT-nın tədrisə tətbiqinə imkan verir. Müəllimlərimizin 90 faizi İKT üzrə treninqlərdən keçib. Bütün bunların nəticəsidir ki, yeni dərs ilinə uğurla başlamışıq.

Layiq görüldüyüm yüksək dövlət mükafatı, şübhəsiz, daha səmərəli fəaliyyət üçün stimul olacaq, etimadı doğrultmaq üçün daha səylə çalışacağıq. 

Yəhya ABBASOV,
Bakıdakı 244 nömrəli tam orta məktəbin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov