Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

2011-ci il üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

 

Stokholmda İsveç Nobel Komitəsi 2011-ci il üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bu barədə Nobel Komitəsi məlumat yayıb. Fiziologiya və təbabət sahəsində  Nobel mükafatına professorlar Bryüs Boytler (Amerika), Ralf Ştaynman (Kanada) və Jül Xofman (Lüksemburq) layiq görülüblər. Karolina Tibb İnstitutundan verilmiş məlumata əsasən onlar immunologiya, xüsusən anadangəlmə immunitet sahəsində inqilabi araşdırmalarına görə Nobel mükafatına sahib çıxıblar.  Ənənəyə uyğun olaraq təbabət və fiziologiya üzrə qaliblər Stokholmdakı dünyanın ən yaxşı tibb universitetlərindən biri hesab olunan  Karolina İnstitutunun 50 professoru tərəfindən müzakirə olunaraq dəstəklənib. Jül Xofman anadangəlmə immunitetdə Toll geninin mühüm rolunu kəşf edib. Bryüs Boytler Toll-a bənzər reseptorları tədqiq edib. Ralf Ştaynman dendrit hüceyrələrin başlıca roluna dair araşdırmalarına görə mükafata layiq görülüb.  Alimlər araşdırmaları ilə infeksiya xəstəliklərilə mübarizə sahəsində inqilabi metodların yaradılmasına təkan veriblər. Professorlar Boytler və Xofman orqanizmin ön müdafiə xətti olan immun sisteminin aktivləşdirilməsi sahəsində araşdırmalar aparıblar. Professor Ştaynman isə infeksiya xəstəliklərinə dentritik hüceyrələrin köməyi ilə üstün gəlmək yolunu kəşf  edib.  Xatırladaq ki, builki Nobel mükafatının həcmi, həmişə olduğu kimi, 10 milyon İsveç kronudur (1,4 milyon ABŞ dolları). Mükafatın təqdim olunması mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.  Anadangəlmə immunitet - bu, canlı orqanizmlərin hətta əvvəllər heç bir vaxt kontaktda olmadıqları patogen hüceyrələri aşkar etmək və onları zərərsizləşdirmək qabiliyyətidir. Təkamül nöqteyi-nəzərdən bu, ən qədim sistemdir və bütün çoxhüceyrəli heyvan və bitki orqanizmlərində mövcuddur.

Təbabət və fiziologiya üzrə qaliblər  

Jül Xofman 1941-ci ildə  Lüksemburqda anadan olub, Fransa Elmlər Akademiyasının (2007-2008-ci illər) sabiq prezidentidir.  1964-cü ildən CNRS sistemində çalışır. 1996-cı ildə drozofilləri tədqiq edən alim Toll geninin anadangəlmə immun sistemində rolunu kəşf edib. Xofmanın kəşfi 1995-ci ildə Nobel mükafata layiq görülmüş almaniyalı professor Kristian Nuslyn-Folxardın işlərinə əsaslanır.

   

Bryüs Boytler 1957-ci ildə Amerikada anadan olub, Kaliforniyadakı Skripps İnstitutunun genetika bölməsinin rəhbəridir.1998-ci ildəki Toll-a bənzər reseptorlara həsr olunmuş işlərinə görə Nobel mükafatına layiq görülüb. Siçanlar üzərində tədqiqatlar aparan alim müəyyən edib ki, drozofil və təkhüceyrəlilər oxşar anadangəlmə immun mexanizminə malikdirlər. Boytlerin kəşfi növlü immunitetin tədqiqatında sıçrayışa səbəb olub və hazırda insan və siçan orqanizmlərində çoxlu miqdarda Toll reseptorları tapılıb ki, onlar zərərli bakteriya molekullarına təsir edirlər.

   

Ralf Ştaynman 1943-cü ildə Kanadada anadan olub, Amerikadakı Rokfellər Universitetinin professorudur. Qeyd edək ki, tibb üzrə  2011-ci ildə Nobel mükafatı laureatı adına layiq görülmüş Ralf  Ştaynman sentyabrın 30-da vəfat edib. Bu xəbəri ABŞ-ın Rokfeller Universitetinin rəsmi nümayəndəsi bildirib. Həkimlər 2 il bundan əvvəl alimin  mədəaltı vəzisində xərçəng xəstəliyi aşkar ediblər.  Xatırladaq ki, Nobel Komitəsinin nizamnaməsinə görə, heç bir alimə ölümündən sonra Nobel mükafatı verilmir. Komitə Ştaynmanın ölümündən xəbərsiz olduğunu açıqlayıb. Ştaynmanın ölüm xəbərindən Komitə 3 gün sonra xəbərdar olub. Beləliklə də Ştaynmanın Nobel mükafatına layiq görülməsinə dair qərar qüvvədə qalıb. Nobel Komitəsinin baş katibi Qoran Xansson Ştaynmanla bağlı olan vəziyyəti unikal situasiya adlandırıb. Çünki alim  Nobel mükafatı ilə təltif olunmasına dair qərarın qəbul olunmasına bir neçə saat qalmış dünyasını dəyişib.   

   
Fizika üzrə qaliblər  
   

Oktyabrın 4-də Stokholmda fizika sahəsində Nobel mükafatı qaliblərinin adları açıqlanıb.  Amerikalı alimlər Sol Perlmutter və Adam Rayss, həmçinin avstraliyalı Brayan Şmidt kosmologiya sahəsində işlərinə görə bu mükafata layiq görülüb. Fizika üzrə Nobel mükafatının məbləği 1,44 milyon dollardır. Mükafatın tam yarısı Sol Perlmutterə çatacaq, digər yarısı isə Brayan Şmidtlə Adam Rayss arasında bölünəcək.

 

Sol Perlmutter 1959-cu ildə Amerikanın İllinoys ştatında, Urbana şəhərində anadan olub. O, Kaliforniya Universitetinin astrofizika professorudur. 

 

   

Adam Rayss 1969-cu ildə Vaşinqtonda anadan olub.  O, Baltimordakı Kosmik Teleskopiya Elmi-Tədqiqatlar İnstitutunun və Con Hopkins Universitetinin  astronomiya və fizika professorudur.

   

Brayan Şmidt  Amerika və Avstraliya vətəndaşıdır. O, 1967-ci ildə ABŞ-ın  Montana ştatının Missule şəhərində anadan olub. Hazırda Avstraliya Milli Universitetində çalışır.

   
Kimya üzrə qalib
   

Oktyabrın 5-də Nobel Komitəsi kimya üzrə ən mötəbər elmi mükafata İsrail alimi Daniel Şextmanı kvazikristalları kəşf etdiyinə görə layiq görüb. Mükafatın həcmi on milyon İsveç kronudur (1,4 milyon ABŞ dolları). Kvazikristallar adi kristal və amorf maddələr kimi bərk maddələrin struktur formalarından biridir. 70 yaşlı alim bu xəbəri böyük sevinclə qarşılayıb. 

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov