Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

"Uşaq laboratoriyası" layihəsi üzrə kimyadan ilk dərslər keçilib

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ölkəmizin bir neçə ümumtəhsil məktəbində dünya kimya sənayesinin liderlərindən olan Almaniyanın BASF şirkətinin "Uşaq laboratoriyası" tədris layihəsi həyata keçirilir.

Məlumat üçün bildirək ki, "Beynəlxalq kimya ili - 2011"in dünya üzrə sponsoru olan BASF şirkəti uşaqlarda və gənclərdə kimyaya marağın artırılmasına yönəldilmiş təşəbbüsləri fəal şəkildə dəstəkləyir. "Uşaq laboratoriyası" şirkətin belə təşəbbüslərindən biri və fərdi layihəsidir.

Uşaqlar üçün laboratoriya BASF şirkətinin Almaniyanın Lüdviqsxafen şəhərindəki mənzil-qərargahında daimi rejimdə fəaliyyət göstərir. Proqram dünyanın bir çox ölkələrində (Çin, Almaniya, ABŞ, Belçika, Avstraliya, İndoneziya və s.) tətbiq edilmişdir.

İlk dəfə olaraq Rusiya və MDB-nin bir neçə ölkəsinin məktəblərində uşaqlar üçün kimya ilə bağlı əyləncəli təcrübələr keçirilmişdir. Nəticədə Moskva, Kiyev, Almatı, Bakı və Sumqayıt şəhərlərindəki məktəblərin ibtidai sinif şagirdləri maddələrin və maddələr arasında əlaqələrin möcüzəli dünyasını - kimya adlanan elmi ilk dəfə kəşf edərək özlərini həvəslə gənc təcrübəçilər rolunda sınaqdan keçiriblər. Tədris layihəsinin əsasını təşkil edən əyləncəli təcrübələr, parlaq atributlar, virtual köməkçilərin fantastik obrazlarının qurulması kiçik uşaqları daha çox maraqlandırır, onlar məmnunluqla əyləncəli kimya dərslərinə gəlir və bununla da kimya barəsində ilkin biliklər əldə edirlər.

Proqramın hazırlanmasında pedaqoqlar, psixoloqlar, uşaqlarla iş üzrə mütəxəssislər, ekspertlər iştirak etmişlər. Təcrübələr dünyada ən qiymətli və həyati əhəmiyyətli resurs olan, ehtiyatları getdikcə azalan suya, onun xüsusiyyətlərinin araşdırılmasına həsr olunmuşdu. "BASF Kaspian" şirkətinin baş direktoru Ümit Başdaş hesab edir ki, "İnteraktiv dərslər uşaqlara ən vacib təbii ehtiyat olan suya diqqət və qənaətlə yanaşmağı öyrədir".

Azərbaycanda həyata keçirilmiş "Uşaq laboratoriyası" layihəsi çərçivəsindəki təcrübələrdə 350 uşaq iştirak etmişdir. Layihə orta ümumtəhsil məktəblərindəki ibtidai sinifləri əhatə etmişdir. Təcrübələr Sumqayıt şəhərinin 24 və 31 nömrəli məktəblərində, Bakıdakı 43 nömrəli liseydə, "British School" məktəbində və Bakı Türk İbtidai məktəbində keçirilmişdir. Təcrübələrin habelə Sumqayıt şəhərindəki 1 nömrəli internat-məktəbdə keçirilməsi də nəzərdə tutulmuşdur. Oyun formasında keçirilən təcrübələr zamanı uşaqlar "Suyu içmək üçün necə yararlı etmək olar", "Hansı maddələr nəmi saxlaya bilərlər", "Suyun xüsusiyyətlərindən gündəlik həyatda necə istifadə olunur" və s. kimi sualların cavabları ilə tanış olmuş, səmimi uşaq marağı ilə su dünyasının xüsusiyyətlərinə aid praktik əhəmiyyətli bilik və bacarıqlara yiyələnmişlər. Uşaqlar təcrübələr üçün təhlükəsiz inqrediyentlər, əsl laboratoriya qabları, mühafizə geyimləri ilə təmin olunmuşlar. Əyani vəsaitlər, laboratoriya jurnalları uşaqlara materialları daha yaxşı qavramaqda kömək etmişdir. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov