Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Masallıda yeni dərs ilində daha iki məktəb binası istifadəyə verilib

 

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da təhsilə böyük qayğı yeni, yaraşıqlı, müasir standartlara cavab verən məktəb binalarının tikintisində özünü göstərir. Masallıda son illərdə 32 təhsil ocağı  üçün  yeni bina tikilib, onlarca məktəb əsaslı təmir olunub.

Təkcə bu dərs ilində Masallının 2 ucqar kəndində - Hüseynhacılı və Yolağacda müasir məktəb binalarının istifadəyə verilməsi, şahmat məktəbinin əsaslı təmirdən sonra açılışı, eləcə də 6 kənddə yeni təhsil ocağının bünövrəsinin qoyulması  təhsilin  inkişafı sahəsində həyata keçirilən tədbirlərdəndir.

Dövlət müstəqilliyimizin iyirminci ildönümü ərəfəsində rayonun Hüseynhacılı kəndində yeni dərs ili başlayan gün 180 şagird yerlik məktəb binasının istifadəyə verilməsi  təhsil ocağının pedaqoji kollektivinin, şagird və valideynlərin sevincinə səbəb olmuşdur. Ətrafındakı səliqə-sahmanı, asfaltlaşdırılmış həyəti ilə diqqəti çəkən məktəb ikimərtəbəlidir.

Məktəbdə çalışan 23 müəllim və texniki işçi, 156 şagird builki yeni dərs ilini yeni məktəbdə qarşıladı. Müasir tipli məktəb hər cür məktəb ləvazimatı ilə təchiz olunub. Məktəbin pedaqoji kollektivi və kənd ictimaiyyəti bu diqqət və qaygıya görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirir.

Yeni dərs ilində rayonun Yolağac kəndində 180 şagird yerlik yaraşıqlı sinif otaqları, geniş dəhlizi, laboratoriyaları, kompüter, tibb otağı, akt və idman zalı olan məktəbin istifadəyə verilməsi də təhsil ocağının kollektivi, şagird və valideynlər tərəfindən ölkə başçısına minnətdarlıq hissi ilə qarşılanıb.

Eyni zamanda bu günlərdə Masallı rayonunda şahmat məktəbinin yaradılmasının 25 illiyi münasibətilə binanın əsaslı təmiri və yenidənqurulması bu idman növünə qayğının yeni təzahürü kimi qeyd edilməlidir.

Məktəbin birinci və ikinci mərtəbələrində yarış zalı, məşğələ və monitor yerləşir. Otaqlar şahmat dəstləri, stol, stul, kompüter, nümayiş lövhələri ilə təchiz edilib. Üçüncü mərtəbədə geniş və işıqlı yarış zalı böyük tədbirlər üçün nəzərdə tutulub. Burada kompüter mərkəzi, direktor və müşavirə otaqları vardır.

İnanırıq ki, Masallı şahmatçıları əvvəlki ənənələri yaşadaraq dövlətin bu gözəl və qiymətli hədiyyəsinə də yüksək nəticələrlə cavab verəcəklər. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov