Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə
müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə müsabiqə elan edir

 

İlk peşə-ixtisas təhsili müəssisəsində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yeri tutmaq üçün qaydalar: 

1. İlk peşə-ixtisas təhsili müəssisələrinə peşə-ixtisas fənləri üzrə müəllimlərin  və istehsalat təlimi ustalarının işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

2. Müsabiqə Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən  həyata keçirilir.

3. Müsabiqədə  vakant yerin profilinə uyğun bütün ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, müvafiq dövlət təhsil sənədi (diplom) almış mütəxəssislər iştirak edə bilərlər.

4. Elanda göstərilən vakant yerlərə sənəd qəbulu 03-14 oktyabr 2011-ci il tarixlərdə H.Əliyev prospekti, 81 ünvanda yerləşən 3 nömrəli Bakı Peşə Liseyində həyata keçirilir.

5. Hər hansı səbəbdən müəyyən edilən vaxtda müsabiqədə iştirak etməyənlər üçün təkrar müsabiqə təşkil edilmir və həmin şəxslər növbəti ildə ümumi qaydada müsabiqədə iştirak edə bilərlər.

6. Müsabiqə zamanı ixtisası üzrə azı üç il əmək stajı olanlara, təhsil müəssisələrində iş təcrübəsi olanlara, peşəsi üzrə yüksək dərəcəli mütəxəssislərə üstünlük verilir.

7. Müsabiqə iştirakçıları  ilkin pedaqoji məlumatlara malik olmalı, şagirdlərlə işləmək bacarıqlarını, ilk peşə-ixtisas təhsili müəssisələrinin iş prinsiplərini bildiklərini, tədris-təlim prosesinin işi barədə biliklərə malik olduqlarını nümayiş etdirməlidirlər.

8. Müsabiqə komissiyasının qərarı ilə müəyyən edilən ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru müsabiqədən keçən şəxs ilə əmək müqaviləsi bağlayır. İştirakçının sənədləri onun iş yerinə göndərilir.

9. Müsabiqənin nəticələri barədə şikayətlərə müsahibə komissiyasının işi yekunlaşdıqdan sonra bir həftə ərzində baxılır. 

Müsabiqədə iştirak etmək üçün aşağıda göstərilən sənədlər təqdim olunur: 

          Azərbaycan Respublikası təhsil nazirinin adına ərizə;

          Təhsil sənədi (əsli, surəti əlavə olunur);

          Əmək kitabçasının surəti;

          Şəxsiyyət vəsiqəsi (surəti əlavə olunur);

          Sağlamlıq haqqında arayış (istehsalat təlimi ustaları üçün peşənin tələblərinə uyğun);

          Kadrların şəxsi uçot vərəqi. 

Əlaqə telefonları: 566-56-40, 514-07-51.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Elanlar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov