Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Oktyabr 2011 - �40

 

"Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələrinin 2009-cu il üzrə qalibləri
haqqında kitab çapdan çıxıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən 2008-ci ildən başlayaraq təhsil tariximizdə ilk dəfə ölkəmizdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilir. 4 müsabiqə artıq arxada qalmış, hər birində 100 müəllim və 50 məktəb olmaqla 400 müsabiqə qalibi müəllimə və 200 müsabiqə qalibi ümumtəhsil müəssisəsinə Prezident sərəncamları ilə müvafiq olaraq 5000 və 10000 manat birdəfəlik pul mükafatları verilmişdir.

Müsabiqələri keçirmək üçün Təhsil Nazirliyinin əmri ilə yaradılmış Təşkilat Komitəsinin sədri, təhsil naziri Misir Mərdanovun təşəbbüsü ilə müsabiqə qalibləri haqqında kitabların çap olunması planlaşdırılmışdır. Bu silsilədən 2008-ci il müsabiqələrinin nəticələrinə həsr olunmuş "İlk 50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim" adlı ilk kitab 2009-cu ildə çapdan çıxmışdır. Bu günlərdə isə 2009-cu il üzrə müsabiqələrin nəticələrinə dair kitab işıq üzü görmüşdür.

"Şərq-Qərb" nəşriyyatında nəfis tərtibatla, yüksək poliqrafik keyfiyyətlə çap olunmuş kitab "Ən yaxşı müəllim,  Ən  yaxşı  məktəb.  2009" adlanır. Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor  Misir  Mərdanovun  rəhbərliyi  ilə hazırlanmış  kitabın  tərtibçiləri  Təhsil  Nazirliyinin  əməkdaşları Billurə Hacızadə və Bəşarət Məmmədov, redaktoru isə siyasi elmlər üzrə fəlsəfə doktoru, Təhsil  Nazirliyinin  İctimaiyyətlə  əlaqə  şöbəsinin   müdiri  Bayram Hüseynzadədir.

Kitabda 2008-2009-cu tədris ili üzrə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinə dair normativ qaydalar, Təhsil Nazirliyinin müvafiq əmrləri, Təşkilat Komitəsinin qiymətləndirmə sənədləri öz əksini tapıb. Burada habelə müsabiqə qalibi olan 100 müəllimin fəaliyyəti, qazandıqları uğurlar və 50 ən yaxşı ümumtəhsil məktəbi haqqında ətraflı məlumat verilib.

564 səhifəlik sanballı nəşrin ilk səhifələrində ulu öndərimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəllim haqqında qiymətli fikirlərindən nümunələr və təhsilə göstərdikləri qayğını əks etdirən fotoşəkillər yer alıb.

Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanovun kitaba yazdığı "Ön söz"də cəmiyyətdə müəllimin rolu, müxtəlif dövrlərdə məşhur tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, sərkərdələrin müəllimə verdikləri qiymət və müəllim haqqında dedikləri müdrik kəlamlar, son illər təhsilimizdə aparılan islahatlar və onların sayəsində təhsil sahəsində əldə olunmuş uğurlar, təhsilimizə dövlət qayğısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində görülmüş işlər, xüsusən də təhsilin inkişafı naminə qəbul olunmuş proqramlar və onların həyata keçirilməsi, qazanılan nailiyyətlər öz əksini tapmışdır.

"Ön söz"də haqlı olaraq qeyd edilir ki, Təhsil Nazirliyi bu müsabiqələrin keçirilməsinə böyük məsuliyyətlə yanaşır, müsabiqəyə sənəd vermiş hər bir müəllimin, məktəbin fəaliyyətinin obyektiv qiymətləndirilməsinə səy göstərir.

Kitabda Azərbaycan Prezidentinin 2008-2009-cu tədris ilində keçirilmiş hər iki müsabiqənin qaliblərinin mükafatlandırılması haqqında sərəncamları da ön səhifələrdə oxuculara təqdim olunub. Sərəncamlardan sonra ardıcıl şəkildə "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin qalibləri haqqında materiallar verilmiş, bunlardan sonra isə müsabiqələrə dair sənədlər, müsabiqənin II mərhələsini qiymətləndirmə sənədləri və s. təqdim olunmuşdur. Kitabda müsabiqənin müxtəlif anlarını əks etdirən çoxlu sayda fotoşəkillərin verilməsi onun əyaniliyini daha da artırır.

Kitab Azərbaycanın təhsil tarixi ilə maraqlananlar, orta məktəb müəllimləri, bütövlükdə təhsil işçiləri üçün nəzərdə tutulmuşdur.

 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov