Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Oktyabr 2011 - �40

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda elmi-praktik konfrans

 

Oktyabrın 12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Azərbaycanda elm və təhsil müstəqillik illərində" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbiri giriş sözü ilə BPKİYİ-nin  rektoru, professor Asəf Zamanov açaraq "20 il və Azərbaycanın intellektual potensialının inkişafı" adlı məruzəsi ilə çıxış edərək qeyd etdi ki, biz artıq müstəqilliyimizin 20 illiyi ilə bağlı institutumuzda ikinci tədbirdir ki, keçiririk. Birinci tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedramız daha fəal iştirak edib.

Bu gün isə növbəti tədbirə - "Azərbaycanda elm və təhsil müstəqillik illərində" mövzusunda elmi-praktik konfransın keçirilməsi ilə əlaqədar bura toplaşmışıq.

Rektor bildirdi ki,  Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında nə qədər məşəqqətli yollardan keçib.1918-ci ildə qurduğumuz Azərbaycan Xalq Cümhuriyyətini sonadək yaşada bilməsək də, sonradan özümüzdə bir qüvvə taparaq dövlət müstəqilliyimizi bərpa edə bildik. 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamentinin qəbul etdiyi Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycanın müstəqilliyi bərpa olundu. Qəbul olunan həmin müstəqillik bütün Azərbaycan xalqı, bütün struktur bölmələri üçün çox böyük hadisə idi. Həmin tarix də bizim üçün çox əhəmiyyətli tarixdir. Demək istəyirəm ki, əgər 1993-cü ildə bizim ümummilli liderimiz, müstəqil Azərbaycanın banisi Heydər Əliyev hakimiyyətə gəlməsəydi, 1991-ci ildə əldə etdiyimiz müstəqilliyin də yaşamaq müddəti 23 aya gedib çıxa bilərdi. Amma müstəqilliyimiz nə qədər çətin, ağır olsa da, ümummilli liderimizin böyük siyasəti ilə inkişaf etdi və ondan sonra Azərbaycan çiçəklənməyə başladı.

Daha sonra çıxış edən professor A.Zamanov bildirdi ki, əgər 1969-cu ildə ölkəmizdən xaricə təhsil almağa göndərilənlərin sayı 50 nəfər idisə, 1981-ci ildə onların sayı artaraq 1000-i ötmüşdür. Bunları qeyd etməklə onu demək istəyirəm ki, Azərbaycanda intellektual potensialın inkişafı istiqamətində çox böyük işlər görülüb. Belə ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı"nın tətbiq edilməsi və həmin proqram əsasında Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu  universitetlərinə göndərilir. Hazırda ölkəmizdən kənarda 10 mindən çox Azərbaycan gənci təhsil alır. Bunların hamısı Azərbaycanın intellektual potensialının formalaşmasıdır.

Ölkəmizdə şagirdlər dünya olimpiadalarından medallarla qayıdıb, xüsusi ilə müstəqillik illəri ərzində 11 qızıl, 38 gümüş, 60-dan çox bürünc medal əldə edilblər. Bunların da hamısı Azərbaycanda intellektual potensialın inkişafının göstəriciləridir. 2011-ci ilin iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" sərəncam imzalayıb. Bunun özü də çox böyük hadisədir. Bu da ölkədə intellektual potensialın inkişafına yönəlmiş bir addımdır.

BPKİYİ-də son zamanlar görülən işlər barədə danışan professor A.Zamanov onu da qeyd edi ki, bizim institutun son 3 ildə keçirdiyi 4 beynəlxalq konfransın ikisi Kiyevdə keçirilib. Biz də bir institut olaraq çalışırıq ki, Azərbaycanda intellektual potensialın inkişafında öz sözümüzü deyək. Təbii ki, intellektual potensialın inkişafında müəllim əməyinin rolu danılmazdır. Çalışırıq ki, bizim müəllimlər orta məktəblərdə şagirdlərə bilik verən müəllimləri yüksək səviyyədə hazırlasınlar və çalışırıq ki, bu sahədə işlərimizi düzgün  quraq.

Daha sonra tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor, əməkdar müəllim Tofiq Vəliyev "XXI yüzilliyin ilk onilliyində Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf problemləri", Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov "Azərbaycan gəncləri son 20 ildə" mövzularında məruzə ilə çıxışlar etdilər.

Tədbirdə, eyni zamanda institutun müəllimi, kafedra müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Aydın Aslanov, institutun mühazirəçisi, Gəncliyin Elmi-Mədəni İnkişaf Birliyinin sədri Sərdar Yusifoğlu müstəqillik illərində Azərbaycanda elm və təhsilin inkişaf yollarında qazanılan uğurlardan və bu sahədə qarşıda duran vəzifələrdən danışdılar. 

Ədalət DƏŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov