Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Oktyabr 2011 - �40

 

Tacikistanlı təhsil işçiləri ölkəmizin qiymətləndirmə sahəsindəki təcrübəsini öyrənirlər

 

Oktyabrın 7-də Təhsil Nazirliyində Tacikistan Respublikası Prezident Aparatının Təhsil və elm şöbəsinin müdiri Əbdülhəmid Nazimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Qonaqları səmimi salamlayan təhsil nazirinin müavini Qulu Novruzov onları Təhsil Nazirliyində görməyindən məmnunluq hissi keçirdiyinin bildirdi. Görüşün əsas məqsədinin Tacikistan nümayəndə heyətinin ölkəmizin monitorinq, qiymətləndirmə sahəsində təcrübəsini öyrənməsi, məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə ilə bağlı həyata keçirilən tədbirlər haqqında onların ətraflı məlumatlandırılması olduğunu qeyd edən nazir müavini öncə Azərbaycanda həyata keçirilən təhsil islahatlarından söz açdı. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətinin ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini xüsusi vurğuladı. Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin ilbəil artdığını, müstəqillik illərində təhsillə bağlı 16 Dövlət Proqramının həyata keçirildiyini diqqətə çatdıran Qulu Novruzov bunlar barədə danışdı.

Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində görülən işlərə toxunan nazir müavini Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Qeyd olundu ki, Dünya Bankı ilə qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq Təhsil Nazirliyində 2004-cü ildən şagird nailiyyətlərinin qiymətləndirilməsi adı altında fəaliyyətə  başlayan şöbə bir müddətdən sonra Monitorinq və qiymətləndirmə adlandırılıb. Monitorinq və qiymətləndirmə şöbəsinin fəaliyyətindən, gördüyü işlərdən bəhs edən Qulu Novruzov artıq bu sahədə kifayət qədər təcrübənin qazanıldığını, müvafiq istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini bildirdi.

Tacikistan Respublikası Prezident Aparatının Təhsil və elm şöbəsinin  müdiri Əbdülhəmid Nazimov belə səmimi qarşılandıqlarına görə nümayəndə heyəti adından azərbaycanlı həmkarlarına minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan bu gün, həqiqətən, inkişaf etmiş bir ölkədir. Qonaq Azərbaycanı özü üçün doğma ölkə hesab etdiyini deyərək, təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Səfər proqramı çərçivəsində ölkəmizin bir neçə ali təhsil müəssisəsində və Şəki şəhərində olduqlarını deyən Əbdülhəmid Nazimov keçirilən digər görüşlərdən də razılığını ifadə etdi.  Qonaq səfərin əsas məqsədinin qeyd edildiyi kimi Azərbaycanın ali məktəblərə qəbul, məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə sahəsində əldə olunan təcrübə ilə yaxından tanışlıq, bu işin öyrənilməsi olduğunu bildirdi.

Sonra Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri barədə geniş məlumat verdi. Təranə Hacıyeva müasir təhsil sistemində yeni qiymətləndirmənin önəmli yer tutduğunu söylədi. Qeyd edildi ki, qiymətləndirmə olmadan təhsilin keyfiyyəti barədə fikir yürüdülə bilməz. Onun məqsədi məlumat toplamaqdır. Məhz həmin məlumatlar əsasında da müəyyən nəticələrə gəlinir. Yeni qiymətləndirmə sistemində şagird nailiyyətlərinə kompleks şəkildə yanaşılır. Dünyada qəbul olunmuş və artıq tətbiq edilən qiymətləndirmə sistemi 3 komponenti - məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edir. 

Milli qiymətləndirmə ilə bağlı fikirlərini söyləyən Təranə Hacıyeva bildirdi ki, bu, statistik qiymətləndirmə deyil. Milli qiymətləndirmə təhsili öyrənmək üçün aparılan tədqiqatdır və onun məramı ayrı-ayrı şagirdlərin imtahan nəticələrini öyrənmək deyil, ümumilikdə təhsilə qiymət verməkdir. Milli qiymətləndirmə təhsilə, məktəblərin fəaliyyətinə qiymət verməklə yanaşı, həm də təhsilə təsir edən amilləri öyrənir. Milli qiymətləndirmədə əsas məqsəd ölkənin təhsil sisteminin səviyyəsini öyrənmək və nəticələrdən asılı olaraq təhsildə planlaşdırma və proqnozlaşdırmanı müəyyənləşdirməkdir. T.Hacıyeva ölkəmizdə 2009-cu ildə milli qiymətləndirmənin ilkin mərhələsinin aparıldığını və sonrakı illərdə də bunun davam etdirildiyini söyləyərək həmin sahədə əldə olunan nəticələrdən danışdı.

Görülən ilk işlərdən birinin də məhz beynəlxalq qiymətləndirmə ilə bağlı olduğunu deyən çıxışçı daha sonra  qonaqlara bu barədə ətraflı məlumat verdi. Azərbaycanın PISA beynəlxalq proqramında  iştirakından söz açan T.Hacıyeva bildirdi ki, adıçəkilən proqram müxtəlif ölkələrin şagirdlərinin oxu, riyaziyyat  və təbiət elmləri üzrə bilik və bacarıqlarının, eyni zamanda onların müxtəlif tipli problemləri necə həlletmə qabiliyyətlərinin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə aparılır. PISA beynəlxalq proqramında şagirdlərimizin göstərdiyi nəticələrdən danışan şöbə müdiri bununla bağlı ətraflı şərh verdi. Qonaqlara verilən digər məlumatdan aydın oldu ki, 2009-cu ildən başlayaraq Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində kurikulum üzrə beynəlxalq qiymətləndirmənin həyata keçirilməsini təmin etmək üçün TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə proqramına qoşulub. TIMSS və PIRLS beynəlxalq qiymətləndirilməsi ibtidai siniflərdə aparılır. Şöbə müdiri adıçəkilən qiymətləndirmə proqramında iştirak edən şagirdlərimizin nəticələrinin ürəkaçan olacağına ümidvar olduğunu dedi.

Çıxışında tam orta təhsil (XI sinif) və ümumi orta təhsil (IX sinif) səviyyələri üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının keçirilməsindən danışan Təranə Hacıyeva tacikistanlı təhsil işçilərini bu formada aparılan imtahanlara hazırlıq işləri, onların təşkili, aparılma qaydaları, nəticələri, bütövlükdə həmin sahədə əldə edilən təcrübə ilə tanış etdi.  Qeyd olundu ki, ümumtəhsil məktəblərində buraxılış imtahanlarının  mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, obyektivlik və şəffaflığın təmin olunmasına xidmət edir.

T.Hacıyeva onu da bildirdi ki, rəhbərlik etdiyi şöbə Dünya Bankının tövsiyəsi və dəstəyi ilə beynəlxalq ekspertlərlə əməkdaşlıq  edir və əlaqəli şəkildə işləyir. Çıxışının sonunda şöbənin potensialı, texniki imkanlarından söz açan şöbə müdiri digər həyata keçirilən tədbirlərdən danışdı. Görülən işlərlə kifayətlənilmədiyini, ilbəil milli və beynəlxalq qiymətləndirmə prosesinin təkmilləşdirildiyini söylədi.

Görüşdə ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinin təşkili, aparılma qaydaları ilə bağlı hazırlanmış xüsusi slaydların nümayişi, həmçinin  nəşr olunmuş müxtəlif elmi- metodik və imtahanda istifadə olunan vəsaitlərin Tacikistan nümayəndə heyətinə təqdim edilməsi onların ölkəmizin bu sahədə əldə etdiyi təcrübə ilə əyani tanışlığına, daha dolğun təsəvvürə malik olmalarına imkan yaratdı.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən görüşdə Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini bildirməklə yanaşı, onları maraqlandıran suallar da cavablandırıldı. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov