Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Oktyabr 2011 - �40

 

2011-ci ilin ədəbiyyat, sülh və iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

 

 

Ədəbiyyat üzrə qalib

2011-ci ilin ədəbiyyat sahəsində Nobel mükafatına İsveç şairi Tomas Transtroemer layiq görülüb. İsveç Kral Akademiyası Nobel mükafatına məhz Tomas Transtroemerin layiq görülməsini onun reallığa yeni baxıs olan qısa, şəffaf, mənalı obrazlar yaratması ilə əsaslandırıb.

80 yaslı İsveç şairi, peşəkar psixoloq olan Tomas Transtroemer 1990-cı ildə insult keçirib, onun nitq qabiliyyəti pozulub. Şeirləri əfsanəvi, çoxmənalı və kədərli kimi səciyyələndirilir və 50-dən çox dillərə tərcümə edilib.

 

Sülh üzrə qaliblər

 

Ellen Conston Sirlif - dünyanın ən kasıb ölkələrindən olan Liberiyanın prezidentidir. 72 yaşlı Sirlif Afrikanın yeganə qadın prezidentidir, o, bu vəzifəyə 2005-ci ildə keçirilmiş prezident seçkilərində seçilib. Hakimiyyətə gələn Sirlif orduda  islahat aparıb, dövlət xərcini azaldıb, əməkhaqlarını tənzimləyib. Xarici investisiyaların ölkə iqtisadiyyatına kütləvi axınını təmin edib. 2007-ci ildə onun sərəncamı ilə ölkədə ibtidai təhsil pulsuz və məcburi elan olunub.

   

Leymah Qbovi - Liberiyadan olan 32 yaşlı siyasi fəal, 2003-cü ildə sülh uğrunda hərəkatın təşkilatçısı olub.  Məhz bu aksiya nəticəsində Ellen Sirlif hakimiyyətə gəlib. 2000-ci ildən başlayaraq Qbovi liberiyalı qadınların qeyri-zorakı aksiyalarına rəhbərlik edib. Bu aksiyalar hakimiyyəti danışıqlar masası arxasına keçməyə məcbur edib və bu, ölkədə uzunsürən vətəndaş müharibəsinə son qoyub.

   

Təvəkkül Karman - Yəmən siyasi müxalifət lideri, jurnalist və siyasətçidir. 32 yaşlı Karman 2000-ci ildən başlayaraq ölkədə qadın hüquqları və demokratiya uğrunda fəal mübarizəyə rəhbərlik edib. 2007-2010-cu illərdə Sana şəhərində onlarca nümayişlərdə iştirak edib. 2011-ci ildə bir neçə dəfə açıq çıxışlar edib.  Etiraz aksiyalarının təşkilatçısı kimi dəfələrlə həbs olunub.  

 

İqtisadiyyat üzrə qaliblər

 

Kristofer Sims - Harvard Kollecinin bakalavrı (1963-cü il), Harvard Universitetinin fəlsəfə doktorudur. 

   

Tomas Sarcent - Berkli  Kaliforniya Universitetinin bakalavrı və Harvard Universitetinin fəlsəfə doktorudur.

 2011-ci il oktyabrın 10-da Stokholmda iqtisadiyyat sahəsində Nobel mükafatına amerikalı alimlər Tomas Sarcent və Kristofer Sims layiq görülüblər. Onlar makroiqtisadiyyatda müşahidə olunan proseslərin səbəbləri və nəticələrinin empirik tədqiqatları işlərinə görə fərqləniblər.   Alimlər iqtisadi siyasətlə ümumi daxili məhsul, inflyasiya, işsizlik, investisiyalar və başqa makro-iqtisadi göstəricilər arasında əlaqəni tədqiq ediblər. Mükafat rəsmi olaraq "Alfred Nobelin xatirəsinə həsr olunmuş İqtisadi Elmlər üzrə Sveriges Riksbank mükafatı" adlanır.

Bu mükafat İsveç kimyaçısı Alfred Nobel tərəfindən 1895-ci ildə təsis etdiyi ilkin mükafatlar qrupuna aid deyil və 1968-ci ildə İsveçin mərkəzi bankı - Riksbank tərəfindən təsis edilib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov