Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Oktyabr 2011 - 40

 

VI Respublika spartakiadasının açılışı olub

 

Oktyabrın 12-də Azərbaycan Dövlət  Bədən Tərbiyəsi və İdman Akademiyasının idman meydançasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin VI Respublika spartakiadasının açılış mərasimi keçirildi. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni  səsləndirildi. Sonra bildirildi ki,  iki ildən bir keçirilən spartakiadanın əsas məqsədi uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, uşaqların fiziki cəhətdən sağlam böyümələrinə və idman növləri ilə daimi məşğul olmalarına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunu,  onların idman ustalıqlarını artırmaqdır.

Qeyd olundu ki, spartakiadada umumtəhsil və ilk peşə-ixtisas məktəblərinin şagirdləri 8 idman növü  (futbol, həndbol, basketbol, voleybol,  stolüstü tennis, atletika, yunan - Roma güləşi və boks) üzrə IV mərhələdə mübarizə aparmışlar. I mərhələdə - məktəbdaxili yarışlarda ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əksər şagirdləri iştirak etmişdir. II mərhələyə (rayon, şəhər mərhələsi) 880 komanda vəsiqə qazanmışdır. Rayon, şəhər yarışlarında 151 min şagird iştirak etmişdir ki, onlardan da 70 min nəfərini qızlar təşkil edib. III mərhələdə  zona yarışlarında II mərhələnin qalibi olmuş 58 komandanın tərkibində 5545 nəfər şagird iştirak etmişdir. Onlardan da 2 min 180 nəfəri qızlardır. Zona yarışları respublikamızın 10 şəhər və rayonunda keçirilmişdir. Finalda 35 şəhər və rayondan 75 komanda iştirak edir.

Sentyabrın 27-dən yarışların final mərhələsinin oyunlarına start verilmişdir. Yarışlara oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü günü yekun vurulacaq.

Tədbirdə Təhsil Nazirliyinin baş məsləhətçiləri  Arzu Qarayev, Elnur Əlizadə, Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Niftalı Quliyev və digər qonaqlar çıxış edərək idmançıları təbrik etdilər.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov