Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Oktyabr 2011 - �40

 

Təhsil islahatları zamanın tələbidir

 

Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır. 

Heydər ƏLİYEV 

Azərbaycanın ümumi təhsil sistemində islahatlar artıq dönməz xarakter almışdır. 1999-cu ildən başlanan islahatlar ümumi təhsilə mühüm dəyişikliklər gətirmişdir. Bu, hər şeydən əvvəl, bütövlükdə ümumi təhsilin, eləcə də tədris olunan fənlərin məqsəd və vəzifələrinə, təlim texnologiyalarına, şagird nailiyyətlərinin qiymətləndirilməsinə, "valideyn-məktəb", "müəllim-şagird" əməkdaşlığına yeni münasibət formalaşdırmışdır.

Ümumi təhsilin məzmununun təlim nəticələri, müvafiq dövlət standartları əsasında müəyyənləşdirilməsi tamamilə yeni hadisədir və mütərəqqi xarakteri ilə fərqlənir. Məzmunun nəticələr üzərində qurulması bilavasitə məqsəd aydınlığına xidmət edir, həm də təhsil səviyyələri və siniflər üzrə inkişaf prosesinin izlənməsinə əlverişli şərait yaradır.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədində müasir dövrün tələblərinə uyğun olaraq, ümumi təhsilin məzmununa, idarə edilməsinə, infrastrukturuna, maddi-texniki və tədris bazasına, müəllimlərin keyfiyyət göstəricilərinə, şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsinə verilən dövlət tələbləri, ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları, ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri, təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqinin təşkili qaydaları konseptual baxımdan ətraflı əsaslandırılmışdır. Bütün bunlar ümumi təhsil sahəsində fəaliyyətlərin başlıca istiqamətlərini müəyyən edir və fənlər üzrə yeni təhsil proqramlarının (kurikulumların), dərslik komplektlərinin hazırlanmasında, təlim texnologiyalarının və qiymətləndirmə vasitələrinin müəyyənləşdirilməsində aparıcı rol oynayır. Əlbəttə, bunlar təkcə mənim fikrim deyildir, bütövlükdə təhsil ictimaiyyətinin gəldiyi qənaət belədir.

Ümumi təhsil sahəsində yeniliklərin, normativ-hüquqi sənədlərin öyrənilməsi, müzakirəsi və təkliflərin irəli sürülməsi üçün çalışdığım məktəbdə hərtərəfli şərait, demokratik və yaradıcı mühit mövcuddur. Əgər belə olmasaydı, məktəbimizin adı rayonun qabaqcılları sırasında çəkilməzdi. İbtidai siniflər üçün fənn kurikulumlarının layihələri mətbuatda dərc edildikdən sonra onların öyrənilməsi istiqamətində görülən məqsədyönlü işlərlə məktəbimizin fəaliyyəti, demək olar ki, yeni bir mərhələyə qədəm qoydu, pedaqoji kollektivin işində xüsusi canlanma yarandı. Söz yox ki, ilk vaxtlar ümumi təhsilin məzmununa verilən tələbləri, yeni münasibəti, onların mahiyyətini qavramaq, ənənəvi yoldan ayrılmaq elə də asan deyildi. Lakin zaman keçdikcə müntəzəm aparılan diskussiyalar, müzakirələr, ibtidai sinif müəllimləri üçün təşkil olunan öyrədici təlim kursları öz bəhrəsini verdi. Bu prosesdə rayon təhsil şöbəsinin, onun metodkabinetinin rolu və əməyi də az olmadı.

2011-2012-ci dərs ili müasir fənn kurikulumlarının ibtidai təhsil səviyyəsində tətbiqinin artıq yekun mərhələsidir. Məlum olduğuna görə, dərs ili başa çatdıqdan sonra tətbiq edilən kurikulumların monitorinqi keçiriləcək, müəllimlərin hazırlıq səviyyəsi, şagirdlərin təlim nailiyyətləri ətraflı öyrənilib lazımi əməli təkliflər hazırlanacaqdır. Şübhəsiz, təkmilləşdiriləsi, yeniləşdiriləsi məsələlər də olacaqdır. Bununla belə, indidən əminliklə demək olar ki, qazandıqlarımızın üstünlük təşkil etməsi təhsil ictimaiyyəti tərəfindən birmənalı qəbul olunacaqdır.

Mən artıq üçüncü ildir ki, nəticəyönümlü və şəxsiyyətyönümlü müasir kurikulumlar tətbiq edilən sinifdə çalışıram. Bu illər ərzində topladığım təcrübəyə əsaslanıb deyə bilərəm ki, əgər təlim prosesində dinamiklik, müəllimin çevikliyi olmazsa və şagirdlərlə xoş ünsiyyət, səmərəli əməkdaşlıq yaradılmazsa, uğurlu nəticələrə nail olmaq mümkün deyildir. Bu prosesdə müəllimlə valideynlərin pedaqoji-psixoloji cəhətdən əməkdaşlığı da mühüm əhəmiyyətə malikdir. Bütün bu tələblər isə yeni kurikulumlarda öz əksini tapmış məzmun standartlarının mahiyyətindən irəli gəlir. Artıq pedaqoji aləmdə tez-tez səslənən məşhur bir deyim var ki, müəllimin əsas vəzifəsi şagirdlərə öyrənməyi öyrətməkdən ibarətdir. Bunun üçün isə sinifdə müstəqillik ab-havası və yaradıcı mühit hökm sürməlidir. Həmin amillərlə yanaşı, şagirdlər daim düşünməyə sövq edilməli, öyrənmə zamanı qarşıya çıxan problemləri sərbəst həll etməyə alışdırılmalıdırlar. Təcrübə göstərir ki, təlim prosesində müəllimlərlə şagirdlər arasında qarşılıqlı inam və etimad olduğu təqdirdə və şagirdlərin nailiyyətləri obyektiv qiymətləndirildikdə bütün bu məsələləri uğurla həyata keçirmək mümkündür.

Müasir kurikulumlar müəllimdən həm də müntəzəm surətdə pedaqoji axtarışlar aparmağı, məzmuna uyğun maraqlı dərs formaları, metod, üsul və vasitələr tətbiq olunmasını tələb edir. Yeknəsəqlik və təkrarçılıq şagirdlərə mənfi təsir göstərir, təlimə maraqlarını azaldır, onlarda təhsilə qarşı laqeydlik hisslərinin yaranmasına səbəb olur. Belə vəziyyətin əmələ gəlməməsi üçün isə yeni kurikulumlarla işləyən müəllimlərin hansı keyfiyyətlərə və bacarıqlara malik olmasını, onların təlim əməyinin hansı gərginliklər hesabına başa gəldiyini təsəvvür etmək elə də çətin deyildir.

Hazırkı dövrdə dərsləri cəlbedici, yaddaqalan qurmaqda informasiya-kommunikasiya texnologiyalarının rolu danılmazdır. Mən əksər mövzuların tədrisində onlardan səmərəli istifadə etməyə çalışıram. Bunun bir müsbət cəhəti də ondan ibarətdir ki, təlim prosesində İKT-nin tətbiqi şagirdlərin marağına səbəb olmaqla bərabər, həm də onları anoloji bacarıqlara yiyələnməyə həvəsləndirir.

Bütün bu qeyd etdiklərim son illərdə ümumi təhsilin müasir mahiyyəti ilə bağlı qənaətlərimin ifadəsidir. Əlbəttə, ibtidai siniflərdə yeni məzmuna əsaslanan tədrisin təşkili sahəsində toplanan təcrübə uğurlu başlanğıc olsa da, heç də kifayət deyildir. Güman edirəm ki, digər müəllimlər də bu fikrimlə razılaşarlar. Əvvəlki illərlə müqayisədə yeni kurikulumlarla işləyən müəllimlər, o cümlədən mən də fəaliyyətimizdə dönüş yarandığını inamla təsdiq etməyimizə baxmayaraq, zamanın tələblərinə cavab vermək üçün hələ çox çalışmalı, bilik və bacarıqlarımızı təkmilləşdirməliyik. Ona görə də rayon və şəhərlərdə öyrədici kursların və seminarların təşkili müntəzəm xarakter daşımalı, müəllimlərin arzu və təklifləri dinlənilib onlara lazımi səviyyədə metodik köməklik göstərilməlidir. Bu mənada biz Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzindən çox şey gözləyirik. "Kurikulum" jurnalının əməkdaşlarının məktəblərdə tədbirlər keçirib kurikulumların tətbiqi sahəsində mövcud vəziyyəti əks etdirən yazılar çap etməsi, həmçinin qabaqcıl müəllimlərin iş təcrübəsinin kurikulum üzrə mütəxəssislər tərəfindən öyrənilib yayılması da faydalı olardı. 

Rüxsarə MİRZƏYEVA,
Bərdə şəhəri 8 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov