Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunda inşa olunmuş
bir neçə təhsil müəssisəsinin yeni binalarının açılışlarında iştirak edib

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 19-da Bakının Xəzər rayonunda yenidən qurulmuş üç təhsil müəssisəsinin açılışlarında iştirak etmişdir.

Əvvəlcə Binə qəsəbəsindəki S.Abbasov adına 117 saylı tam orta məktəbin açılışına gələn Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Sonra açılışı bildirən rəmzi lent kəsildi.

Məktəblə tanış olan Azərbaycanın birinci xanımına məlumat verildi ki, yararsız vəziyyətdə olan məktəb binası 2010-cu ilin dekabrında sökülərək Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yenidən tikilmişdir. 3 hektar ərazini əhatə edən məktəb 2040 şagird, 81 sinif, 4 kompüter otağı, akt və idman zalları, laboratoriyalar, kitabxana, həkim kabineti, əmək emalatxanalarından ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilə qayğısını əks etdirən fotostend qurulmuşdur. Məktəbin həyətində süni örtüklü yeni idman meydançası vardır. Təhsil müəssisəsində 140 müəllim çalışır. Kompüter otaqlarının avadanlığı məktəbə Fond tərəfindən hədiyyə edilmişdir.

Mehriban xanım Əliyeva məktəbin sinif və kompüter otaqları, yeməkxanası, laboratoriyasına baxdı, binanın istilik təchizatı ilə maraqlandı. Bildirildi ki, bütün otaqlarda ən müasir istilik sistemi quraşdırılmışdır.

***

Həmin gün Mehriban xanım Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş D.Cəbrayılov adına 119 saylı məktəbə gəldi.

Rəmzi açılış lentini kəsən Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim olundu.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş məktəb binası və ibtidai siniflər üçün inşa olunmuş yeni korpusla tanış olan Azərbaycanın birinci xanımı musiqi kabineti, siniflər, yeməkxana, akt və idman zallarına baxdı.

Məlumat verildi ki, 550 yerlik məktəb binası 1966-cı ildə tikilmişdir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində əsaslı təmir olunan məktəb yüksək keyfiyyətli avadanlıqla təchiz edilmişdir. Əlavə olaraq ibtidai sinif şagirdləri üçün tikilmiş 300 yerlik yeni korpusda isə 238 uşaq təhsil alır. Məktəbə Fond tərəfindən 40 kompüter hədiyyə edilmişdir. Binada ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin Mehriban xanım Əliyevanın təhsilə qayğısını əks etdirən fotoguşə, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 120 nəfərlik akt zalı, 18 min kitabın saxlanıldığı kitabxana, bufet vardır. Məktəb binası mərkəzləşdirilmiş kamera-nəzarət sistemi ilə təchiz olunmuşdur.

***

Azərbaycanın birinci xanımı oktyabrın 19-da Zirə qəsəbəsində Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində yeni istifadəyə verilmiş uşaq bağçasının açılışında da iştirak etdi.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildikdən sonra rəmzi açılışı bildirən lent kəsildi.

Bağçada yaradılmış şəraitlə tanış olan Mehriban xanım Əliyeva daha sonra yeməkxana, oyun və idman zalı, musiqi otağı ilə tanış oldu. Azərbaycanın birinci xanımına məlumat verildi ki, 120 yerlik uşaq bağçasında 3-6 yaş arası uşaqlardan ibarət 4 qrup fəaliyyət göstərəcəkdir. 1655 kvadratmetr ərazini əhatə edən uşaq müəssisəsində müasir tələblərə cavab verən bütün şərait yaradılmışdır.

Yeni mətbəx və yemək ləvazimatları ilə təchiz olunmuş yeməkxanada uşaqların sağlam və düzgün qidalanması təmin olunacaqdır. Müxtəlif musiqi alətləri ilə təchiz edilmiş otaqda isə balacaların musiqi istedadını kəşf və inkişaf etdirmək üçün əsl imkan vardır.

Həyətdə qurulmuş uşaq meydançası, gözoxşayan köşklər balacaların maraqlı və şən vaxt keçirmələrinin təminatçısı olacaqdır. Uşaqların təhlükəsizliyinə nəzarət mərkəzləşdirilmiş kamera sistemi ilə aparılacaqdır. 

 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov