Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - 41

 

Akkreditasiya Şurasının növbəti iclası keçirilib

 

Oktyabrın 17-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.  İclasda Azərbaycan Müəllimlər İnstitutu, Qərb Universiteti və Xəzər Universitetinin akkreditasiyasının nəticələri müzakirə olunub.

İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və bu işin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.

Sonra Misir Mərdanov ötən iclasda akkreditasiyanın nəticələrinin müzakirəsi tamamlanmamış Azərbaycan Müəllimlər İnstitutunda aparılmış əlavə araşdırmalar barədə məlumat vermək üçün sözü mütəxəssislərdən ibarət komissiyanın sədri, Təhsil Problemləri İnstitutunun Təhsilin konseptual problemləri şöbəsinin aparıcı elmi işçisi İntiqam Cəbrayılova verib.

İ.Cəbrayılov 2010-2011-ci tədris ilində Azərbaycan Müəllimlər İnstitutunda görülmüş işlər haqqında məlumat verərək qeyd edib ki, son illər bu təhsil müəssisəsində digər struktur bölmələrlə yanaşı, ixtisasartırma və yenidənhazırlanma təhsilinin təşkilinə də xüsusi diqqət yetirilir və pedaqoji kadrların keyfiyyət göstəricilərinin artırılması istiqamətində müvafiq işlər reallaşdırılır. Tədris ili ərzində təqvim-mövzu planı, həm də çevik fəaliyyət proqramı əsasında fənn kurikulumlarına, fəal-interaktiv təlimə geniş yer verildiyini bildirən komissiya sədri institutun filiallarının pedaqoji kadrların ixtisasartırma təhsilinə cəlb olunması, müxtəlif mövzularda elmi-praktik konfransların, "dəyirmi masa"ların, treninqlərin, "açıq dərs"lərin və işgüzar görüşlərin keçirilməsi istiqamətində atdığı addımlardan danışıb. İ.Cəbrayılov yenidənhazırlanma təhsili üzrə mütəxəssis hazırlığı sahəsində görülmüş işləri, Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri,  habelə Akkreditasiya Komissiyasının gəldiyi qənaəti iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən Qərb Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti Əbülfət Pələngov bildirib ki, komissiya universitetdə müvafiq ixtisaslar üzrə tədrisin təşkilinin və həyata keçirilməsinin vəziyyətini, onun Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu təhlil edərək mütəxəssis hazırlığının səviyyəsini araşdırıb. Komissiyanın müəyyən etdiyi məsələlərdən söz açan Ə.Pələngov universitetin fəaliyyətinin təşkilati-hüquqi təminatı, kadr hazırlığının məzmunu və strukturu, tələbə kontingenti, elmi-tədqiqat fəaliyyəti, kadr təminatı, universitetin idarə olunması, maddi-texniki bazası, eləcə də bu təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə geniş məruzə edib. Qərb Universitetində bakalavriat səviyyəsində ixtisaslar üzrə sonuncu kurs tələbələrinin bilik səviyyəsinin yoxlanılması üçün keçirilmiş test sorğusunun nəticələrini diqqətə çatdıran komissiya sədri bu ali təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarları qeyd edib.

 Akkreditasiya Şurasının iclasında geniş və ətraflı təqdimat-məruzə ilə iştirakçılara məlumat verən Xəzər Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillər kafedrasının müdiri Gülçöhrə Alıyeva öncə universitetin fəaliyyətinin normativ-hüquqi təminatı, tabeliyindəki strukturlar barədə danışıb. Universitetin professor-müəllim heyəti, tədris planının strukturu, təhsil proqramlarının tələbləri, elmi-tədqiqat mərkəzləri, bu ali məktəbin məzunlarının təhsillərini xaricdə davam etdirməsindən bəhs edən G.Alıyeva Xəzər Universitetinin dünya universitetlərinin beynəlxalq reytinq cədvəlində yer tutduğunu da diqqətə çatdırıb.

Sonra hər üç universitet barədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, konkret rəy və təkliflər səsləndirilib.

Təhsil naziri Misir Mərdanov hər üç ali təhsil müəssisəsində aparılmış araşdırma ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. Azərbaycan Müəllimlər İnstitutunun pedaqoji kadrların müasir tələblər baxımından hazırlanması istiqamətində üzərinə düşən vəzifələrdən söz açan nazir bu ali məktəbə bir sıra məsələlərin həlli ilə bağlı lazımi dəstək göstəriləcəyini qeyd edib. Eyni zamanda Misir Mərdanov Qərb Universitetinin və Xəzər Universitetinin fəaliyyəti haqqında danışıb, hər iki universitetin qazandığı uğurları, yeniliklərin tətbiqi istiqamətində atdığı addımları diqqətə çatdırıb.

Sonda Akkreditasiya Şurası Azərbaycan Müəllimlər İnstitutunun, Qərb Universitetinin və Xəzər Universitetinin akkreditasiyası barədə müsbət qərar qəbul edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov