Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - 41

 

"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" mövzusunda konfrans

 

Oktyabrın 14-də Bakıdakı Hilton otelində "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavini Qulu Novruzov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellen, Almaniyanın Qida, Kənd Təsərrüfatı və İstehlakçının Müdafiəsi Federal nazirinin müavini Peter Bleser, Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsinin Almaniya tərəfdən meneceri Herbert Strobel, Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, peşə məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər. Konfransda Avropa İttifaqı tərəfindən maliyyələşən "Tvinninq" layihəsinin ölkəmizdə tətbiqi əsas məsələlərdən biri kimi nəzərdə tutulmuşdu. Məlumat üçün bildirək ki, 2010-cu ilin avqustunda Avropa İttifaqına üzv ölkələr arasında "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsi elan olunub.

"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsi Avropa Qonşuluq Siyasətinin (AQS) 2008-ci il Milli Fəaliyyət Planı çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və layihənin büdcəsi 1200000 avrodur. 15 avqust 2011-ci il tarixdə başlanmış layihənin 21 ay müddətində icra olunması nəzərdə tutulub. Eyni zamanda layihədə ilk peşə-ixtisas təhsili strategiyası çərçivəsində həyata keçirilən cari islahatların kənd təsərrüfatı sahəsində peşə təhsili və təlimini əhatə etməsi məqsədilə ilk peşə-ixtisas təhsili qurumlarının və digər əlaqədar təşkilatların institusional potensialının gücləndirilməsi öz əksini tapıb.

"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın prinsiplərinə uyğun olaraq tərtib olunub.

Layihədə kənd təsərrüfatı sahəsinə aid ixtisas standartlarının və kurikulum nümunələrinin hazırlanması, müvafiq istiqamətdə bir və ya bir neçə peşə təhsili müəssisəsində pilot layihənin həyata keçirilməsi, layihənin icrasını dəstəkləyənlər və bununla bağlı kurikulumları tərtib edənlər, peşə təhsili müəssisələrinin rəhbərləri və müəllimləri üçün təlimlər keçirilməsi öz əksini tapıb. Layihə "Tvinninq" tərəfdaşlarının - Azərbaycan Respublikası Təhsil Nazirliyi və Almaniyanın Qida, Kənd Təsərrüfatı və İstehlakçının Müdafiəsi Federal Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.

Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq, Azərbaycanın müstəqillik qazandıqdan sonra Almaniya ilə bütün istiqamətlərdə olduğu kimi təhsil sahəsində də əməkdaşlığının genişləndiyini nəzərə çatdırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin digər sahələrlə yanaşı, kənd təsərrüfatı sektoruna da xüsusi diqqət yetirdiyini bildirən nazir kənd təsərrüfatı üzrə ixtisaslı kadrların yetişdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd etdi.

Təhsil naziri Misir Mərdanov layihənin həyata keçirilməsində əsas məqsədin Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində peşə təhsili islahatlarına yardım etmək, peşə təhsili almış məzunların işlə təmin olunma vəziyyətini yaxşılaşdırmaq və ölkədə qeyri-neft sektoru sahələrinin rəqabət qabiliyyətini artırmaqdan ibarət olduğunu söylədi. Layihənin gələcəkdə peşə təhsilinin və kənd təsərrüfatının inkişafına böyük təkan verəcəyinə inamını ifadə edən nazir bu baxımdan "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsini yüksək dəyərləndirdi.

Konfransda çıxış edən  Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellen respublikamızın son illər sürətlə inkişaf edən iqtisadiyyatından söz açdı. Bildirdi ki, kənd təsərrüfatı sahəsi vacib sahələrdəndir. Azərbaycan Asiya və Avropa qitələri arasında yerləşir ki, bu da kənd təsərrüfatı sahəsinin genişlənməsi və idxalın artırılması üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfü deyil ki, Cənubu Qafqaz iqtisadiyyatının 75%-i Azərbaycanın payına düşür. Ölkəmizin geniş potensiala malik olduğunu və kənd təsərrüfatının inkişafı üçün hər bir şəraitin mövcudluğunu qeyd edən səfir layihənin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu qeyd etdi.

 Çıxış edən Almaniyanın Qida, Kənd Təsərrüfatı və İstehlakçının Müdafiəsi Federal nazirinin müavini Peter Bleser kənd təsərrüfatı sahəsinə böyük investisiyaların yatırılmasının vacibliyini vurğuladı. Bu sahənin inkişafı üçün yüksək ixtisaslı kadrların hazırlanmasının əsas amillərdən biri olduğunu qeyd edən Peter Bleser həm ekoloji, həm də qida cəhətdən inkişaf etmiş Almaniyanın bir neçə olkədə tədris mərkəzləri yaratdığını və bu mərkəzlərdən ölkələrin xeyli faydalandığını nəzərə çatdırdı.

Sonda "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsinin Almaniya tərəfdən meneceri Herbert Strobelin layihə haqqında geniş təqdimatı dinlənildi. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov