Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - 41

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 3956 müraciət daxil olub

 

 Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin sentyabrında 3956 müraciət daxil olub.

Müraciətlərdən 3526-sı telefonla, 430-u isə elektron poçt vasitəsilə qəbul edilib.

 Müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğuların çoxu ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, I sinfə vaxtından əvvəl qəbul, dərs bölgüsü, şagirdlərin dərsliklərlə təminatı, məktəbli forması, yaş senzinin tətbiqi ilə bağlı müəllimləri narahat edən çoxsaylı məsələlərlə əlaqədar olub. Digər sorğular ali və orta ixtisas məktəblərinə tələbə qəbulu, tələbələrin bir məktəbdən başqa məktəbə və bir ixtisasdan başqa ixtisasa köçürülməsi, xaric olunmuş tələbələrin bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistratura pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması ilə bağlıdır.

 Sorğuların kəmiyyət tərkibinin təhlili göstərir ki, müəllimlərin müsabiqə yolu ilə işə qəbulu (905 sorğu), ümumtəhsil məktəblərində şagirdlərin yerdəyişməsi (626 sorğu), ali və orta ixtisas təhsili (468 sorğu), vaxtından əvvəl I sinfə qəbul (317 sorğu), yaş senzinin tətbiqi (214 sorğu), məktəbəqədər təhsil müəssisələrinə qəbul (208 sorğu), məktəbli formasının tətbiqi (205 sorğu), tələbə qəbulu (198 sorğu), təhsil sənədlərinin tanınması (146 sorğu) ilə əlaqədar müraciətlər çoxluq təşkil edir. Digər sorğular beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, Dövlət Proqramı üzrə xaricdə təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi qaydaları (122 sorğu), lisenziya fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti (90 sorğu) ilə əlaqədardır. Qalan müraciətlər isə ünvan, telefon nömrəsi, qəbul vaxtının öyrənilməsi və digər mövzuları əhatə edir.

Sentyabrda daxil olmuş şikayət məzmunlu müraciətlərin çoxu yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumi təhsil məktəblərindən 23, digər şəhər ümumi təhsil məktəblərindən 3 (Gəncə, Sumqayıt və Naftalan şəhərlərinin hər birindən 1), Abşeron , Zərdab, Gədəbəy, Tovuz, Füzuli, Yardımlı, Laçın, Göyçay, Bərdə rayonlarının hər birindən 1, Şəkidən isə 4 eyni məzmunlu şikayət daxil olub.

Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas məzmununu məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir neçə məktəbdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əməkhaqlarından tutulmalar və digər məsələlər təşkil edir. Qeyd etmək lazımdır ki, araşdırma zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, başqa bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin müəllimi şagirdin qiymətləndirilməsində səhv etdiyi üçün ona töhmət verilib. Şikayət daxil olan digər təhsil müəssisələrinə müraciətlərdə göstərilən nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

 Ötən ay məktəbəqədər təhsil müəssisələrindən 11 şikayət qəbul edilib. Bu müraciətlər araşdırılıb və əksəriyyəti həllini tapıb. Texniki peşə təhsili müəssisələri ilə əlaqədar 1, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 3 şikayət daxil olub.

Müraciətlərin hamısı qeydə alınıb, araşdırılıb və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən cavablandırılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov