Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Qürur mənbəyimiz

 

Bakıdakı 28 nömrəli tam orta məktəbdə hər bir azərbaycanlının qürur mənbəyi olan müstəqilliyimizin 20 illiyini qeyd etmək üçün oktyabrın 14-də tədbir keçirildi. Təşkilatçı Nərminə Aşurovanın köməyi ilə şagirdlər maraqlı ədəbi-bədii kompozisiya hazırlamışdılar.

Aparıcılar - X sinif şagirdləri Gülnarə və Elvin tədbiri açıq elan etdikdən və Dövlət himnimiz ifa olunduqdan sonra məktəbin direktoru Mehriban Əlizadə tədbir iştirakçılarını salamlayaraq onları bayram münasibəti ilə təbrik etdi. Müstəqilliyimizin bərpasının tarixi min illərlə ölçülən xalqımızın həyatında çox mühüm hadisə olduğunu vurğulayan M.Əlizadə ulu öndər Heydər Əliyevin ölkədə sabitliyin yaradılması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışdı, 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi ilə bütün sahələrdə quruculuq işlərinin aparılması üçün hüquqi zəmin yaradıldığını söylədi. Diqqətə çatdırdı ki, ulu öndərimizin layiqli varisi, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda son illər çox böyük inkişafa nail olunub, bütün sahələrdə islahat geniş vüsət alıb, milli təhsil sistemimiz formalaşıb, ölkəmiz bütün sahələrdə, o cümlədən də təhsildə dünyaya uğurla inteqrasiya olunur.

Sonra müstəqilliyimizdən bəhs edən qısametrajlı film nümayiş olundu, şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etdilər. Məktəbin müxtəlif siniflərində təhsil alan istedadlı şagirdlərin doğma Azərbaycanımız, onun müstəqilliyi, bayrağımız haqqında söylədikləri şeirlər, ifa etdikləri mahnı və rəqslər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Mərasimdə məktəbin tarix müəllimi Fətulla Abdullayev, millət vəkili Asim Mollazadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov təbrik nitqləri söyləyərək müstəqilliyin, azadlığın hər bir xalq üçün böyük nemət olmasından, müstəqilliyimizin daha da möhkəmlənməsi üçün şagirdlərin üzərinə düşən vəzifələrdən, ölkəmizdə təhsilə, uşaq və gənclərə göstərilən qayğıdan söz açdılar.

Sonra qonaqlar məktəbdə açılmış "Müstəqillik uşaqların gözü ilə" mövzusunda şagirdlərin əl işləri və rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular, məktəbin xatirə kitabına ürək sözlərini yazdılar. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov