Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - 41

 

Məktəbdə bayram tədbiri

 

Oktyabrın 17-də Bakıdakı 308 nömrəli məktəbdə müstəqilliyimizin 20 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi və digər şəxslər iştirak edirdilər. Məktəbin tarix müəllimləri Günel İbrahimova, Simuzər Qasımova və Xalidə Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağının zala daxil olması ilə başladı. Sonra iştirakçılar respublikamızın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər, imzalanmış müqavilələr, həyata keçirilən islahatlar və ulu öndər Heydər Əliyevin quruculuq işləri haqqında hazırlanan videoçarxı izlədilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Təranə Məmmədova iştirakçıları salamlayaraq müstəqilliyin əvəzolunmaz nemət olduğunu qeyd etdi.   Qazanılan müstəqilliyin şanlı tarixçəsinə nəzər yetirən T.Məmmədova müasir Azərbaycanın  memarı olan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən danışdı. Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində, dünyada tanıdılmasında Heydər Əliyevin misilsiz xidmətlərinin olduğu və bu xidmətlərin həmişə xalqımız tərəfindən anılacağı qeyd edildi. Böyük siyasi xadimin keçdiyi həyat yolu, bu yolda qarşılaşdığı maneələr, dövlətçiliyin qorunmasında göstərdiyi xidmətlər barədə ətraflı məlumat verildi. T.Məmmədova dahi şəxsiyyətin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq təhsilimizin günü-gündən sürətlə inkişaf etdiyini nəzərə çatdırdı.

Müstəqilliyimizin 20-ci ildönümü münasibətilə keçirilən "Müstəqilliyimiz əbədidir",  "Vətən mübariz əsgər çağırır" inşa yazı müsabiqələrində yer tutan məktəbin XI sinif şagirdləri Həmayə Orucova və Xəyalə İsmayılovanı təbrik edən direktor belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdi.

IX sinif şagirdlərinin ifasında səslənən "Vətən anadır", Dövlət bayrağı haqqında şeir və "Yallı" rəqsi iştirakçılara xoş təsir bağışladı.

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov