Redaktorun seçimi

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır

Yeni oyuncaq standartları bağça proqramlarını dəyişəcək

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq
Pedaqoji yazılar

Yaşlıların təhsili üzrə tendensiyalar

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

Uşağa darıxmaq fürsəti verin…

Qorxularınızı övladınıza ötürməyin! - Elmi sübutlar

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025
Avropa Komissiyasının Təhsil və Mədəniyyət İcra Agentliyi (Education, Audiovisual and Culture Executive Agency - EACEA) və “Eurydice” şəbəkəsi tərəfindən "Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti- 2024/2025" adlı hesabat nəşr olunub. “Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin iyul sayında hesabatdan çıxarışlara yer verilib.Bu hesabat Avropanın 38 ölkəsində ibtidai və orta ümumi təhsilin təşkilinə dair strateji göstəriciləri əhatə edir. Hesabatın əsas məqsədi fənlər üzrə dərs saatlarının bölgüsü müxtəlif ölkələr üzrə müqayisəli şəkildə təhlil edilərək Avropada təhsilin keyfiyyətini dəyərləndirməkdir. Hesabatda vurğulanır ki, tədris saatlarının artırılması və əlavə dəstək tədbirləri sosial və akademik cəhətdən zəif şagirdlərin nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Sənəddə bu yanaşmanın tətbiqi ilə bağlı konkret nümunələr ətraflı şəkildə göstərilir.Məsələn, İtaliyanın cənub bölgəsində həyata keçirilmiş "Keyfiyyət və Ləyaqət" layihəsi çərçivəsində aşağı göstəricilərə sahib məktəblərdə tədris saatlarının xüsusilə riyaziyyat fənni üzrə artırılması, aztəminatlı ailələrdən olan şagirdlərin nəticələrinin yüksəlməsinə səbəb olmuşdur. ABŞ-nin Nyu-York şəhərində aparılmış araşdırmada isə müəyyən edilmişdir ki, tədris müddətinin artırılması, öyrənmə prosesində müəllimlər tərəfindən şagirdlərə ardıcıl və məqsədyönlü rəy verilməsi və akademik uğura yönəlmiş təhsil strategiyaları şagird nəticələrində 45%-ə qədər müsbət nəticələrə səbəb olub.Bundan əlavə, PISA nəticələri ilə tədris saatları arasında əlaqə araşdırılmış və məlum olmuşdur ki, təhsili olmayan valideynlərə sahib və ya ikinci nəsil miqrant ailələrindən olan şagirdlərə daha çox dərs saatı ayrıldıqda, onların akademik göstəriciləri müsbət istiqamətdə dəyişir. Bu nümunələr göstərir ki, sadəcə tədris müddətini artırmaq deyil, onu məqsədyönlü və inklüziv strategiyalarla birgə tətbiq etmək daha səmərəli nəticələr verir.Statistik məlumatlara əsasən, Avropada tam ştatlı məcburi təhsilin müddəti ölkədən ölkəyə dəyişməklə 8 ildən 13 ilə qədər uzadıldığı məlum olub. Ümumi göstəricilərə əsasən, təhsil üzrə (bütün pillələr üzrə) illik tövsiyə olunan minimum dərs saatlarının cəmi ortalama 7 868 saat təşkil edir. Bu göstərici bəzi ölkələrdə, məsələn, Danimarkada 10 600 saatla maksimum həddə çatdığı halda, İslandiyada 7 616 saatla nisbətən daha aşağı səviyyədədir. Rumıniya isə 13 illik tam məcburi təhsil dövrü ilə ən uzun təhsil müddətinə sahib ölkədir. Bu rəqəmlər həm təhsilin coğrafi, struktur və kurikulum fərqlərini, həm də sosial siyasətlərin prioritetlərini aydın şəkildə göstərir.Diqqətçəkən faktlardan biri də budur ki, ibtidai təhsil səviyyəsində ümumi tədris yükü daha çox olsa da, illik dərs saatlarının sayı orta təhsilin, xüsusilə də aşağı orta təhsil səviyyəsində daha yüksəkdir. Məsələn, Avropa ölkələri üzrə ümumi göstəricilərə əsasən, ibtidai təhsildə illik orta dərs saatı 725 saat təşkil edirsə, aşağı orta məktəbdə bu göstərici 857 saatadək yüksəlir. Bu tendensiya təhsil sistemlərinin tədris yükünü şagirdin yaş səviyyəsinə uyğun mərhələli şəkildə artırıldığını nümayiş etdirir.Hesabatda həmçinin fənlər üzrə dərs saatlarının bölgüsünə dair məlumatlara da yer verilir. Avropa təhsil sistemləri üzrə ortalama göstəricilərə əsasən, Ana dili (Oxu, yazı və ədəbiyyat) fənni ibtidai təhsildə əsas yer tutur və ümumi kurikulumun təxminən 26%-ni təşkil edir. Fransada bu fənnə (ana dili fənninə) ayrılan vaxt 1 656 saata çatır və bu, Avropada ən yüksək göstəricidir. İkinci əsas fənn olan riyaziyyat (ibtidai təhsil pilləsi üzrə) isə orta hesabla 18%-lik tədris payı ilə təmsil olunur. Lüksemburq (1 056 saat), Serbiya və Xorvatiya bu sahədə ən çox dərs saatı ayıran ölkələr sırasındadır. Maraqlı məqam odur ki, təbiət elmləri ibtidai təhsil səviyyəsində nisbətən az yer tutsa da (ortalama 7%), orta təhsildə əhəmiyyətli dərəcədə artır və bəzi ölkələrdə (məsələn Rumıniyada 19%) kurikulumun ayrılmaz tərkib nissəsinə çevrilir. Yalniz Yunanıstan və Finlandiyada təbiət elmləri fənninin payı ibtidai təhsil üzrəkurikulumun 10%-ni təşkil edir.Hesabatda həmçinin 2022/2023 və 2024/2025 tədris illəri arasında həyata keçirilən dəyişikliklər də təhlil olunur. Məsələn, Litvada 7-8-ci siniflər üçün informasiya texnologiyaları və "həyati bacarıqlar" (life skills - şəxsi inkişaf hədəfləri, özünü tanıma, qarşılıqlı münasibətlər və əməkdaşlıq, məsuliyyətli qərarvermə və davranış, eləcə də sağlam və təhlükəsiz həyat tərzi) fənni üzrə dərs saatları artırılıb,ibtidai təhsildə isə praktik və peşə bacarıqlarına ayrılan dərs saatlarının sayı azaldılıb; İtaliyada ibtidai məktəbin 4-cü sinfində bədən tərbiyəsi üzrə əlavə 66 saat tətbiq olunub; Fransada isə "ev tapşırığı məktəbdə proqramı (təxminən 36 saatlıq əlavə vaxt) şagirdlərə yönəldilib. Finlandiyada orta təhsil pilləsində ikinci xarici dil (ikinci xarici və ya milli azlıq dili) üzrə illik dərs müddəti cüzi şəkildə artırılıb.Rumıniyada isə tam orta təhsilin 12-ci sinfində sosial elmlər fənnində həftəlik bir əlavə dərs saatı ayrılaraq, yeni bir mövzu - "Yəhudi xalqının tarixi. Holokost" tədris proqramına daxil edilib. Bu dəyişikliklər ölkələrin təhsil siyasətinin modernləşdirilməsi və şagirdyönümlü yanaşmaların gücləndirilməsistiqamətində addımlar atdığını göstərir.Hesabatda diqqət çəkən mühüm məqamlardan biri də təhsil sistemlərində tətbiq olunan fleksibilik, yəni fənlər və siniflər üzrə dərs saatlarının bölgüsünə dair məktəblərin qərarvermə hüququnun olmasıdır. Bu muxtariyyətin səviyyəsi Avropa ölkələri arasında əhəmiyyətli dərəcədə fərqlənir. Mərkəzləşdirilmiş modellərdə (məsələn, Fransa və Kipr) bütün dərs saatları və fənn bölgüsünü mərkəzi orqanlar müəyyənləşdirir. Digər ölkələrdə isə, məsələn, Finlandiya, Norveç, İsveçrə və Niderlandda məktəblərə daha geniş səlahiyyət verilir. Xüsusilə, Niderlandda məktəblər yalnız illik ümumi dərs saatı çərçivəsinə (təxminən 7 520 saat) riayət etməli, fənn bölgüsü və tədris yükünü isə özləri sərbəst şəkildə tənzimləyirlər. Bu, məktəblərin lokal ehtiyaclara və şagirdlərin sosial və mədəni xüsusiyyətlərinə uyğun proqramlar tətbiq etməsinə imkan verir. Finlandiyada isə milli kurikulum çərçivəsi mövcud olsa da, məktəblərə bu çərçivəni uygunlaşdırmaq və geniş şəkildə şaxələndirmək Bu tip muxtariyyat inova tədris üsullarının tətbiqinə və kurikulumun yerli ehtiyaclara uyğunlaşdırılmasına şərait yaradır. Bu muxtariyyətin səmərəliliyi müəllim hazırlığı, qiymətləndirmə və hesabatlılıq sistemləri ilə bağlıdır və bu da təhsilin keyfiyyətinə müsbət təsir edir.Hesabat Avropa İttifaqının təhsil sahəsində 2030-cu ilə qədər müəyyən etdiyi əsas hədəflərə yəni 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat və təbiət elmləri üzrə zəif nəticə göstərənlərin 15%-dən minimuma endirilməsini hədəfləyir. Tədris prosesinin səmərəli təşkili, fərdi dəstək və məktəb, müəllim və şagird arasında səmərəli əməkdaşlıq bu məqsədə çatmağın əsas yolları kimi göstərilir.Mənbə: European Commission: European Education and Culture Executive Agency, Recommended annual instruction time in full-time compulsory education in Europe 2024/2025, Publications Office of the European Union, 2025, https://data.europa.eu/doi/10.2797/1556974
Təhsil TV

Yüklənir
1 Avqust – Azərbaycan Dili və Əlifbası Günüdür. Dilimiz – kimliyimiz, sözümüz – gücümüzdür!
31 iyul, 21:00
Yüklənir
DİM-də universitetlərin sərgisi keçirilir
DİM-də universitetlərin sərgisi keçirilir. #TəhsilTV #EduAz #UniversitetSərgisi #AliTəhsil #DİMTədbiri.
31 iyul, 16:26
Yüklənir
Özəl bağçaların əməkdaşları üçün təlim keçirilir
Özəl bağçaların əməkdaşları üçün təlim keçirilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkə ...
31 iyul, 12:44
Yüklənir
121 min uşağın birinci sinifə qəbulu tamamlanıb
121 min uşağın birinci sinifə qəbulu tamamlanıb. #TəhsilTV #EduAz #BirinciSinif #UşaqQəbulu #YeniTədrisİli.
30 iyul, 20:00
9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı
Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi keçən ildən başlayaraq Naxçıvanda da reallaşdırılır. Bu müsabiqədən uğurla keçərək yüksək bal toplayanlar hazırda Muxtar Respublikanın müxtəlif məktəblərində dərs deyirlər."Azərbaycan müəllimi" belə müəllimlərdən biri ilə həmsöhbət olub.Müsahibimiz Günay Qədimova Naxçıvanda MİQ-in test mərhələsində kimya fənnindən 91,75 bal toplayaraq MR üzrə ən yüksək nəticəni göstərib.O, 1994-cü ildə Babək rayonunun Qaraçuq kəndində anadan olub. Orta təhsilini həmin kəndin, daha sonra isə Heydər Əliyev adına tam orta məktəbdə alıb. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin "Kimya müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Ötən ildən MİQ vasitəsilə işə qəbul olduğu Babək şəhəri 2 nömrəli tam orta məktəbdə kimya müəllimi olaraq çalışır.Deyir ki, müəllim olmağı lap kiçik yaşlarından arzu edib:“Kiçik yaşlarımda bacımla müəllim–şagird oyunu oynamağı çox xoşlayırdım. Elə o vaxtdan bu peşəyə böyük həvəs yaranmışdı. Səbirli və təmkinli xarakterim, uşaqlarla yaxşı dil tapa bilməyim, onların uğurlarını görəndə xoşbəxt olmağım deməyə əsas verir ki, əslində mən dünyaya müəllim olmaq üçün gəlmişəm”.Ailəvi səbəblərə görə universiteti bitirdikdən sonra 9 il təhsildən uzaq qaldığını deyən Günay müəllim bu müddətin içindəki müəllimlik arzusunu azalda bilmədiyini vurğulayır.“Müəllimlərin işə qəbulu imtahanına 1 il yorulmadan hazırlaşdım və məqsədimə nail oldum. İmtahanın test mərhələsində yüksək nəticə göstərərək, həmçinin müsahibə mərhələsində də uğur qazanaraq müəllim adını almağı bacardım”.Müəllim əlavə edir ki, MİQ imtahanının bütün mərhələləri obyektiv, aydın və şəffaf keçirilir:“Bu imtahanın əsas üstünlüyü təhsil sistemində çalışmaq üçün ixtisası üzrə yüksək elmi biliklərə və pedaqoji qabiliyyətə malik kadrların seçimini təmin etməkdir. İmtahanda olarkən diqqətimi suallara yönəltdiyim üçün həyəcanımı hiss etməmişdim. Amma imtahan zalından çıxarkən hamı yaxınlaşıb məni təbrik edəndə çox həyəcanlandım. Uzun müddət təhsildən uzaq qaldığımdan bu nəticəni əldə etmək mənim üçün böyük uğur idi. 1 il hazırlaşmaqla yüksək nəticə əldə edə bilməyim bu imtahanın o qədər də çətin və uğurun əlçatmaz olmadığını göstərdi. Mənim fikrimcə, müəllim peşəsini ürəkdən sevib bu məqsəd üçün çalışan heç kim nəticəsiz qalmaz. Düzünü desəm, uğur qazanacağıma inanmayanlar çox idi. Bəzən onları dinləyəndə ruhdan düşürdüm, amma çox istədiyim üçün özümü toplayıb davam edirdim”.Günay müəllim imtahanda qazandığı uğura görə 31 yanvar 2025-ci ildə Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə əlaqədar təşkil etdiyi mükafatlandırma tədbirində "Gənc müəllim" nominasiyası üzrə təltif edilib. Tədris etdiyi kimya fənninə şagirdlərin marağını artırmaq üçün bir sıra metodlardan istifadə edir:“Şagirdlərimin dərsə marağını artırmaq məqsədilə kimya ilə bağlı müxtəlif layihələr, təcrübələr, pedaqoji üsul və vasitələrdən, həmçinin İKT alətlərindən istifadə edirəm. Şagirdlərimdən biri bu il fənn müsabiqəsində kimya fənni üzrə yarımfinal mərhələsinə keçid almağı bacardı. Şagirdlərimə həm kimya fənnini, həm də özümü bir müəllim kimi sevdirməyi bacarıram. Gənc müəllim olaraq yuxarı sinif şagirdləri ilə də dil tapa bilmək mənim üçün çətin olmadı. Təhsil daim inkişaf edən bir sahədir və müəllim olaraq fəaliyyətimdə bir sıra yeniliklər etməyi planlaşdırıram. Əsas məqsədim şagirdlərin öyrənmə prosesini daha maraqlı, effektiv və gələcəyin tələblərinə uyğun şəkildə təşkil etməkdir”.MİQ imtahanına hazırlaşan namizədlərə isə bunları tövsiyə edir:“Heç nəyin sizi həvəsdən salmasına icazə verməyin. Çox çalışıb ürəkdən istəsəniz, arzularınızı gerçəkləşdirməyə heç nə mane ola bilməz. Biz bu cəmiyyətin təməlini qoyan, gələcəyimiz olan uşaqları formalaşdıran bir missiyanın daşıyıcılarıyıq. Bu yolda hər birinizə uğurlar və tükənməz enerji arzulayıram”.
.jpg)
“Sualları rahatlıqla cavablandırdım” – MİQ imtahanında maksimum bal toplayan müəllim

96 balla "3", 16 balla "4" aldı – Attestat qiymətləri necə yazılır?

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

MİQ imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.