Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Azərbaycanın təhsil nazirləri

Mehdi Məmməd oğlu Mehdizadə

 

Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü ildə Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olub.  1914-cü ildə təlim rus dilində olan ibtidai məktəbdə oxuyub. 1920-ci ildə Daşkəsən kənd qiraət komasının müdiri kimi fəaliyyət göstərib. Cəbrayıldakı pedaqoji kursu bitirdikdən sonra doğma kəndində çalışıb.  1923-cü ildə Mehdi Mehdizadənin müdir olduğu birinci dərəcəli məktəbdə Azərbaycan Xalq Maarifi Komissarlığı tərəfindən yoxlama aparılıb. Bir qədər sonra səmərəli fəaliyyətlərinə görə qəzanın 6 nəfər müəllimi mükafatlandırılıb ki, onlardan biri də gənc pedaqoq Mehdi Mehdizadə olub.

1923-cü ildə Mehdi Mehdizadə qəza xalq maarifi şöbəsinin icazəsi ilə indiki Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursuna daxil olub, sonra fizika-riyaziyyat fakültəsində oxuyub. Ali təhsilli fizika-riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki ikinci dərəcəli məktəbdə pedaqoji fəaliyyətini davam etdirib.

Qəza metodbürosuna sədrlik ona tapşırılıb. Məktəblərdə ümumpedaqoji və metodik istiqamətlərdə iş aparıb, qəza məktəblərində çalışan müəllimlərin fəaliyyətinin səmərəliliyini artırmaq üçün bilik və bacarığını əsirgəməyib.

1930-cu ilin martında Azərbaycan SSR Xalq Maarifi Komissarlığı İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi, daha sonra xalq maarifi komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi təyin edilən Mehdi Mehdizadə Azərbaycan Dövlət Elmi Tədqiqat Məktəblər İnstitutunun aspiranturasına daxil olub. Elə həmin vaxtdan ali məktəbdə - Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmi-pedaqoji fəaliyyətə başlayıb, pedaqogika tarixinə, müasir təlim-tərbiyə məsələlərinə aid məqalələrlə dövri mətbuatda çıxış edib.

1941-ci ildə ibtidai təhsilin məzmununa həsr olunmuş namizədlik dissertasiyası müdafiə edib. 1941-1945-ci illər müharibəsində iştirak edən Mehdi Mehdizadə ordudan tərxis olunduqdan sonra APİ-yə qayıdıb, burada kafedra müdiri, dekan, elmi işlər üzrə direktor müavini, direktor (rektor - red.) vəzifələrində çalışıb.

1956-cı ildə pedaqoji elmlər doktoru alimlik dərəcəsi alıb, onun elmi-pedaqoji fəaliyyəti müxtəlif respublikaların görkəmli alimləri tərəfindən yüksək dəyərləndirilib.

1941, 1958-1959-cu illərdə onun yaxından iştirakı və həmmüəllifliyi ilə iki hissədən ibarət "Pedaqogika" dərs vəsaiti hazırlanıb nəşr olunub. Mehdi Mehdizadənin əsərlərinin əksəriyyəti bilavasitə təlimin təşkili, dərsin qurulması və aparılması məsələlərinə, məktəb və pedaqoji fikir tarixinin araşdırılmasına, Azərbaycanda ümumi təhsilin uğurlarının elmi-pedaqoji təhlilinə həsr olunub.

1952-ci ildə Azərbaycanın xalq maarifi komissarı təyin olunan Mehdi Mehdizadə iki ildən sonra yenidən APİ-yə qayıdıb, müəllim və elmi-pedaqoji kadrların hazırlanmasında bir pedaqoq, alim, elmi rəhbər, opponent kimi bilik, bacarıq və köməyini əsirgəməyib.

1961-ci ildə respublikanın xalq maarifi naziri seçilərək, səmərəli fəaliyyət göstərib. SSRİ PEA-nın həqiqi üzvü olan (1967) Mehdi Mehdizadə təhsil sahəsində beynəlxalq əlaqələrin inkişafı sahəsində böyük işlər görüb, YUNESKO-nun təhsil üzrə komitələrindən birinin üzvü olub. "Azərbaycan məktəbi", "Sovetskaya pedaqoqika", "Narodnoye obrazovaniye" və başqa jurnallarda, SSRİ-nin digər respublikalarının pedaqoji mətbuat səhifələrində məqalələrlə çıxış edib.

Akademik Mehdi Mehdizadənin "Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr" ("Azərbaycan və rus dillərində, Bakı. 1959; Moskva, 1962), "Azərbaycan xalq maarifi yeni yüksəlişdə" (Bakı, 1967), "Azərbaycan xalq maarifinin sürətli inkişafı" (Azərbaycan və rus dillərində, Bakı, 1980), "Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin yolları" (Bakı, 1982) kimi irihəcmli monoqrafiyaları və yüzdən artıq məqaləsi Azərbaycan pedaqogika elminin inkişafında sanballı yer tutur.

Alimin "Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları" monoqrafiyası məktəblilərin fəal həyat və idrak mövqeyi məsələlərini, onlarda ictimai və əmək fəallığının formalaşdırılması yollarını, təlim metodlarının təkmilləşdirilməsi və şagirdlərin müstəqil işinin səmərəli təşkili təcrübəsini əks etdirir.

Onun elmi əsərlərinin bir qismi Azərbaycanda 1920-ci ilə qədərki məktəb quruculuğu məsələlərinə, təhsilin təşkilinə, ayrı-ayrı pedaqoqların pedaqoji fəaliyyətinin öyrənilməsinə həsr edilib. Mehdi Mehdizadə ilk dəfə olaraq Azərbaycanda, eləcə də bütün Qafqazda fəaliyyət göstərən, təlim rus dilində olan məktəblərin açılmasını çar Rusiyasının siyasi məqsədləri, istilaçılıq niyyəti ilə əlaqələndirib, eyni zamanda rus məktəblərinin mütərəqqi rolunu da göstərib.

Onun ən böyük xidmətlərindən biri Azərbaycanda məktəb tarixinin 1920-ci ildən sonrakı dövrünün öyrənilməsi ilə bağlıdır. Xüsusilə ötən əsrin 20-30-cu illərindəki təhsil quruculuğu axtarışları, birinci və ikinci dərəcəli məktəblərdən vahid əmək politexnik məktəblərə doğru inkişaf, müxtəlif təlim metodlarının tətbiqi, kompleks proqramlar və digər mühüm pedaqoji məsələlərin həlli onun tədqiqatlarının aparıcı qollarını təşkil edir.

Azərbaycan müəllimlərinin qurultaylarının üçünün (VII, VIII və IX) keçirilməsi Mehdi Mehdizadənin xalq maarifi komissarı və xalq maarifi naziri olduğu illərə təsadüf edir. Həmin qurultaylar xalq maarifi naziri və alim kimi onun pedaqoji sahədə dərin bilik və təhlil qabiliyyətini bir daha sübuta yetirir.

1980-ci ildə təqaüdə çıxan akademik sırf elmi yaradıcılıqla məşğul olub, "Məktəb və məktəbli şəxsiyyətinin hərtərəfli inkişafı" adlı irihəcmli əsərini tamamlayıb nəşr üçün SSRİ Pedaqoji Elmlər Akademiyasına təqdim edib. Bunlarla kifayətlənməyib, Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi məsləhətçi kimi elmi tədqiqat problemlərinin seçilməsi və planlaşdırılmasında yaxından iştirak edib, gənc alimlərə məsləhətlər verib, məzmunlu mühazirələr oxuyub, SSRİ PEA-nın müxtəlif komissiyalarına rəhbərlik işini uğurla yerinə yetirib.

Mehdi Mehdizadənin əməyi yüksək qiymətləndirilib. O, Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə və müxtəlif medallarla təltif edilib, "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Akademik xalq maarifinin inkişafı sahəsindəki xidmətlərinə görə SSRİ PEA-nın təsis etdiyi medal ilə də təltif edilib.

Görkəmli alimin əsərləri Azərbaycan pedaqoji elminin qiymətli incisi kimi bu gün də öz dəyərini qoruyub saxlayır.

Akademik Mehdi Mehdizadə 1984-cü ildə vəfat edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov