Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

164 nömrəli orta məktəbdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi artıq ənənə halını alıb

 

Bakıdakı Azərbaycanın  Milli Qəhrəmanı Eldar Tağızadənin adını daşıyan 164 nömrəli orta məktəbdə  hər  həftənin şənbə günü vətənpərvərlik mövzusunda  tədbir keçirilir. Oktyabrın 15-də  məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimləri  Həcər Bəşirovanın və Təranə  Bağırovanın təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş ədəbi-bədii gecə keçirildi. Şagirdlərin ifasında Dövlət himni səsləndirildi. Tədbirin aparıcıları Nərmin və Aysel mərasimin   məqsəd və məramından bəhs edərək, sözü məktəbin direktoru Kəmalə Qədirovaya verdilər. K.Qədirova mərasim iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etdi.  Qeyd etdi  ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları  bu gün ölkəmizdə  uğurlu nəticələrini verməkdədir. Təhsilin keyfiyyəti artır, bu sahədə yeni, müasir baxışlar formalaşır. Həyatımız gündən-günə  yeniləşir,  zamanın və şəraitin diqtəsi ilə  yeni modellər, daha mükəmməl  konsepsiyalar  həyata vəsiqə alır. Vurğulandı ki, dövlət müstəqilliyinə qovuşduğumuz ötən illər ərzində  bütün parametrlərdə, o cümlədən təhsil sahəsində  inkişaf və tərəqqi  göz qabağındadır.  Ümummilli liderimiz Heydər Əliyevin  təhsilə göstərdiyi  diqqət və qayğı bu gün  ulu öndərin siyasi kursunun layiqli davamçısı  möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən   uğurla davam etdirilir.

Tədbirin sonunda  məktəbin  şagirdləri  Nərmin və  Nigar  unudulmaz şairimiz M.Arazın  "Azərbaycan dünyam mənim" şeirini söylədilər.  Jalə, Ləman, Nübar, Simuzər, Mehin,  Vüsalə, Əli və  İsmayıl  müstəqillik gününə və vətənpərvərlik  mövzusuna  həsr olunmuş şeirlər, bayatılar  söyləyib, mahnılar oxudular. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov