Bakıdakı 124 nömrəli məktəbdə dövlət
müstəqilliyimizin bərpasının 20 illiyi ilə
əlaqədar müəllim və şagirdlərin iştirakı ilə "dəyirmi
masa" keçirildi. Diskussiya şəklində keçən
tədbirdə müstəqillik gününün tarixinə nəzər
salındı, xalqımızın əldə etdiyi azadlıq və
müstəqilliyin necə çətinliklər hesabına
qazanıldığı vurğulandı. Bir tarixi həqiqətə
xüsusi diqqət yetirildi: qazanılan azadlıq
qorunmazsa, onun iflası qaçılmazdır.
Müstəqilliyin təhlükə qarşısında qaldığı o
ziddiyyətli, qarmaqarışıq illərdən xalqımızı
xilas edən, müstəqil Azərbaycanın qurucusu,
ümummilli lider, dahi öndər Heydər Əliyevin
misilsiz xidmətlərindən danışıldı. Şagirdlər,
sözün əsl mənasında, müstəqillik, azadlıq
məfhumlarının nəinki bütövlükdə bir xalqın,
həmçinin ayrılıqda hər bir insan həyatının ən
vacib və ən dəyərli yaşam tərzi, qazandığı ən
böyük nailiyyət oduğu fikrinə gəldilər.
Tədbirdə Xəzər rayon Ziyalılar Cəmiyyətinin
sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Şağan
Mədəniyyət Evinin direktoru Tərlan Məlikov, 124
nömrəli məktəbin direktoru Sevda Abdullayeva,
məktəbin tarix müəllimi Zülfiyyə Niftaliyeva və
digərləri çıxış edərək, şagirdlərə öz dəyərli
tövsiyələrini verdilər.
Arizə MAHMUDOVA,
Bakıdakı 124 nömrəli məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini |
|