Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - 41

 

Gənclərin tərbiyəsində ailə, məktəb və ictimaiyyətin rolu

 

Gənc nəslin tərbiyəsi qətiyyətlə deyə bilərik ki, yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, təlim-tərbiyə aldığı pedaqoji kollektiv, ən vacibi isə böyüyüb başa çatdığı ailəsi ilə bağlıdır.

Bu bir həqiqətdir ki, tərbiyə işində əsas məsuliyyət, ağırlıq ailənin üzərinə düşür. Odur ki, yaxşı ailə tərbiyəsi görənlər və valideyninin üzünü ağ edənlər üçün həmişə "necə ağıllı, ədəbli, əməksevər uşaqdır" ifadələrini işlədirlər. Belə gənclər də mənəvi cəhətdən sağlam, mədəni, səmimi və uzaqgörən olurlar. Ona görə də müasir gəncləri şüurlu, dərrakəsi dərin, dünyagörüşü geniş görmək istəyiriksə, ailə tərbiyəsi məsələsini ön plana çəkməli və bu məsələyə ciddi yanaşmalıyıq. Valideynlər tərbiyə işini elə məqsədyönlü qurmalıdırlar ki, övladlarının əxlaqi dəyərlərinə elə zərgər dəqiqliyi ilə fikir verməlidirlər ki, sonda onlara qazandırdıqları üçün peşmanlıq hissi yaşamasınlar. Onlar öz övladlarını elmli, mədəniyyətli, peşəkar olmaları üçün hələ kiçik yaş dövrlərindən hər bir hərəkətlərinə, nitqlərinə, davranışlarına, dostluq etdiyi adamların xarakterinə fikir verməlidirlər.

Bəs nə zaman ailədə tərbiyə sistemi düzgün qurular və ailənin zəhməti hədər getməz, ata-ana, bacı-qardaş, nənə-nəvə və s. arasında qarşılıqlı anlayış və hörmət olar? Bu məqsədə tərbiyəçilər o zaman nail olarlar ki, tərbiyə etdikləri uşaqlar tutduqları işin mahiyyətini, dedikləri sözün qiymətini dərindən dərk etsinlər, böyüklərə qarşı olan hərəkətlərinə diqqətlə yanaşsınlar. Ata-ana arasındakı qarşılıqlı hörmət, ailə üzvləri ilə davranış qaydaları istər-istəməz uşaqların tərbiyəsində özünü büruzə verir. Valideyn övladını öz ailəsinə, vətəninə, el-obasına layiqli övlad kimi görmək, geniş dünyagörüşə malik vətəndaş kimi böyütmək istəyirsə, ona dinimizin, milli adət-ənənələrimizin çərçivəsində yol göstərməli, yaxşı kitabların siyahısını, tarixi filmlərin baxılma vaxtını bildirməlidir. Hər şeydən əvvəl, azərbaycançılıq ideyasını aşılamalıdır. Valideynlər əməksevərliyin, vətənpərvərliyin ata-anaya, müəllimə, torpağa sevginin sirlərini səbr və təmkinlə, zərrə-zərrə övladlarına çatdırmalıdırlar. Təcrübə sübut etmişdir ki, məktəb həyatının gənc nəslə verdiyi dəyərlərin çeşidini heç bir həyat verə bilməz. Əgər ata-ananın tərbiyə prosesində nə qədər böyük rolu varsa, gənclərin formalaşıb cəmiyyət içərisində yer almasında müəllim bir o qədər əmək sərf edir. Ona görə də ən böyük dahilər belə qazandıqları hər nailiyyətə görə müəllimlərinə minnətdar olduqlarını bildiriblər.

Təlim-tərbiyə insan psixologiyasını formalaşdıran mühüm amil olduğundan onu düzgün yönəltmək lazımdır. Axı uşaqların baxışları, qavrayışı, nitqi, ailə tərbiyəsi və mədəniyyəti eyni deyil. Ona görə də tərbiyə işi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. Pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalı, ailə həyatları, məişətləri ilə yaxından tanış olmalıdırlar. Müasir dövrün tələbləri müəllimlərin üzərinə ciddi vəzifələr qoyur.

Ümumiyyətlə, gənc nəsil ailə və məktəbdə formalaşır, mühitdə inkişaf edir. Qazandığı uğurları iş prosesində-peşədə, sənətdə davam etdirərək xalqa, doğmalarına fayda verir. İctimai mühitin də, kollektivin də, rəhbərliyin də, dostların da gənclərin tərbiyəsində rolu hədsizdir. Bunun üçün düşdüyümüz mühitin demokratik olması əsas şərtlərdəndir ki, bu da gəncliyin sağlam inkişafına təkan verir.

İctimaiyyət özü bir ailədir, yəni ailənin böyüdülmüş formasıdır. Deməli, ailəsini sevənlər cəmiyyətini də, vətənini də, xalqını da sevir. Bu, danılmaz bir həqiqətdir. Tarix sübut etmişdir ki, ictimaiyyət hər bir kəsin haqqını özünə çatdırır. Odur ki, müasir gəncliyin ürəyi vətən üçün döyünməlidir.

Biz uzaq və yaxın keçmişimizə nəzər salsaq, o dövrün gənclərinin müasir gəncliyə həqiqətən örnək olacağına qətiyyətlə inanarıq. Vətənimizin hər qarışında uyuyan şəhidlərimiz Azərbaycan ailələrində tərbiyə alıb, Azərbaycan məktəblərində haqqı nahaqdan seçməyi öyrəniblər. Biz müasir dövrün gəncləri onlardan nümunə götürüb vətənin bizə oğul deməsi üçün, vətən əmr etsə şəhidliyi bacarmaq üçün hazır olmağı dərk etməliyik.

Müasir dövrün gəncləri bilməlidir ki, onlar azad, müstəqil, demokratik bir ölkənin gəncləridir. Bu gənclər onu da yaddan çıxarmamalıdır ki, azadlıq və demokratiyanı əldə etmək nə qədər çətin olsa da, onu qoruyub gələcək nəsillərə çatdırmaq qat-qat ondan çətindir. Hər bir gənc dərin bilikli, yüksək dünyagörüşlü şəxsiyyət kimi yetişərək ulu öndərimiz Heydər Əliyevin parlaq zəkası ilə işıqlanmış azərbaycançılıq ideyasına sədaqət nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında möhtəşəm qələbələrimizin və Azərbaycanımızın işıqlı gələcəyi naminə daha sıx birləşməlidir. 

Lamiyə AZADLI,
Azərbaycan Müəllimlər İnstitutunun
Ağcabədi filialının metodisti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov