Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

AMİ-nin Mingəçevir filialında elmi-nəzəri konfrans keçirilib

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Elmimiz və təhsilimiz 20 ildə" adlı elmi-nəzəri konfrans keçirilmişdir.

Konfransda AMİ-nin Mingəçevir filialının, Mingəçevir Politexnik İnstitutunun və Mingəçevir Turizm Kollecinin professor- müəllim heyəti, elm adamları və şəhər ictimaiyyəti nümayəndələri iştirak edirdilər.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül- çiçək dəstələri qoydular.

Konfransı giriş sözü ilə AMİ-nin Mingəçevir filialının direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev açaraq müstəqilliyimizin töhfəsi olan AMİ-nin Mingəçevir filialı və onun son illərdəki uğurları haqqında məlumat verdi. Regionun qabaqcıl ali təhsil müəssisələrindən sayılan AMİ-nin Mingəçevir filialında bu gün Riyaziyyat və informatika, Riyaziyyat və fizika, İbtidai sinif müəllimliyi, İngilis dili, Azərbaycan dili və ədəbiyyat ixtisasları üzrə 600-dən artıq tələbənin təhsil aldığı və tələbələrin elmlərin sirlərinə səylə yiyələndiyi qeyd edildi.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru İlham İsmayılov "Azərbaycan elmi və təhsili 20 ildə" adlı məruzə ilə çıxış etdi.

Sonra konfrans öz  işini bölmələrdə davam etdirdi.

İctimai, humanitar, texniki və təbiət elmləri bölmələrində ümumilikdə 61 məruzə dinlənildi.

Filialın akt zalında keçirilən bağlanış mərasimində çıxış edən professor Orucəli Rzayev konfransın əhəmiyyətindən danışıb, burada aparılan qarşılıqlı fikir mübadilələrinin regionun ali məktəblərində çalışan professor- müəllim heyəti və tələbələr üçün faydalı olduğunu vurğulayıb.

Sonra bölmə rəhbərləri öz hesabatlarını təqdim etdilər. Onlar bölmələrdə müzakirə olunan məsələlərin səmərəliliyini daha da artırmaq üçün rəy və təkliflərini bildirib, bu kimi konfransların mütəmadi keçirilməsinin məqsədəmüvafiq olduğunu qeyd etdilər.

Sonda konfrans iştirakçıları AMİ-nin Mingəçevir filialının Kompüter mərkəzi, laboratoriya və kabinetləri ilə tanış oldular. 

Rahilə HƏSƏNOVA,
AMİ-nin Mingəçevir  filialının pedaqoji
fakültəsinin dekan müavini

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov