Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Mənalı ömrün səhifələri

 

Həyatda hər kəsin ömür yaşantılarının özünə xas məziyyətləri, parlaq nişanələri olur. Mənalı həyat sürüb, xoşbəxt ömür sahibi olmaq insan övladı üçün bəni-bəşərdən əzəmət, şücaət mənbəyidir. Belələri şərəfli əməlləri, xeyirxahlığı özlərinə peşə etməyi həyat idealı bilib, bir qayda olaraq, öz xislətlərində həmişə nikbin ruh, xoş ovqat, halal niyyət və ümidli gələcək eşqi yaşadır, Vətənə, torpağa, millətə gərəkli olmağa can atırlar.

Haqqında bəhs edəcəyimiz istedadlı alim, pedaqoq həmkarımız Vidadi Paşa oğlu Bəşirov da məhz belə bir müdrik ömrün cazibəsində yaşayıb, nəcib insan, ləyaqətli vətəndaş həyatı sürür.

Altımış illik bir dövrün olaylarından keçib gələn Vidadi dostumuz bu gün ömrünün ən kamil, püxtələşmiş bir mərhələsini yaşayır. Ünsiyyət və fəaliyyətində həmişə alicənablığı, şən ovqatı üstün tutan bu gözəl insan onu tanıyanların arasında rəğbət, hörmət və nüfuz qazanmışdır. V.Bəşirov nəcib və şərəfli bir ömür yaşayıb. Altımış illik bir ömrün mənəvi qüdrətindən güc alıb, həyatını, yaradıcılığını gənc nəslin təlim-tərbiyəsinə həsr edib, neçə-neçə tələbəyə elmin çətin və şərəfli yollarında addımlamaqda yardımçı olub.

V.Bəşirov həmişə müəllim nüfuzunu, müəllim şərəfini qorumağa, öz əməlləri ilə bu adın daha da şöhrətlənməsinə çalışıb.

Həqiqətdir ki, insanı xislətində səciyyələndirən gözəl cəhət zəhmətsevərlik və iradədir. Kim ki, bunun mənasını, əhəmiyyətini düzgün başa düşür, həmin keyfiyyətləri özündə tərbiyə edir, onun gücü, qüvvəsi, yaratmaq qüdrəti birə -on artır. Vidadi Bəşirov da bu keyfiyyətlərə qovuşub.

14 yanvar 1951-ci il təvəllüdlü V.Bəşirov ilk kövrək addımlarını Neftçala rayonunun doğma Xəzər kəndində atıb. Orta məktəbi Xolqarabucaq kəndində bitirib. Arzuları onu pedaqoji ali məktəbin coğrafiya fakültəsinə gətirib. Gərgin imtahanlardan sonra tələbə dünyasının romantik aləminə qoşulub. Müəllimlik peşəsinin sirlərinə yiyələnməklə yanaşı, mehrini elmə salıb. Tələbə elmi cəmiyyətlərinin tədbirlərində fəal iştirak edib. Elə ilk elmi çıxışını da tələbə elm cəmiyyətinin tədbirində edib. Vidadinin elmə marağı, tədqiqatçılıq duyumu müəllimlərinin nəzərindən yayınmayıb. Haqqında eşitdiyi xoş sözlər inamını daha da artırıb. 1974-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirərək, təyinatla doğma rayonlarına gəlib. Qırmızıkənd kəndində əmək fəaliyyətinə başlayıb. Tezliklə valideynlərin və şagirdlərin sevimlisinə çevrilib, lakin Vidadi müəllimi həmişə bir istək heç vaxt tərk etməyib; elmi yaradıcılıqla məşğul olmaq. Elə müəllim işləyə-işləyə respublika mətbuatında elmi-pedaqoji yazılarla çıxış edib. Bu yazılar elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Az sonra bacarığını, işgüzarlığını görən rəhbərlik onu Xəzər kəndindəki orta məktəbdə tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə irəli çəkib. Dərsdənkənar və məktəbdənkənar tədbirlərin təşkilinə yeni ruh gətirib və neçə-neçə ədəbi-bədii disputların, fənn gecələrinin keçirilməsində gərgin əmək sərf edib. Kəndin yerli toponimlərini və milli folklor nümunələrini toplamaqda da öz səyini əsirgəməmişdir.

Artıq o, məktəbdə tək müəllim kimi deyil, həm də keçirilən bütün tədbirlərin "bədii rəhbəri" kimi tanınırdı.

Elmə olan sonsuz marağı onu Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu) aspiranturasına gətirib çıxardı. "XIX əsrin ikinci yarısında Azərbaycanda pedaqoji fikrin inkişafına mütərəqqi rus pedaqoji ideyalarının təsiri" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başladı. İndi o yenə də bir vaxt aspirantura təhsili aldığı və çalışdığı (1982-1999-cu illərdə) Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda elmi müxbir və doktorant kimi "Azərbaycan maarifpərvərlərinin mütərəqqi pedaqoji ideyaları və onun ictimai-siyasi fikrin sonrakı inkişafına təsiri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)" mövzusunda tədqiqat işi aparır. Elmi məsləhətçisi pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevdir.

Elm və təhsil yollarında inamla addımlayan istedadlı qələm sahibinin sonrakı fəaliyyəti həm də Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrası ilə bağlıdır. Hazırda burada çalışır, universitetin dosentidir. Vidadinin uğurlarında kafedranın müdiri, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Nurəddin Kazımovun müstəsna əməyi olub.

Vidadi Bəşirov kafedrada aparılan elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsində, pedaqoji tədqiqat işlərinin aparılmasında yaxından iştirak edir. Pedaqoji proses təcrübəsində istifadə olunan "Azərbaycan Milli izahlı ensiklopedik pedaqoji lüğət" (Bakı, "OKA-Ofset", 2005), "Pedaqogika kafedrası üzrə Təhsil Proqramı (Kurikulum)" (Bakı, "ADU nəşriyyatı", 2005) vəsaitləri belə bir əlbirliyin nəticəsi olaraq meydana gəlmişdir. Yaxın vaxtlarda kafedra üzvlərinin (o cümlədən onun) kollektiv əməyinin məhsulu olan "Seçmə fənlər" toplusu işıq üzü görəcəkdir.

Elmi yaradıcılıq fəaliyyətinin əsas məhsulları "Azərbaycan maarifpərvərlərinin yaradıcılığında vətənpərvərlik tərbiyəsi məsələləri" (1994), "N.Nərimanovun ictimai-tərəqqi ideyalarının tarixi əhəmiyyəti və onun gənc nəslə aşılanması yolları" (1992), "Məktəbin ailə ilə əlbir işinin demokratik əsaslar üzrə təşkili" (1994), "Azərbaycan pedaqoji fikrində milli tərəqqi ideyaları (XIX əsrin sonu, XX əsrin əvvəlləri)", "Azərbaycan maarifpərvərlərinin mütərəqqi pedaqoji ideyalarının inkişafı (1870-1920-ci illər)" adlı milli ruha, vətənpərvərliyə, mənəvi-tarixi yaddaşın qorunmasına səsləyən kitabları pedaqoji ictimaiyyət və oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. O, milli pedaqoji mətbuat tariximizin uğurlu ənənələrini davam etdirən "Milli pedaqogika məktəbi" adlı elmi-nəzəri-metodik jurnalın redaksiya üzvü kimi pedaqoji biliklərin öyrənilməsi və tətbiqi istiqamətində səmərəli iş aparır. Gərgin zəhmətin nəticəsi kimi tamamladığı doktorluq dissertasiyası müdafiəyə təqdim olunub.

Vidadi müəllim tədris və elmi işlərlə yanaşı, respublikanın ictimai həyatında da fəal iştirak edir.

Bir obyektiv münasibəti  də bildirək ki, bizim məsləkdaşımız, dostumuz Vidadi Bəşirov yaxşı insan olmağı, xeyir əməllərdən yapışıb müqəddəs amallar uğrunda mübarizə aparmağı özünə həyat devizi seçən bir adamdır. Xarakterinə, düşüncəsinə, mənəviyyatına  yaxşı bələd olduğumuz həmkarımız nəcib insan, qeyrətli bir vətəndaş ömrü yaşayır. O, mahir pedaqoq, yaxşı natiq, fəal ictimaiyyətçi kimi tanınır. Onunla təmasda olanlarda həmişə xoş duyğular yaradır. O, daim fəaliyyətdə, axtarışda, qaynar həyatın qoynundadır. Sözü ilə əməli birdir. Fakt və hadisələri düzgün qiymətləndirib nəticə çıxarmağı bacarır. O, həmişə təhsil aldığı, işlədiyi müəssisələrdə təşəbbüskarlığı, faydalı təklifləri ilə  həmkarlarının rəğbətini qazana bilib. İdarə və müəssisənin, kollektivin, yaşadığı məmləkətin milli mənafeyini həmişə uca tutmuş, xalqın milli mənəvi dəyərlərinin qorunması yolunda sidq-ürəklə çalışmışdır. 

Akif ABBASOV,
pedaqoji elmlər doktoru, professor,  

Oqtay ABBASOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov