Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - 41

 

İbtidai siniflərdə uşaq hüquqları haqqında ilkin təsəvvürlərin aşılanması

 

İnsan hüquqlarının öyrədilməsi ibtidai sinif şagirdlərinin şəxsiyyətinə və ləyaqətinə hörmət olunmasına, istək və arzularına diqqət göstərilməsinə, onlarda öz qüvvələrinə, təbii imkanlarına, bilik və bacarıqlarına, gələcəkdə cəmiyyət üçün yararlı olmalarına inam yaranmasına, müstəqillik, prinsipiallıq və qətiyyətlilik kimi xüsusiyyətlərin formalaşdırılmasına etibarlı zəmin yaradır.

İnsan hüquqlarının öyrədilməsi sahəsində məktəblərin, müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Çünki məktəbə uşaqlar sosial vəziyyəti, mənəvi dəyərləri eyni olmayan müxtəlif ailələrdən gəlir və bir yerdə oxuyurlar.

Burada onlar biliklərə yiyələnməklə yanaşı, həmçinin bir şəxsiyyət və vətəndaş kimi formalaşırlar. İnsan hüquqlarının tədrisinin məqsədi şagirdlərdə yeni dünyagörüşü formalaşdırmaqdır. Buna da yeni vərdişlərin və həyata şəxsi baxışların yaranması ilə nail olunur.

Dünyada insan hüquqları fəlsəfəsi insan ləyaqətinə əsaslanır. Öz ləyaqətini dərk etmək hər bir şəxsdə özünə inam və hörmət hissini artırır, başqalarının hüquqlarına hörmət və sosial dözümlülük yaradır. Bütün bunlar yeni növ mədəniyyətin-insan hüquqları mədəniyyətinin əsasını təşkil edir.

İnsan hüquqlarına riayət olunması üçün hər kəs öz hüquq və vəzifələrini bilməli, cəmiyyətin bütün təbəqələrində insan hüququ mədəniyyəti yaradılmalıdır.

Qeyd etmək lazımdır ki, bütün mədəni dəyərlərin yaranmasında  təhsilin rolu əvəzsizdir. Təhsil prosesində şagirdlər mövcud müsbət dəyərləri saxlamaqla yanaşı, yeni dəyərlər mənimsəyirlər. İnsan hüquqları mədəniyyəti şəxsi ləyaqət tərbiyəsinə və azadlıq hisslərinin formalaşmasına yönələn,  humanist prinsiplərə əsaslanan təhsil tələb edir.

İnsan hüquqları dərslərində nə öyrədilir? Müasir məktəbin əsas vəzifələrindən biri gənc nəsli inkişaf etməkdə olan demokratik həyata hazırlamaq,  gələcəyimiz üçün layiqli vətəndaş yetişdirməkdir.  İbtidai siniflərdə insan hüquqları dərsləri məktəblilərin ümumi vətəndaşlıq tərbiyəsinin bir hissəsidir və bu dərslərin məqsədi kiçikyaşlı məktəblilər tərəfindən sonrakı təlim prosesində hüquqi və mənəvi biliklərin mənimsənilməsinə zəmin yaratmaqdır.

Psixoloji tədqiqatlar göstərir ki, ibtidai sinif şagirdlərində nəinki bacarıq və vərdişlər formalaşır, eyni zamanda onlarda qavrama qabiliyyəti inkişaf edir.  Bundan başqa təhsil prosesində şagirdlə cəmiyyət arasında əsas ünsiyyət münasibətləri (özünə, dünyaya, cəmiyyətə münasibət) formalaşır. Buna  görə də insan hüquqlarının məhz bu yaş dövründə öyrədilməsi məqsədəuyğundur. Bu  mərhələdə nəzəri biliklərə nisbətən az yer verilir, əsasən özünüdərketmə ehtiyaclarını müəyyən etmə, əməkdaşlıq, sülhsevərlik  və dostluq  yaratma  vərdişlərinin təşəkkülünə  daha çox  diqqət  yetirilir.

Aşılanan biliklər nəticəsində hər  bir  şagird  bilməlidir ki, o, beynəlxalq  sənədlərlə  təsdiqlənmiş  uşaq  hüquqları  haqqında xüsusi  qanunlarla  istismardan,  fiziki zorakılıqdan, şərəf  və  ləyaqətinin  alçalmasından  müdafiə  olunur; dövlət  tərəfindən  reallaşmasına  təminat  yaradılan  hüquqlara  malikdir; qanunların  hamısı  bütün  uşaqlara  eyni  dərəcədə  şamil  edilir.

Bu biliklərin öyrədilməsi ilə yanaşı şagirdlərdə bir sıra mənəvi dəyərləri də formalaşdırmaq lazımdır.

Lakin  həyatda  layiqli yaşamaq  üçün  yalnız  mənəvi  dəyərlər  haqqında  müəyyən  biliklərə  yiyələnmək  kifayət  deyildir. Şagirdlərdə  həmçinin  aşağıdakı  bacarıq  və  vərdişlərin  də yaradılması zəruridir:

- Dinləmək bacarığı, əməkdaşlıq etmək, ünsiyyət yaratmaq bacarıq və vərdişləri, hüquqlarını qorumaq bacarığı, münaqişələri həll etmək, kompromis variantlar axtarıb  tapmaq bacarığı.

Mənəvi məsələlərin müzakirəsində  müəllimlərdən aşağıdakılar  tələb olunur:

a) Şagirdlərə  düşünmək  üçün vaxt vermək;

b) Fikirlərini əsaslandırmaq üçün imkan yaratmaq;

v) Diskussiya zamani müdaxilə etməmək;

q) Zəruri olduqda müzakirəni istiqamətləndirmək;

d) Bütün fikirlərə diqqətlə yanaşmaq;

e) Əgər şagirdlər yalnız "mən" nöqteyi-nəzərdən danışırlarsa onları "mən və ətrafımızdakılar" istiqamətinə yönəltmək.

Bütün  dərslərdə olduğu kimi insan hüquqları dərslərində də əməkdaşlıq mühiti olmalıdır.

Hər  bir  müəllim  bilməlidir ki,  sinifdə  mövcud  olan  qaydalar  hər  bir  şəxsiyyətin  hüquqlarının  qorunmasına  yönəlməli, şəxsi  maraqlara görə başqasının hüquqlarının məhdudlaşdırılmasını qadağan etməlidir. Bu, çox vacib məsələdir. Çünki sinif cəmiyyətin kiçik modellərindən biridir.

İnsan hüquqlarının tədrisi prosesində interaktiv təlim metodlarının tətbiqi şagirdlərdə müstəqil düşünmək, sərbəst rəy söyləmək, hər hansı bir problem barədə başqasının fikrinə münasibət bildirmək, digər fərqli nöqteyi-nəzəri təsdiq, yaxud inkar etmək, çoxluğun qərarını qəbul etmək, yaxud öz qərarının üstündə durmaq və s. xüsusiyyətlərin formalaşmasına bilavasitə kömək göstərməklə təfəkkürün tənqidiliyi, müstəqilliyi və çevikliyinə zəmin yaradır.  

Gülşən MƏMMƏDOVA,
Bakıdakı 17 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov