Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - 41

 

Biologiyadan fənn kurikulumu layihəsinə münasibətim

 

Bu gün böyüməkdə olan gənc nəsil iyirmi il əvvəlki şagirdlərdən istər dünyagörüşünə, istərsə də maraq dairəsinə görə kəskin fərqlənir. Artıq 20 ildir ki, Azərbaycan Respublikası özünün müstəqilliyini elan edib və bu müstəqilliyi qoruyub saxlaya bilib. Bu illər ərzində təhsil sahəsində nailiyyətlər çox olub. "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" qəbul edilib. "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" hazırlanıb, I-IV siniflərdə artıq tətbiq olunur, V-XI siniflərdə isə gələn ildən başlayaraq tədricən tətbiq olunacaq.

Mən VI-XI siniflərdə tətbiq olunacaq biologiya fənn kurikulumu haqqında danışmaq istəyirəm.

Əvvəllər biz VI sinifdə şagirdlərə Botanika bölməsində yalnız bitkilər, VII-VIII sinifdə Zoologiya bölməsində yalnız heyvanlar haqqında, IX sinifdə yalnız İnsan anatomiyası, fiziologiyası və gigiyenası haqqında məlumat verirdiksə, yeni layihədə VI sinifdən başlayaraq həm bitkilər, həm heyvanlar, həm də insan orqanizmi haqqında elementar anlayışlar öyrədilməyə başlanılacaq. Təkamül yolu ilə sadədən mürəkkəbə doğru get-gedə bu proses VII, VIII, IX, X və XI siniflərdə də davam etdiriləcək. Bu yeni layihənin üstün cəhəti odur ki, burada şagirdin tədqiqatçılıq bacarığı artacaq, şagird kəşf edən, tədqiqatçı, müəllim isə bələdçi-fasilitator olacaq.

Yeni layihədə praktiki, laboratoriya işləri daha çox üstünlük təşkil edir. Şagirdlər bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr aparacaq, nəticələri ümumiləşdirib, onları şifahi və yazılı təqdim edəcəklər.

Bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edəcəklər.

Zədələnmələr zamanı ilk tibbi yardım göstərib, xəstəliklər zamanı profilaktik tədbirlər görəcəklər.

VI sinfin sonunda şagird canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir, canlıların quruluşunu, təsnifatını, rol və əhəmiyyətini izah edir, biologiyaya dair laboratoriya avadanlıqlarını fərqləndirir, canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirməklə onu digər canlılardan fərqləndirir, sağlamlığın qorunmasında bitki və heyvanların rolunu izah edir, dərman bitkilərini fərqləndirir və s.

VII sinfin sonunda şagird canlılar aləmini öyrənən elm sahələrini, onların müxtəlifliyini şərh edir, sistematik kateqoriyaları fərqləndirir, insanı digər məməlilərlə müqayisə edir, onun ali sinir fəaliyyətini izah edir, virus, bakteriya, göbələk və heyvanların törətdiyi xəstəlikləri təsvir edir, dərman bitkilərini qruplaşdırır, canlıların qorunmasına dair müşahidələr aparır, respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərini fərqləndirir və s.

VIII sinfin sonunda şagird insanı öyrənən elm sahələrini, onun orqanizminin təşkil səviyyələrini şərh edir, canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır, canlıların nəsil ağacını tərtib edir, sağlamlığın qorunması qaydalarını izah edir və s.

IX sinfin sonunda şagird canlıları öyrənən elm sahələrini (sitologiya, histologiya, biokimya) xüsusiyyətlərini, canlıların kimyəvi tərkibini, mikrotəkamülü, müasir laboratoriya avadanlıqlarından istifadə qaydalarını izah edir, irsi xəstəlikləri, onların qarşısının alınması yollarını, sağlam həyat tərzinin əhəmiyyətini izah edir və s.

Tam orta təhsil səviyyəsi (X - XI siniflər) üzrə şagird bioloji varlıqların yaranması və inkişafını, habelə canlı orqanizmlərdə gedən bioloji prosesləri şərh və izah edir, insanın əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji problemlərin başvermə səbəbləri və aradan qaldırılması yolları və s. barədə materiallar toplayır, sistemləşdirir, müqayisə və təhlil edərək qiymətləndirir, irsiyyətin qanunauyğunluqlarını məsələ həlli yolu ilə əsaslandırır və nəticələrini şərh edir. Seleksiyanın nailiyyətlərinin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah edir və s.

Yaxşı haldır ki, son zamanlar elm və təhsildə gedən inkişaf biologiya fənni üzrə dərsliklərin hazırlanmasında da özünü göstərir.

Məsələn, 2011-ci ildə yeni nəşr olunmuş VII və VIII siniflər üçün "Zoologiya" dərsliyi özünün tərtibatı, məzmunu və dizaynı ilə diqqəti cəlb edir. Təqdirəlayiq haldır ki, həmin dərsliklərdə son illəri əhatə edən məlumatlara da geniş yer verilmişdir.

Biologiya fənni kurikulumu layihəsini "kurikulum.az" saytından əldə etməklə mən öz dərslərimdə bunu tətbiq etməyə çalışıram. Həqiqətən də yuxarı siniflərdə biologiya fənninin tədrisində kurikulumun tətbiq edilməsi şagirdlərin intellektinin daha da inkişafına təkan verir. 

Təranə ALIŞOVA,
Bakıdakı Zaur Məmmədov
adına 171 nömrəli tam orta
məktəbin biologiya müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov