Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

Türkiyənin İzmir şəhərində Heydər Əliyev adına Peşə Təhsili Liseyinin təməlqoyma mərasimi olub

 

Oktyabrın 25-də Türkiyənin İzmir şəhərində Heydər Əliyev adına Peşə Təhsili Liseyinin  təməlqoyma mərasimi olmuşdur.   Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan videobağlantı vasitəsilə liseyin təməlqoyma mərasiminə qoşuldular.

İzmirli deputat Aydın ŞƏNGÜL məlumat verdi ki, Xəzər və Egey dənizləri arasında təhsil körpüsü funksiyasını daşıyacaq bu bilik ocağı Ceyhan və Qarsdan sonra "Bir millət, iki dövlət" idealının Egey bölgəsinin təhsil sahəsində də rəmzi olacaqdır.

Liseyin inşası ilə bağlı protokol ARDNŞ ilə İzmir valiliyi arasında imzalanmışdır. 2012-2013-cü tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulan məktəbdə 24 sinif otağı, 10 mənzilli yaşayış korpusu və idman salonu 720 şagirdə xidmət göstərəcəkdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

-Mən Sizi ürəkdən təbrik edirəm. Bu, gözəl hadisədir. Mən çox şadam ki, SOCAR təkcə infrastruktur və iqtisadi layihələrə deyil, eyni zamanda, təhsillə bağlı olan layihələrə yatırım qoyur. Bu, çox gözəl göstəricidir.

Biz Azərbaycanda fəxr edirik ki, bu liseyin adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bütün türk xalqına ulu öndərin xatirəsinə göstərdiyi hörmətə görə minnətdarıq.

Mən əziz qardaşım Tayyib bəylə bərabər Bakıda böyük öndər Mustafa Kamal Atatürkün abidəsində səslənən fikirlərə bir daha qayıtmaq istəyirəm. O vaxt biz birlikdə demişik ki, iki dahi şəxsiyyət bizə yol göstərdi. Böyük Atatürk demişdir ki, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Heydər Əliyev demişdir ki, Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Bu iki dahi kəlam həm Türkiyə, həm Azərbaycan xalqlarına yol göstərir. Biz bu yolda daim və əbədi, bərabər irəliyə gedəcəyik. Bir daha təbrik edirəm.

Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN dedi:

-İlham qardaşımın da ifadə etdiyi kimi, həqiqətən, iki liderin, iki böyük öndərin keçmiş olduqları yolda Türkiyə və Azərbaycan bu günlərə gəlmişdir. Azərbaycanın qurtuluş mübarizəsinin lideri Heydər Əliyevin adına inşa olunan Peşə Təhsili Liseyi həqiqətən, nəzəriyyə və təcrübəni bir yerdə cəmləşdirən məktəb olacaqdır. Azərbaycandan gələn uşaqlarımızın da burada təhsil almaları bu işə fərqli bir məna qatacaqdır. İndi bunun da təməlqoyma mərasiminə keçirik.

Bütün əməyi keçənləri təbrik edirik. "Xeyirli olsun" deyirik. Ya Allah, Bismillah.

Sonra liseyin təməli qoyuldu.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov