Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - 42

 

Həştərxanda əsaslı təmirdən sonra Heydər Əliyev adına məktəbin açılışı olub

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 24-də Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin təntənəli açılış mərasimi olmuşdur. Bakı küçəsində yerləşən təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə yenidən qurulmuşdur.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü, ümummilli liderin həyat və fəaliyyətini əks edən fotostendlər qoyulmuşdur.

Mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

Əvvəlcə Azərbaycan nümayəndə heyəti və Həştərxan vilayəti administrasiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsinin qarşısına çiçəklər qoymuşlar.

Mərasimi açan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin demişdir: "Tamamilə yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuş bu təhsil müəssisəsi Rusiya və Azərbaycan arasında əsil dostluğun rəmzidir. Bu məktəb dövlətlərimizin liderləri Dmitri Medvedev ilə İlham Əliyevin səmimi münasibətlərinin təcəssümüdür". Qubernator qeyd etmişdir ki, sovet dövründə təkcə Azərbaycanın deyil, həm də Rusiyanın inkişafında müstəsna rol oynamış böyük dövlət xadimi Heydər Əliyevin adını daşıyan məktəbin açılması çox əlamətdar hadisədir. Ümummilli liderin xidmətlərindən danışan qubernator vurğulamışdır ki, Heydər Əliyev Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərinə həmişə böyük önəm vermişdir. O demişdir: "Həştərxan çoxlu etnosun, xalqın yaşadığı məkanın bir hissəsidir. Həştərxan lap qədimlərdən burada yaşayan azərbaycanlılar üçün xüsusi ərazidir".

Məktəb   binasının  Azərbaycan  Prezidenti   İlham   Əliyevin   şəxsi   təşəbbüsü   ilə   yenidən  qurulduğunu vurğulayan A.Jilkin demişdir:   "Biz   həştərxanlıların  Azərbaycan dövlətinə  hörmətinin   əlaməti   olaraq,   habelə   ölkələrimiz   arasındakı   münasibətlərin   dəstəklənməsi  üçün  məktəbə  Heydər Əliyevin   adının   verilməsini   təklif   etdik".

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, bu məktəbin açılması Azərbaycan-Rusiya humanitar əlaqələrini möhkəmləndirən mühüm hadisədir. O, ümummilli lider Heydər Əliyevin adını daşıyan, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə tamamilə yenidən qurulmuş təhsil müəssisəsinin açılması münasibətilə müəllim və şagirdləri təbrik etmişdir.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan Əli Həsənov bildirmişdir ki, o, dünya miqyaslı dövlət xadimi olmuşdur. O, ümummilli liderin təhsilin inkişafına həmişə böyük əhəmiyyət verdiyini vurğulamışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Rusiya ilə dostluq münasibətlərinin qurulmasında məhz Heydər Əliyev mühüm rol oynamış, ölkələrimiz arasında strateji tərəfdaşlığın əsasını qoymuşdur. Heydər Əliyevin xatirəsinin Rusiyanın bir çox şəhərlərində əbədiləşdirildiyini diqqətə çatdıran Ə.Həsənov demişdir: "Onun səyləri ilə Azərbaycan-Rusiya münasibətlərini əsaslı surətdə yaxşılaşdırmaq və fəallaşdırmaq, ona yeni təkan vermək mümkün olmuşdur".

Ə.Həsənov xüsusi vurğulamışdır ki, Azərbaycan-Rusiya münasibətləri ölkələrimizin prezidentləri - İlham Əliyevin və Dmitri Medvedevin sayəsində son vaxtlar daha yüksək səviyyəyə çatmışdır. O demişdir: "Bu gün əlaqələrimiz çoxşaxəlidir və həyatın bütün sahələrini əhatə edir". Ə.Həsənov Azərbaycan diasporunun Həştərxan vilayətinin sosial-iqtisadi, mədəni həyatında fəal iştirak etməsini, xalqlarımız arasında dostluğun və mehriban qonşuluğun möhkəmlənməsinə töhfəsini diqqətəlayiq hal adlandırmışdır.

Tədbir iştirakçılarına müraciət edən Ə.Həsənov vurğulamışdır ki, məktəbə Heydər Əliyevin adının verilməsi onların üzərinə həmişə və hər yerdə birinci olmaq, Vətəni Heydər Əliyev kimi sevmək kimi böyük məsuliyyət qoyur.

Həştərxan Vilayət Dumasının sədri Aleksandr Klıkanov demişdir ki, Həştərxan Şəhər Duması Azərbaycan Prezidenti İlham Əliyevi "Həştərxan şəhərinin fəxri vətəndaşı" yüksək adına layiq görmüşdür.

Tədbirdə Həştərxan vilayəti qubernatorunun qərarı ilə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfəsinə görə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. Həmçinin Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanın sosial-iqtisadi inkişafına sanballı töhfəsinə görə "Vətəndaşlıq xidmətlərinə görə" fəxri nişanına layiq görülmüşdür. Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları Rəşid Ağayev və Elmar Əlizadəyə, Həştərxandakı Azərbaycan diasporunun təmsilçisi İrahid Mirişova fəxri fərmanlar təqdim olunmuşdur.

Ə.Həsənov rəmzi açarı məktəbin direktoru Tatyana Tixomirovaya təqdim etdikdən sonra məktəbin rəsmi açılış mərasimi olmuşdur. Qonaqlar bina, o cümlədən sinif otaqları və idman zalı ilə tanış olmuşlar.

Qeyd edək ki, əsaslı təmirdən sonra məktəbin siması büsbütün dəyişmişdir. 1937-ci ildə inşa edilmiş binanın özülü möhkəmləndirilmiş, iki yeni korpus tikilmişdir. Korpuslarda müasir idman kompleksi, iclas salonu və yeməkxana yerləşmişdir. İstilik sistemi və elektrik xətləri təzələnmişdir. Elektrik təchizatını daha etibarlı etmək üçün dörd transformator qoyulmuşdur. Məktəbdə dərnək fəaliyyəti üçün kabinet də açılmışdır. Pilləkənlər mərmərlə bəzədilmiş, duş kabinələri qurulmuş, ərazi yenidən hasarlanmış, ağaclar əkilmişdir. Təhsil müəssisəsi yeni kompüterlər, mebel, yeməkxana avadanlığı ilə təchiz edilmişdir. Məktəbin həyətində xüsusi örtüklü idman meydançası inşa edilmişdir.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov