Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

Yeni təhsil sistemində aşağı sinif şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin inkişafı

 

Hazırda cəmiyyətimizin bütün sahələrində baş verən dinamik proseslər insan fəaliyyəti və onun yaradıcılığının inkişafı problemini ön plana çıxarır. Ölkənin inkişafının aktual problemlərini isə qeyri-ordinar və yaradıcı düşünən insanlar həll edə bilər.

"Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)"nda şagirdlərin fəaliyyətinin formalaşdırılması və təmin olunması, onun bir subyekt kimi inkişafı üçün lazımi şəraitin yaradılması vacib faktor kimi gözdən keçirilir.

"Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)"nda təhsilin forma və metodları demokratik və humanist prinsiplərə əsaslanır. Bu, böyüməkdə olan nəslin yaradıcılıq qabiliyyətinin inkişafı üçün böyük imkanlar yaradacaq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çıxışlarının birində demişdir: "Bu gün bizim təhsilimizin məqsədi uşaqlara və gənc nəslə bilik vermək, onları gələcəyə hazırlamaqdır. Lakin bununla bərabər ən başlıca məqsəd Azərbaycan cəmiyyətinin layiqli üzvünü, Azərbaycan vətəndaşını formalaşdırmaqdır". Bu sətirləri oxuyarkən müəllimlərin, xüsusən də ibtidai sinif müəllimlərinin üzərinə necə də vacib və məsuliyyətli vəzifənin düşdüyünü başa düşürük.

İntellektin əsasları və onun bütün mənəvi aləmi başlıca olaraq məktəbəqədər və aşağı məktəb yaşlarında yaranır və formalaşır, baxmayaraq ki, onun nəticələri sonralar üzə çıxır. Deməli, müəllimlərin qarşısında uşaqların, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi vəzifəsi durur.

Həyat getdikcə mürəkkəb və rəngarəng olur. O, daha artıq fəal təfəkkür, daha tez oriyentasiya tələb edir. Məhz bütün bu keyfiyyətlər Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumunda yaxşı inkişaf etdirilir.

Yaradıcılıq - bu, psixi fəallığın ən ali forması, nəsə orijinal bir şeyi yaratmaq qabiliyyətidir. Müəllimin işinin səmərəliliyi təlim-tərbiyə prosesinin hər bir şagirdin yaradıcılıq qabiliyyətinin inkişafını nə dərəcədə təmin etməsi, yaradıcı şəxsiyyəti formalaşdırması ilə müəyyən olunur.

Məktəbə müxtəlif inkişaf səviyyələri ilə gəlirlər. Uşaqların çoxunun qabiliyyəti onların daxilində gizlənib. Onların aşkara çıxarılması və inkişaf etdirilməsi istiqamətində əsas iş müəllimlərin üzərinə düşür. Məşhur ixtiraçı Edison deyib: "Dahi - bu bir faiz ilham, doxsan doqquz faiz isə tər tökməkdir". Buna görə də əməksevərlik tərbiyəsi vacibdir.

Yaradıcılıq qabiliyyətlərinin inkişafı şəxsiyyətin inkişaf mərhələlərindən keçir, təşəbbüskarlıq, qərarların qəbulunda müstəqillik, özünü azad ifadəetmə vərdişləri, özünəinam oyadır.

Əlbəttə, bütün bunlar o halda baş verir ki, şagird özünü tədris prosesinin tamhüquqlu üzvü kimi hiss etsin. Azərbaycan Respublikasının Milli Kurikulumunda buna xüsusi diqqət yetirilir. Maraqlı oyunlar şəraitində qruplarla iş zamanı rəngarəng biliklər, bacarıq və vərdişlər daha müvəffəqiyyətlə inkişaf edir, uşaqların əqli, estetik, mənəvi tərbiyəsi həyata keçirilir. Qruplarla iş gedişində uşaqların kommunikativ bacarıqlarının inkişafı baş verir və xoş əhvali-ruhiyyə yaranır. Milli  Kurikulum qruplarla işə böyük diqqət ayırır.

Şagirdlərin yaradıcılıq qabiliyyətinin formalaşdırılmasına biz ümumi təhsil prosesinin ayrılmaz tərkib hissəsi kimi baxırıq.

Yaradıcılıq fəallığını formalaşdırmaq üçün şagirdləri yaradıcı fəaliyyətə cəlb etmək və onların yaradıcılıq fəallığını inkişaf etdirmək, tədris prosesində problemli məsələlər qaldırmaq və yaradıcı təfəkkürün inkişafına nail olmaq lazımdır.

Şagirdlərin yaradıcılıq qabiliyyətini aşağıdakı prinsiplərin köməyi ilə həyata keçirmək mümkündür:

- yaradıcı fəaliyyətə motivasiyanın inkişaf etdirilməsi prinsipi;

- özünütəhsil və özünütərbiyə bacarıqlarının inkişaf etdirilməsi prinsipi;

- pedaqoji prosesin şagirdlərin fərdi xüsusiyyətləri ilə uyğunlaşdırılması prinsipi;

- şagirdlərin yaradıcılığını və müstəqilliyini təmin edən tədris formalarının seçilməsi prinsipi.

Şagirdlərin hər bir yaradıcı fantaziyasını həvəsləndirmək lazımdır. Uşaqların istənilən mövzu üzrə nümunəvi sərgilərinin təşkili çox vacibdir.

Hər bir uşaqda qabiliyyət və istedad var. Uşaqlar təbiətən hər şeylə maraqlanır və oxumağa can atırlar. Onların öz istedadlarını nümayiş etdirmələri üçün düzgün rəhbərlik lazımdır.

Beləliklə də kiçik məktəb yaşlarında uşaqların yaradıcı təsəvvürlərinin inkişafı onların təcrübəsinin mütəmadi olaraq zənginləşməsi, bu təcrübənin gerçəkliyin müxtəlif sahələrinə aid yeni biliklərlə dolğunlaşması ilə getməlidir.

Qeyd etmək lazımdır ki, davamlı maraqların yaranması üçün uşaqların yeni fəaliyyət sahəsi ilə tanışlığı kifayət deyil. Uşaqlarda yeniliyə qarşı müsbət emosional münasibət  baş qaldırmalıdır. Əmək fəaliyyəti dövründə uşağın bütün fərdi xüsusiyyətləri inkişaf edir. Hər hansı əşyanı öz əlləri ilə düzəldən zaman uşaqlar diqqət və yaddaşlarını inkişaf etdirir, səliqəliliyə və səbirli olmağa vərdiş edir, ən əsası müstəqil surətdə qərar qəbul edirlər.

Uşaqlarda yaradıcılıq qabiliyyətinin formalaşdırılması şəxsiyyətin hərtərəfli və harmonik inkişafının vacib tərkib hissəsidir. Bizim vəzifəmiz vətənimiz Azərbaycan naminə bu cür şəxsiyyət tərbiyə etməkdir. 

Nailə MƏMMƏDOVA,
İlyas Əfəndiyev adına "Elitar"
Gimnaziyanın ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov