Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

Xarici dil kurikulumu və onun xarakterik cəhətləri

 

Xarici dil kurikulumu şagird, müəllim, valideyn və cəmiyyətin digər üzvləri üçün maraq doğuran konseptual bir sənəd olub, xarici dil təliminin məqsədlərini, bu məqsədlərə nail olmaq üçün bütün fəaliyyətləri əhatə edir. Bu sənəd hər bir şagirdin maraq və meyilləri nəzərə alınmaqla onların nitq - dil bacarıq və vərdişlərini inkişaf etdirməyi nəzərdə tutur, qazandığı yeni dil bacarıqlarını real həyatda kommunikativ bacarıqlarla əvəz olunmasına xidmət edir.

Fənnin standartları tələb edir ki, xarici dil müəllimi ünsiyyət yaratmaq, problemli situasiya qurmaq, tədqiqatlar və müqayisələr aparmaq, problemlərin həllində dəyərli faktlar gətirmək bacarığına malik olsun.

Xarici dil fənn kurikulumları çərçivəsində tərtib edilən standartlar fənnin tədrisində aşağıdakı suallara cavab verməyi tələb edir:

Nəyi öyrətməliyik?

Necə öyrətməliyik?

Necə təşkil etməliyik?

Necə dəyərləndirməliyik?

Göründüyü kimi, standartlar artıq yeni məzmunu əhatə edərək özündən sonra təlimin məqsədlərini, yeni dil mühitini, təlimin prosesini, təlimin təsirini, nəticəni və yeni yaranacaq təfəkkürü ifadə edir. Standartlara əsaslanan müasir xarici dil dərsləri dilin tədrisində iki üsulu reallaşdırır:

1.  Dil sistemlərinin öyrənilməsini.

2. Dil bacarıqlarının qazanılmasını.

Dil sistemi dildə fonoloji sistemdən - səslərdən, sözlərin düzgün tələffüz olunmasından, cümlə quruluşu, sözlərin ayrı-ayrı mənaları, qrammatik cəhətdən sözlərin bir-biri ilə bağlılığı və cümlədə hansı funksiya daşımasından ibarətdir.

Dil bacarıqları isə dinləyib-anlama, danışıq, oxu, yazıdan ibarətdir. Məhz xarici dilin məzmun xətləri də bu dil bacarıqlarına əsaslanaraq, standartları müəyyən edir və bu standartlar məzmun və fəaliyyət baxımından təhlil edilir.

Xarici dilin standartlarında göstərilən kodlar ilk öncə məzmun xəttini, əsas standartı və alt-standartı müəyyən edir. Məzmun xətti və əsas standart dövlət tələbi  kimi nəticəyə əsaslanır və dəyişilmədən tətbiq edilir. Alt-standartlar isə təlim prosesində məqsədyönlü şəkildə daim dəyişilir. Standartlar xarici dil fənn kurikulumunda təlim məqsədlərinin müəyyənləşdirilməsində, təlim nəticələrinin reallaşması üçün xüsusi metodikaların seçilməsində mühüm rol oynayır.

Standart iki hissədən ibarətdir: bilik və fəaliyyət. Standart biliyin fəaliyyətdə tətbiqi və sosial bacarıqlar şəklində əldə olunmasını tələb edir.

Xarici dil standartlarına əsasən, əsas standartın funksiyası fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə etmək, sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin etməkdir.

Alt-standartın funksiyası isə:

* Təlim məqsədlərinin dəqiq müəyyən  olunması üçün etibarlı zəmin yaradır;

* Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır;

* Təlimdə inteqrativliyi təmin edir;

* Təlimin  məzmununun davamlı inkişafını təmin edir.

Ənənəvi dərsdə müəllimin əsas məqsədi şagirdə deklarativ bilik vermək idisə, müasir dərsdə daha çox prosedual və kontekstual biliklərə yiyələndirməkdir.

Xarici dil fənn kurikulumunun strukturunda əsas və alt-standartların funksiyaları, məzmun standartlarının quruluşu, məzmun standartlarının komponentləri üzrə təsnifatı, biliyin kateqoriyaları və fəaliyyətin növləri, təlim məqsədlərinin müəyyən edilməsi əsas yer tutur. Biliyin aşağıdakı kateqoriyaları vardır:

Deklarativ bilik (fakt və məlumatlar), prosedual bilik (fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklər), kontekstual bilik (problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklər). 

Xarici dil kurikulumu dil və sosial-mədəni biliklər əsasında kommunikativ nitq bacarıqlarının formalaşdırılmasını əhatə etməklə nəticəyönümlü məzmun standartlarına uyğun olaraq sadədən mürəkkəbə, asandan çətinə prinsipləri əsasında qurulur, şagird nailiyyətlərini izləməyə və qiymətləndirməyə imkan yaradır.

Xarici dilin tədrisində standartlar dinləyib-anlama bacarıqlarından danışmağa, sonra isə oxu və yazı vərdişlərinin yaranmasına xidmət edir ki, bu da sadə fəaliyyət növlərinin getdikcə mürəkkəb fəaliyyət növləri ilə əvəz olunması və dilin yaradıcı şəkildə ünsiyyət vasitəsinə çevrilməsi ilə nəticələnir.

Siniflər üzrə standartlar sadədən mürəkkəbə doğru sıralanır və müəllimin plan tutmasında ardıcıllıq yaradır.

Məzmun standartları müəyyən edilərkən idraki, informativ-kommunikativ və yaradıcı fəaliyyətlər, düşüncə, emosional və psixomotor bacarıqların formalaşdırılması əsas götürülür.

Bu gün fənnin tədrisində standartların tətbiqi ümumi təlim nəticələrinin nə şəkildə özünü doğrultmasına, təlimin məqsəd və vəzifələrinin müəyyən edilməsinə əsas verir.

Xarici dilin məzmun standartları həmçinin qiymətləndirmə standartlarının yaranmasına asanlıqla zəmin yaradır. Biliyin və fəaliyyətin kəmiyyət və keyfiyyət ölçüsü olan qiymətləndirmə təlim prosesinin davamlı və inkişafyönümlü olmasının əsas meyarıdır. Təlimin məqsədlərindən  qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi standartın tam ödənilməsinə gətirib çıxarır.

Bu gün əldə etmək istədiyimiz nəticə şagird nailiyyətlərinin düzgün qiymətləndirilməsi və davamlı təlimin təşkilində daha yeni standartların tətbiqinə nail olmaqdır. Müasir dərs standartdan məqsədə, sonra təlim prosesinin yaranmasına və yekunda problemin qoyuluşu və həllinə gətirib çıxarır. Bu isə təfəkkürün fəallaşması, yəni şagird fəallığı - kəşf edən, tədqiqatçı mövqe tutan, yaradıcı təfəkkürə malik şagird nailiyyəti ilə nəticələnir. 

Nahidə BAĞIROVA,
S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının
ingilis dili müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov