Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

İğdır Universiteti  ilə NDU arasında protokol  imzalandı

 

Bu günlərdə Türkiyə Respublikasının İğdır Dövlət Universitetinin rektoru professor-doktor İbrahim Hakkı Yılmazın rəhbərliyi altında 11 nəfərlik nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olmuşdur. Tələbə şəhərciyi ilə əyani tanışlıq zamanı  qonaqlara universitet ərazisində aparılan genişmiqyaslı yenidənqurma işləri, istifadəyə verilən yeni korpuslar haqqında ətraflı məlumat verilmişdir.

Qarşılıqlı fikir mübadiləsi zamanı Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli NDU-nun fəaliyyət göstərdiyi 45 il ərzində keçilən inkişaf yolundan, tədris prosesində tətbiq olunan  yenilik və dəyişikliklərdən, gələcək perspektivlərdən danışmışdır. Ali məktəbin dünyanın 50-dən çox universiteti ilə mövcud sıx əlaqələrindən söz açan rektor qardaş Türkiyə Respublikasının Elazığdakı Fırat, İzmitdəki Kocaeli, Kayseridəki Erciyez, Erzurumdakı Atatürk, Van 100-cü il, Qars, Ankara kimi universitetləri  ilə möhkəm təməllər üzərində qurulmuş  əməkdaşlıq münasibətlərini xüsusi vurğulamışdır. Rektor İğdır Universiteti ilə də uzunmüddətli əməkdaşlığın qurulacağına əminliyini bildirmişdir.

İğdır Universitetinin rektoru bütün azərbaycanlıları tarixi əhəmiyyətli bayram - dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü   münasibətilə təbrik etmişdir. Rəhbərlik etdiyi təhsil ocağında tədris olunan fənlər, kadr hazırlığı işi haqqında məlumat verən qonaq qeyd etmişdir ki,  ilk olaraq İğdır texnikumu kimi fəaliyyətə başlamış,  1995-ci ildə Qafqaz Universitetinin nəzdində "Menecment" ixtisası üzrə fəaliyyət göstərən universitetdə həmin il 16 müəllim və 2 texniki işçi ilə 20 tələbəyə təhsil verilmişdir. 2006-cı ildə İğdırda Qafqaz Universitetinin nəzdində Kənd təsərrüfatı fakültəsi qurulmuşdur. 2008-ci ildən 30 tələbə ilə təhsilə başlayan fakültə 2008-2009-cu tədris ilindən "İğdır Universiteti" adı altında fəaliyyətə başlamışdır.

Görüşdə iki universitet arasında  sosial, mədəni və elmi tədqiqat işlərinin aparılması sahələrində əməkdaşlığa dair protokol imzalanmışdır. Sənədə əsasən 5 il müddətində universitetlərarası qarşılıqlı magistrant, doktorant və müəllim mübadiləsi həyata keçiriləcək.

Rəsmi görüşdən sonra türkiyəli qonaqlara  ali məktəbin konservatoriyasında   konsert proqramı  təqdim olunmuşdur. Musiqili tədbirdə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun "Arazbarı", xarici tələbələrdən ibarət "Dostluq" vokal qrupunun ifasında Azərbaycan xalq mahnısı "Bəri bax", Tofiq Quliyevin "Vals"ı, türk mahnısı "Məmləkətim" və digər ifalar səslənmiş, həmçinin Tələbə Teatr Studiyasının "Yallı" qrupunun rəngarəng rəqsləri nümayiş olunmuşdur.

Sonda simvolik  hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir. 

Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov