Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - 42

 

 "Tur Heyerdal və Azərbaycan" mövzusunda elmi-praktik konfransın açılışı olub

 

 Oktyabrın 26-da Azərbaycan Dillər Universitetində ADU-nun və Norveçin Oslo Universitetinin təşkilatçılığı ilə "Tur Heyerdal  və  Azərbaycan"  mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.

Açılış mərasimində çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov konfransın Norveç-Azərbaycan arasında olan əlaqələrin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rəhbərlik etdiyi universitetdə  Skandinaviya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran S.Seyidov bu mərkəzin iki ölkə arasında əlaqələrin inkişafına, mədəniyyətlərin öyrənilməsinə xidmət etdiyini deyib.  Məşhur Norveç səyyahı Tur Heyerdalın 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti, mərhum ümummilli lider Heydər Əliyevlə görüşdüyünü xatırladan rektor bu görüşün əlaqələrin sonrakı inkişafında önəmli rol oynadığını söyləyib.  O, Tur Heyerdalın Azərbaycana 4 dəfə səfər etdiyini və  tədqiqatlar apardığını konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Oslo Universitetinin kafedra müdiri Bente Kristensen isə çıxışında çalışdığı ali təhsil ocağının tarixindən danışıb.  ADU-da keçirilən konfransın ölkələr arasında təhsil, mədəniyyət, elm və digər sahələrdə olan münasibətlərin gələcək inkişafına təkan verəcəyini qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, "Statoyl" şirkətinin Azərbaycan üzrə meneceri Laş Troen Sörensen, Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri   Erlinq Şönsberq, kiçik Tur Heyerdal və Oslo Kon-Tiki muzeyinin direktoru Maya Bəuge  çıxış edərək Tur Heyerdalın Azərbaycan və region haqqındakı nəzəriyyələri,  onun Azərbaycana səfərləri və alimin iki ölkə arasında yaxşı münasibətlərin qurulmasında vacib rolundan danışıblar. 

"Azerbaijan İntenational" jurnalının baş redaktoru Betti Bleyer isə Tur Heyerdalın Azərbaycanda olan tədqiqatlarından bəhs edən Azərbaycan dilində nəşr olunan ilk kitabın yaranma tarixindən danışıb.  Betti Bleyer redaktoru olduğu Azərbaycan və ingilis dillərində çapdan çıxan  "Tur Heyerdal: Sərhədləri aşaraq, dənizləri aşaraq, Azərbaycanla əlaqələr" adlı kitabını konfrans iştirakçılarına təqdim edib.

Sonra konfrans Heyerdalın "Odin nəzəriyyəsi tarixçəsi" mövzusunda müzakirələrlə davam edib.

 Konfransa oktyabrın 29-da yekun vurulacaq. Konfrans çərçivəsində "Odin nəzəriyyəsi-Arxeoloji sübut", "Heyerdalın müxtəlif aspektlərdən tədqiq edilən işi", "Odin nəzəriyyəsi-Metodologiya və müxtəlif yanaşmalar" mövzularında müzakirələr aparılacaq. Daha sonra konfrans iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğuna, Yanardağ və  "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna səyahət edəcəklər. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov