Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - 42

 

Xarici mətbuat səhifələrindən

 

Fransa təhsil islahatlarını davam etdirir 

Fransanın təhsil naziri Loran Vokye ölkənin təhsil sistemində aparılan islahatların əsas istiqamətləri barədə danışıb.  Ölkəsinin ali təhsil sistemində həyata keçirilən islahatların xüsusiyyətləri və istedadlı xarici tələbələrin ölkəyə cəlb edilməsi təcrübəsinə toxunan nazir  köklü dəyişikliklərin qaçılmazlığını qeyd edib. Onun sözlərinə görə, islahatların zəruriliyi istisnasız olaraq hamı - siyasətçilər, professorlar və ali məktəblərin rəhbərlikləri üçün tam aydın idi.  Nazir 2007-ci ildən başlamış islahatları son onilliklərin  ən ciddi hadisəsi adlandırıb. 

Fransada islahatlar hansı istiqamətdə həyata keçirilib?

Bu barədə danışan nazir qeyd edib ki, ilk növbədə, universitetlərin müstəqilliyinin kifayət qədər genişləndirilməsinə diqqət ayrılıb. Müstəqillik həm akademik, həm də maliyyə cəhətdən təmin olunub. Ali təhsil müəssisələri təhsil proqramlarını müstəqil surətdə işləyib hazırlamaq və həyata keçirmək hüququ əldə ediblər. Onlar öz maliyyə resurslarını istədikləri kimi sərf etmək imkanı qazanıblar. "Əgər ali məktəb hansısa yeni kurs həyata keçirmək istəyirdisə,  əvvəlcə bu qərar nazirliklə (Təhsil Nazirliyi) razılaşdırılmalı idi. Aydındır ki, belə olan şəraitdə universitetin səmərəli fəaliyyətindən danışmağa dəyməz. Buna görə də ali məktəblərə daha artıq muxtariyyət verilməsi qərara alındı. Universitetlərin prezidentləri effektiv menecerlər olmalıdırlar",-deyə nazir bildirib.  

İkinci mühüm istiqamət aparıcı universitetlərin birləşməsi ilə əlaqədardır. Son vaxtlara qədər Fransada 85 universitet və 225 ali məktəb olub. Bir çox universitetlər öz mahiyyətinə görə tamhəcmli universitetlərdən çox fakültələri xatırladıb, çünki onlar dar ixtisaslar üzrə mütəxəssis hazırlığı ilə məşğul olub. Yaxın perspektivdə Parisdə cəmi 7 iri universitetin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Təhsil islahatının ən vacib istiqamətlərindən biri maliyyələşmənin artırılmasıdır.  Ali məktəblərə maliyyənin cəlb olunması üzrə bir neçə proqram işlənib hazırlanıb. Onlardan ən böyüyü "Gələcəyin investisiyası"dır ki, bu da  22 milyard avro təşkil edir. Proqram 2012-ci ilə qədər həyata keçirilməlidir. Maliyyələşmənin əsas istiqamətlərindən biri müasir universitet kampuslarının yaradılmasıdır.

  Nazir qeyd edib ki, Fransa xarici tələbələrin ölkəyə cəlb edilməsi üzrə dünyada  4-cü yerdədir.  Buna görə də Fransa bundan sonra da xarici tələbələrin və gənc alimlərin ölkənin təhsil sisteminə cəlbinə diqqəti artıracaq. Hazırda xarici tələbələr üçün Fransada təhsil pulsuzdur. Yaxın vaxtlarda da bu siyasət dəyişməyəcək. 

10 yaşlı məktəbli 10 dil bilir 

Tayvanlı 10 yaşlı qız   Sonya Yanq 10 dil bilir. Tayvanda doğulan və hazırda ailəsi ilə birlikdə Böyük Britaniyada yaşayan Yanq 10 dildə sərbəst danışması ilə mütəxəssisləri heyrətləndirməkdədir. Dillərin öyrənilməsində əsl istedad sahibi olan Yanq hazırda Tayvan, ingilis, yapon, Çin, fransız, alman, portuqal, ispan, Uqanda və qazax dillərini bilir.  Məktəblinin sözlərinə görə, o əldə etdiyi nailiyyətlə kifayətlənmək fikrində deyil və yaxın vaxtlarda yeni dillərin öyrənilməsinə başlayacaq.

Böyük Britaniya universitetləri təhsil haqlarını azaldır 

Böyük Britaniyanın 30-a yaxın universitet və kolleci illik təhsil haqlarını (7,5 min funt-sterlinq - 8,6 min avro) azaltmaq niyyətində olduğunu açıqlayıb.  Bu barədə "Qardian" qəzeti məlumat yayıb. Qeyd edək ki, ötən il 47 ali təhsil müəssisəsi tələbələrdən  il ərzində maksimum 9 min funt-sterlinq təhsil haqqı  alacağını bildirib. Ötən il Britaniya hökuməti ali məktəblərə 2012-ci ildə təhsil haqlarını 3 dəfə - 3 min funt-sterlinqdən 9 min funt-sterlinqə qədər artırmağa icazə verib. Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu, məcburi addımdır, çünki ali məktəblərin büdcəsində artıq pul yoxdur. Qanun layihəsində göstərilir ki, universitetlər  təhsil haqlarını avans kimi qəbul edə bilməzlər: tələbələr borc əsasında oxuyacaq, aldıqları vəsaitləri isə yalnız diplom aldıqdan və il ərzində ən azı  21 min funt-sterlinq əməkhaqqı ilə işə düzəldikdən sonra ödəməlidirlər.  Əgər bu baş verməzsə, tələbələr borcu qaytarmayacaqlar.  6 min funt-sterlinqdən artıq təhsil haqqı tələb edən ali məktəblər bunun üçün hökumətin yaratdığı müvafiq komissiyanın icazəsini almalı, eləcə də büdcə yerlərinin sayını artırmalıdırlar.  

Qazaxıstanda Boloniya Mərkəzi yaradılacaq 

Qazaxıstanda akademik mobillik və  Boloniya prosesi Mərkəzi  yaradılacaq.  Bu barədə Qazaxıstanın Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, təhsilin inkişaf  etdirilməsi proqramına əsasən, ölkədə akademik mobillik və Boloniya prosesi Mərkəzinin yaradılması nəzərdə tutulub.  Məlumata görə, kreditlərin ödənməsinin Avropa tipi əsasında Qazaxıstan modeli işlənib hazırlanıb. 2015-ci ilə qədər bütün ali məktəblər  bu modelin tətbiqinə keçəcək. Nəticədə qazaxıstanlılar xaricdə bütün tədris ili ərzində ən azı  bir ildən az olmayaraq akademik, eləcə də Qazaxıstan Respublikası prezidentinin beynəlxalq təqaüdü hesabına  təhsil almaq hüququna malik olacaqlar. 2011-2012-ci illər Qazaxıstanda təhsilin inkisafi üzrə dövlət proqramına uyğun olaraq ali təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyası davam edir. İlk növbədə, ölkə daxilində akademik mobilliyin inkisaf etdirilməsi üzrə işlərə başlanılıb. Təhsilalanların və müəllimlərin akademik mobilliyi  Erasmus Mundus, Böyük Britaniya, İspaniya, Almaniya, Çexiya, ABS, Kanada, Rusiya və digər ölkələrin universitetləri ilə birgə təhsil proqramları hesabına həyata keçirilir. 

 

Kompüter oyunları uşaqların beynini dəyişir 

Kompüter arxasında uzun müddət oturmaq baş-beyində fizioloji dəyişikliklərə gətirib çıxara və nəticədə diqqət və qavrayışla bağlı problemlər yarana bilər. Bu barədə Londondakı Kral İnstitutunun alimləri xəbərdarlıq edir. İnstitutun direktoru, psixologiya sahəsində mütəxəssis Süzan Qrinfildin sözlərinə görə, videooyunlar kimi texnologiyalar uşaqların hiss orqanlarına təsir edir və nəticədə beyində əsl "partlayış" yaradır, bir sıra əsəb telləri ilə bağlı olan zonalar daimi fəaliyyətdən düşür. "Monitor qarşısında keçirilən hər bir saat uşaqları digər hər hansı işlə məşğul olmaq  imkanlarından  məhrum edir",-deyə alim bildirir.    O  əmindir ki, uşaqlar daha çox təmiz havada vaxt keçirməlidirlər. Kompüter oyunlarına ifrat dərəcədə aludəlik diqqəti zəiflədə və uşaqları  ağılsız hərəkətlərə sövq edə bilər. Kompüter oyunlarından asılılığın fiziki əlamətləri özünü görmə qabiliyyətinin zəifləməsi, onurğanın əyilməsi, bel sütunu pozuntusunda, şəxsi gigiyena qaydalarına əməl olunmaması və yuxu prosesinin pozulmasında göstərə bilər.   

Onun sözlərinə görə, insanlar  öz həyatlarının ən ağır, taleyüklü anlarında kompüter oyunlarından asılı vəziyyətə düşürlər. Ən çox isə bu təhlükə ilə yeniyetmələr üzləşir. Buna görə də profilaktik məqsədlə kompüterdən istifadənin zaman çərçivəsi  əvvəlcədən onlarla razılaşdırılmalı və uşaqlara real həyatda başqa işlərlə məşğul olmağı başa salmaq lazımdır. 

Amerikada  317000 məzun kreditlərə görə ofisiant kimi işləməyə məcburdur 

Amerikada təhsil haqlarının çox olması məzunların gələcək həyatında onlar uçün ciddi problemlər yaradır.  Amerika universitetlərinin tələbələri təhsil dövründə aldıqları kreditləri bütün karyeraları ərzində ödəməli olurlar.  Tələbələrin təhsil müddətində topladıqları nəhəng borclar onların gələcək karyeralarına təsir edir. Əldə olunan məlumatlara görə, Amerikada  317000 məzun məhz təhsil borclarına görə seçdiyi ixtisaslar üzrə deyil, ofisiant kimi isləməli olur. 80 min məzun isə barmen kimi işləməyə məcburdur. Bu cür perspektiv bir çoxlarını razı salmır. Çünki adıçəkilən sahələrdə işləmək üçün uzun illər ərzində oxumağa dəyməz. 

Xarici mətbuat materialları
əsasında hazırladı: Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov