Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

Peşəsinin vurğunu

 

Xalqımızın görkəmli  mütəfəkkiri Həsən bəy Zərdabi müəllim  adını uca tutaraq  demişdir: "Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə  deyərdim: müəllimlik".

Əlbəttə, bu şərəfli peşənin müqəddəsliyini  qoruyub-saxlamaq da hər  müəllimə nəsib  olmur. Bunun üçün böyük iradə, əzmkarlıq, özünə qarşı tələbkarlıq, qabiliyyət və bacarıq tələb olunur. Məhz  belə keyfiyyətlərə malik   müəllimlərin sayəsində təhsilimiz inkişaf edir və  çağdaş cəmiyyətimiz üçün gərəkli olan əsl vətənpərvərlər formalaşır.

Belə müəllimlərdən biri də  Pərvanə  Talıbovadır. O, 1970-ci ildə Oğuz rayonunda anadan olmuşdur.  1988-ci ildə rayonun 2 nömrəli orta məktəbini bitirmiş və bir müddət  rayonda  pioner və məktəblilər evində  musiqi dərnəyinin rəhbəri işləmişdir. Sonra   N. Tusi adına APİ -nin (indiki ADPU)  pedaqoji-əlavə musiqi fakültəsinə daxil olmuşdur. 1994-cü ildə ali məktəbi bitirdikdən  sonra Xarici dillər təmayüllü gimnaziyada ibtidai sinif müəllimi işləmişdir. Gimnaziyada çalışdığı vaxtda ümummilli liderimiz Heydər Əliyevin yubileyinə həsr olunmuş  tədbirdə dərs dediyi III sinif şagirdləri  sözləri və musiqisi müəllimləri P.Talıbovaya məxsus "Yaşa, yaşa  Heydər  baba" mahnısı ilə çıxış  etmişlər.

Hazırda  Pərvanə Talıbova   Bülbül adına Bakı Orta İxtisas Musiqi Məktəbində  sinif müəllimi  işləyir. O, müasir dərsə  verilən tələbləri özünün pedaqoji təcrübəsinə əsaslanaraq belə xarakterizə edir:

- Dərs  prosesi zamanı müasir dərsə verilən bütün tələblərə əməl etməklə yanaşı təlimin texniki vasitələrindən  səmərəli istifadə etməyə çalışıram. Xüsusilə dərs vaxtı interaktiv tədris metodlarına daha çox üstünlük verir və  şagirdlərimə bir şəxsiyyət kimi yanaşıram.

P.Talıbova məktəbdə keçirilən  bütün kütləvi tədbirlərdə  fəal iştirak edir. Bu yaxınlarda rəhbərlik etdiyi sinif şagirdləri ilə   birgə "SOS" Uşaq kəndində  xeyriyyə tədbiri  keçirməsi də onu pedaqoji kollektivin sevimlisinə çevirmişdir.

Bu gün müəllimlik fəaliyyəti ilə yanaşı P.Talıbova   yaradıcılığa   da geniş yer  verir. Onun müxtəlif mətbuat səhifələrində, o cümlədən, "Elmi əsərlər", "Kurikulum" və "Milli pedaqogika məktəbi" kimi  jurnallarda çap olunmuş elmi-metodiki  məqalələri pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

2011-ci ilin iyun ayından Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda lektor kimi  fəaliyyət göstərən Pərvanə müəllim  bir çox kurslarda fəal iştirak etdiyinə görə yüksək səviyyəli  sertifikatlar almışdır. O, Təhsil Problemləri İnstitutunda  Kurikulum Mərkəzinin Azərbaycan dili fənni üzrə işçi qrupunun üzvüdür. Bu günlərdə isə Təhsil Nazirliyinin  təsdiqi ilə Pərvanə Talıbovanın müəllifi olduğu  ibtidai siniflərə aid "Sehrli mələklər" adlı sinifdənxaric oxu -  metodik vəsait  çapdan çıxıb. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov